Qadin.NET / Allahın adları və mənaları

Allahın adları və mənaları

1. Allah

Cənabi haqqın özəl adıdır.

-Gündə 1000 dəfə “Ya ALLAH” deyən övliyalar sırasına daxil olar.

-Cümə günləri 100 dəfə “Ya ALLAH” deyən muradına çatar.

-Əcəli çatmamış xəstəyə 200 dəfə “Ya ALLAH” oxunsa, şəfa tapar.

 

2.Rəhman

Dünyada hamıya rəhmət edən,acıyan.

-Gündə 100 dəfə “Ya RƏHMAN” deyən mərhəmətli bir insan olur.

-298 dəfə yazıb bir kağıza yanında saxlasa, bütün bəla və xəstəliklərdən uzaq olar.

-Bir kağıza zəfəranla ayrıca “Ya RƏHMAN” yazılıb evdə asılsa ,o evin sahibi gözəl əxlaq içində yaşayar.

 

3.Rəhim

Axirətdə möminlərə rəhmət edən.

-Gündə 258 dəfə “Ya RƏHİM” zikr edən bütün təhlükələrdən uzaq olar.

-Bir kağıza yazıb ağacın dibinə basdırılsa,o ağacın meyvəsi bol olar.

 

4. Məlik

Mülkü davamlı olan.

-Kim vaxtaşırı “Ya MƏLİK” zikr etsə,dünya və axirət nemətlərinə nail olar.

-Sıxıntı vaxtı 100 dəfə zikr etsə,sıxıntıdan çıxar.

 

5. Quddus

Hər eyb və qüsurlardan uzaq.

-Hər gün 174 dəfə “Ya QUDDUS” zikr etsə,gözəl əxlaqlı olar,mələklər kimi olar.

 

6.Səlam 

Salamatlıq verən.

-Əcəli çatmamış xəstəyə 160 dəfə “Ya SƏLAM” zikr edilsə,şəfa tapar.

-Hər kim çox-çox zikr etsə,dünya və axirətdə salamat olar

 

7.Mumin 

Əmin-amanlıq verən.

-Hər gün 136 dəfə “Ya MUMİNU” zikr edən,özünü,mülkünü,ailəsini əmniyyət altına almış olar. 

 

Allahın adları və mənaları

 

8.Müheymin 

Həmişəlik hamıya himayəlik edən.

-Kim 135 dəfə tam bir təmizliklə “Ya MÜHEYMİNU” zikr etsə,dərəcəsi yüksəlib muradına çatar.

-Çox-çox zikr edənin izzət və şərəfi ,zəka və anlayışı çox olar.

 

9.Əziz

 Məğlubiyyət bilməyən güclü və tək qalib.

-40 gün sübh namazından sonra 40 dəfə “Ya ƏZİZ” zikr edən biehtiyac olar,şərəfli,qüvvət və mətanətli olar.

 

(Ardı var) 

[/hide]

15 avqust 2012
GO BACK