Qadin.NET / Duanın qəbulu və insan həyatına təsiri

Duanın qəbulu və insan həyatına təsiri

Duanın qəbulu və insan həyatına təsiri

Dua insaın özünü ALLAHA yaxın olması üçün etdiyi bir cəhd, psixiloji bir rahatlıq, dinclik, və sevinc qaynağıdır.

Dua insanın ALLAHLA arasında olan bir körpüdür ki, ALLAHA olan inamı, güvəni möhkəmləndirir. Insanın ən pis anlarında ümüd yerinə çevrilir, sığınaq yeri olur, insanı təklik hissindən qurtarır.

Dua maddi xəstəliklərə zəmin yaradacaq stres, sıxıntı və dərdləri azaldar, psixoloji və ruhi xəstəliklərə dərman olar, maddi xəstəliklərin yaxşılaşmasını tezləşdirər.
Duanın qəbulu və insan həyatına təsiri
Dua insanı görünən və görünməyən qəza, bəla və müsibətlərdən qoruyar, pis işlərə yox deməkdən çəkindirər, insanı öz-özü ilə hesabat aparmasına, səbrli və ALLAHIN qoyduğu qaydalara əməl etməyə yönləndirər və ALLAHIN qəzəbindən qoruyar.

Dua insanı təklikdən qoruyar və dərdinə şərik olar. Insan yalnız gücü çatan işləri edə bilər, çəkdiyi dərdlərin öhdəsindən gələ bilər. Amma əkər ki, bu dərdlərə tab gətirə bilməz, o zaman ALLAHA sığınar, qul olduğunu yadına salar və ALLAHDAN kömək istəyər.
Bütün cətinlikdən kecmək, nailiyyət əldə etməyin yolu duadan kecər. Bir cox insanın əldə etdiyi uğurlarının  arxasında ya özünün, ya da aqzı xeyirli ata-anasının duaları vardır. 
Bir çox sıxıntı və uğursuzluğun arxasında isə zülüm və məzlumun bədduası vardır.
ALLAH  bütün gözəl niyyətli dualarımızı qəbul etsin inşallah!
10 oktyabr 2012
GO BACK