Qadin.NET / Gözəl hədislər, dini sözlər

Gözəl hədislər, dini sözlər

 


 Salam vermədən sözə başlayan kimsəyə salam ilə başlayana qədər salam verməyin. (Hədis-i Şərif)
 İman çılpaqdır, paltarı təqva, bəzəyi utanmaq, meyvəsi isə elmdir. (Hədis-i Şərif)
 Əyri olanın kölgəsi də əyridir. (Hz.Ali r.anh)
 İnsanlara verilən şeylərin ən xeyirlisi gözəl əxlaqdır. (Hədis-i Şərif)
 Siz mallarınızla hər kəsi məmnun edə bilməzsiniz, onları gülər üz və gözəl əxlaq ilə məmnun etməyə çalışın. (Hədis-i Şərif)
 Elm sərvətdən daha qiymətlidir. Çünki sərvəti sən qoruyursan, halbuki elm səni qoruyur. (Hz.Ali r.anh)
 Möminin qəlbi Allah Təalanın iki qüdrət barmaqları arasındadır. (Hədis-i Şərif)
 Ürək çöldə atılmış bir quş qanadı kimidir. Külək necə bu qanadı alt-üst çevirsə, ürək də belədir. (Hədis-i Şerif)
Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl uzadar). (Şura Surəsi / 27)
Qürur edəni Allah alçaldar, alçaq könüllü olanı yüksəldər. (Hədis-i Şərif)
Bir məclisə çatdığınız zaman salam verin. Oturmaq lazımdırsa oturduqdan sonra, qalxıb gedərkən yenə salam verin. Birinci salam ikinci salamdan daha qiymətli deyil. İkisi də eyni hökümdədir. (Hədis-i Şərif)
Din qardaşının ayıbını örtən kimsənin Allah Təala dünya və axirətdə qüsurunu örtər. (Hədis-i Şərif) 

30 sentyabr 2012
GO BACK