Qadin.NET / Rəsulullahı (Allahın ona salavat və salamı olsun) yuxuda görmək

Rəsulullahı (Allahın ona salavat və salamı olsun) yuxuda görmək

Rəsulullahı (Allahın ona salavat və salamı olsun) yuxuda görmək

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim məni yuxuda görübsə oyandıqdan sonra da məni görəcəkdir. Çünki şeytan mənim şəklimə girə bilmir». (Buxari və Muslim)

1. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Kim məni yuxuda görmüşsə həqiqətəndə məni görmüşdür. Çünki şeytan mənim şəklimə girə bilmir». (Buxari)

2. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Kim məni (yuxuda) görürsə doğurdanda görmüş olur. Həqiqətən şeytan mənim şəklimə girə bilmir«. (Buxari və Muslim)
3. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim məni yuxuda görübsə oyandıqdan sonra da məni görəcəkdir. Çünki şeytan mənim şəklimə girə bilmir». (Buxari və Muslim)
Hədisdən çıxan faydalar;
1. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) boyu, rəngi, siması, saqqalı və bəzi vəsfləri barəsində varid olmuş rəvayətlərə uyğun olaraq yuxuda görmək mümkündür.
2. Bu hədisləri şərh edən əl-Mənəvi buyurmuşdur: «Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) səhih yuxuda görmək: peyğəmbəri səhih nəql ilə sabit olmuş surəti ilə görməlidir. Ayrı vəsflərlə gördüyü halda uzun, qısa, çox qara və s. onu görməmiş sayılır.
3. əl-Mənəvi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) «oyandıqdan sonra da məni görəcəkdir» kəlməsini şərh edərək buyurur ki: (qiyamət günü) ona yaxın olmaq və şəfaətinə çatmaq deməkdir.
4. Bəzi sufilər üçüncü hədisə əsasən elə iddia edirlər ki, onlar peyğəmbəri bu dünyada həyatda görürlər. İbn Həcər onlara rədd edərək buyurur ki: «Belə olacağı təqdirdə onlarında səhabə və qiyamət gününə qədər səhabə olacağı anlamına gəlir» (Bunuda heç bir müsəlman deməz).
5. Sufilərin kitablarının birində oxudum. Əbu-l-Mavahib əş-Şizili dedi: «Peyğəmbər mənə dedi … deyərək uydurma hədis zikr edir. Müəllifdən həmin şəxsin səhabə olub olmadığını soruşdum. O «yox, əksinə onunla peyğəmbər arasında beş şeyx olduğu halda onu görüb» deyə cavab verdi. Mən ona «Səhabələr peyğəmbəri ölümündən sonra heç onu həyatda görməyiblər»-dedim və o bununla qane olmadı. Öz-özümə dedim: «Bu peyğəmbərin adından yalan uyuduranlardandır hansı ki, peyğəmbər bunlardan çəkindirərək deyib: «Kim mənim adımdan yalan danışarsa Cəhənnəmdə yerini hazır bilsin«. (Buxari və Muslim)
6. Şeyxul-İslam Zəkəriyə əl-Ənsaridən hər hansı bir nəfərin peyğəmbəri görərək ona nəyisə əmr etməsi barəsində soruşduqda O «belə bir şey bəyənilmir hətta haramdır»- deyə cavab vermişdir. Alimlərin yuxudan hökm çıxarılmamasına aid aşıq-aşkar kəlamları vardır.
7. İbn Arabi kimi bəzi sufilər elə iddia edirlər ki, onlar şəriət elmini bir başa peyğəmbərin özündən götürürlər. Onlar Uca Allahın bu ayəsinə «…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim…» (əl-Maidə, 5) müxalif olurlar.
8. Vəfatından sonra həyatda peyğəmbəri gördüyünü iddia edənlərə ən böyük cavab Uca Allahın bu ayəsidir. «Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır». (əl-Muminun surəsi, 100)
(«bərzəx – qayıdışı olmayan maneə» deməkdir)
1 avqust 2010
GO BACK