Bağışlayan və mərhəmətli Allahın adı ilə...
Allahın Peyğəmbəri (s): “Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan götürər". "Hər zəkatı var, bədənin zəkatı da orucdur." “Oruc tutun ki, sağlam olasınız.” "Oruc tutan öz yatağında yatsa belə, müsəlmanın qeybətini etməyincə, Allaha ibadət halındadır". "Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar". "Oruc od qarşısında bir sipərdir".
Xanım Fatimeyi Zəhra (s.ə): “Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir".
İmam Baqir (ə): “Oruc və həcc qəlblərə rahatlıq bəxş edər.”
İmam Sadiq (ə): “Allah-taala buyurur: Oruc Mənim üçündür və onun mükafatını Özüm verəcəm". "Oruc tutanın yuxusu ibadət, sükutu təsbih, əməli qəbul olunmuş və duası müstəcabdır". "Oruc tutanın iki sevinci var: bir sevinci iftar, digəri öz Rəbbi ilə görüşəndədir". "Oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir".
İmam Əskəri (ə) (orucun vacib olmasının səbəbini bəyan edərkən: "Varlı aclıq dərdini dadsın və yoxsula kömək etsin".
İsti havada və qışda oruc tutmağın fəziləti
Allahın Peyğəmbəri (s): “Qışın orucu fərəh bəxş edən bir qənimətdir".
İmam Sadiq (ə): “Ən üstün cihad, isti havada oruc tutmaqdır". "Qış fəsli möminin baharıdır. Gecəyarı ibadəti üçün onun uzun gecələrindən kömək alar və oruc tutmaqdan ötrü qısa gündüzlərində imdad axtarar".
Könüllü və müstəhəb oruc tutmağa həvəsləndirmək
Allahın Peyğəmbəri (s): “Kim könüllü olaraq bir gün oruc tutsa, əgər ona yer üzü qədər qızıl da verilsəöz mükafatını
tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını bütünlüklə alar".
Allahın Peyğəmbəri (s): “Kim İlahi savab qazanmaq üçün bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar". "Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş kimidir. Çünki Allah-Taala buyurur:Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq savabı yazılar". “
İmam Sadiq (ə): “İnsan İlahi mükafatı qazanmaq üçün bir gün könüllü oruc tutar və Allah-Taala buna görə onu cənnətə aparar".
Oruc tutmağın ədəbi
Allahın Peyğəmbəri (s): “Allah-taala buyurur: “Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur".
İmam Əli (ə): “Oruc insanın yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardan da uzaqlaşmasıdır".
Xanım Fatimeyi Zəhra (s.ə): “Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?"
Məhəmməd ibn Muslim: “İmam Sadiq (ə) buyurdu:Oruc tutanda gərək qulağın, gözün, saçın, bədənin dərisi da oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadalaı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın".