Qadin.NET / Qədr gecəsi

Qədr gecəsi

97. Əl-Qədr surəsi

( Məkkədə nazil olmuşdur, 5 ayədir)

Bismillahir- rəhmanir-rəhim!
1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (Lövhi-məfhuzda dünya səmasına) nazil etdik!

2. (Ya Peyğəmbər!) Sən nə bilirsən ki, ( hardan biləsən) Qədr gecəsi nədir?!
3. Qədr gecəsi ( savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
4. O gece mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə ( həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı ( Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
5. O gecə dan yeri sökülənə kimi ( büsbütün) salamatlıqdır! ( əminamanlıqdır) ( Qədr gecəsi heç bir bəla nazil olmaz, o bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın məxsus bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
Qeyd edildiyi kimi isə, bu ayın Qədr gecələri yeddisi, doqquzu, on birinə təsadüf edir.
Allah bütün duaları qəbul etsin, inşallah.
Ramazan ayınız mübarək.
 
9 avqust 2012
GO BACK