Qadin.NET / İslamda Oruc

İslamda Oruc

İslamda Oruc

 

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Oruc

Bəqərə, ayə 183: "Ey iman gətirənlər! Sizdən qabağkılara təyin olunduğu kimi, sizlərədə oruc təyin olundu. Bəlkə təqvalı olasınız."
Allahın Peyğəmbəri (s): "Oruc tutmağı sənə tövsiyyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan götürər."
Allahın Peyğəmbəri (s): "Hər şeyin zəkatı var, bədənin zəkatıda orucdur."
Allahın Peyğəmbəri (s): "Oruc tutun ki, sağlam olasınız."
Allahın Peyğəmbəri (s): "Oruc tutan öz yatağında yatsa belə, müsəlmanın qeybətini etməyincə Allaha ibadət halındadır."
Allahın Peyğəmbəri (s): "Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona Salam göndərib dua edər və duaları da, onun günahlarının bağışlanması diləyi olar."
Allahın Peyğəmbəri (s): "Oruc od qarşısında bir sipərdir."
Xanım Fatimeyi Zəhra (s. ə): "Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir."
İmam Baqir (ə): "Oruc və həcc qəlblərə rahatlıq bəxş edər."
İmam Sadiq (ə): "Allah-taala buyurur: "Oruc mənim üçündür və onun mükafatını Özüm verəcəyəm.""
İmam Sadiq (ə): "Oruc tutanın yuxusu ibadət, sükutu təsbih, əməli qəbul olunmuş və duası müstəcabdır."
İmam Sadiq (ə): "Oruc tutanın iki sevinci var: bir sevinci iftar vaxtı və digəri öz Rəbbi ilə görüşəndədir."
İmam Sadiq (ə): "Oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir."
İmam Sadiq (ə) (Orucun vacib olmasının səbəbini bəyan edərkən): "Varlı aclıq dərdini dadsın və yoxsula kömək etsin."

İslamda Oruc

Oruc tutmağın qaydası
Allahın Peyğəmbəri (s): "Allah-taala buyurur: "Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur."
İmam Əli (ə): "Oruc insanın yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardanda uzaqlaşmasıdır."
Xanım Fatimeyi Zəhra (s. ə): "Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucun nə faydası var?"
Məhəmməd ibn Muslim: "İmam Sadiq (ə) buyurdu: Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisidə oruc tutsun. O Həzrət (ə) digər əzalarıda sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın."

İsti havada və qışda oruc tutmağın fəziləti
Allahın Peyğəmbəri (s): "Qışın orucu fərəh bəxş edən bir qənimətdir."
İmam Sadiq (ə): "Ən üstün cihad isti havada oruc tutmaqdır."
İmam Sadiq (ə): "Qış fəsli mömin baharıdır. Gecəyarı ibadəti üçün onun uzun gecələrindən kömək alar və oruc tutmaqdan ötrü qısa gündüzlərində imdad axtarar."

7 avqust 2010
GO BACK