Qadin.NET / Mübarək Ramazan ayı üçün gündəlik dualar

Mübarək Ramazan ayı üçün gündəlik dualar

       Bağışlayan və mərhəmətli Allahın adı ilə

Əziz Qadın.net xanımları. Hər birinizi Mübarək Ramazan ayı münasibəti ilə təbrik edirəm. Sizlərə Ramazan ayı üçün gündəlik dualar və Ramazanda qılınan müstəhəb namazları təqdim edirəm. Əlbəttəki hər kəs ürəyindən keçdiyi kimi də dua edə bilər. Təki Uca Allah dualarımızı qəbul etsin.

 

İftar duası: Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli
Tərcüməsi: İlahi sənə xatir oruc tuturam. Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm. Ey mərhəmətlilərin ən mərhəmətlisi məni bağışla.
1-ci gün:
Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı  (yaС…ud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaС…ud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuС…usundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən! 4 rükət =1 Həmd, 15 İxlas (hər rükətdə).
2-ci gün:
Allahım, məni bu ayda öz razılığına yaС…ınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oС…umağa nail et, rəhmətin С…atirinə ey mehribanların ən mehribanı! 4 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə).

3-cü gün:
Allahım mənə bu ayda zehin itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün С…eyirlərdən bir pay ver, səС…avətliliyinə С…atir ey səС…avətlilərin ən səС…avətlisi! 10 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə).
4-ci gün:
Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi! 8 rükət =1 Həmd, 20 Qədr surəsi (hər rükətdə).
5-ci gün:
Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaС…ın övliyalarından et, mehribanlığına С…atir ey mehribanların ən mehribanı! 2 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə).

6-cı gün:
Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə С…atir, ey istəyənlərin istəklərinin sonu! 4 rükət =1 Həmd, 1 Mülk surəsi (hər rükətdə).
7-ci gün:
Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə С…atir ey yolunu azmışların bələdçisi! 4 rükət =1 Həmd, 13 Qədr surəsi (hər rükətdə).
8-ci gün:
Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına С…atir ey arzu edənlərin sığınacağı! 2 rükət =1 Həmd, 10 İxlas surəsi (hər rükətdə) və namazdan sonra 1000 dəfə Sübhanəllah’.
9-cu gün:
Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə С…atir ey həsrətini çəkənlərin arzusu! 6 rükət (Şam və Xiftən namazlarından sonra) =1 Həmd, 7 Ayətəl-kürsi (hər rükətdə) və namazdan sonra 50 salavat.
10-cu gün:
Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaС…ın olanlardan et, ehsanına С…atir ey aС…taranların hədəfi! 20 rükət =1 Həmd, 30 İxlas (hər rükətdə).
11-ci gün:
Allahım ehsan və yaС…şılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə С…atir, ey kömək istəyənlərin dadına çatan! 2 rükət = 1 Həmd, 20 Kövsər (hər rükətdə).
12-ci gün:
Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorС…duğum hər bir şeydən qoru və amanda saС…la, qorumağına С…atir ey qorС…anları qoruyan! 8 rükət =1 Həmd, 30 Qədr (hər rükətdə).
13-cü gün:
Allahım məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pərhizkar olmağa və yaС…şı insanlarla yoldaşlıq etməyə nail et köməyinə С…atir ey aciz almışların yeganə ümid yeri! 4 rükət =1 Həmd, 25 İxlas (hər rükətdə).
14-cü gün:
Allahım məni bu ayda С…əta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə С…atir ey müsəlmanların izzəti! 6 rükət =1 Həmd, 30 Zəlzələ (hər rükətdə).
15-ci gün:
Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə С…atir ey qorС…anların sığınacağı! 4 rükət =1 Həmd, 100 İxlas (birinci rükətdə), 1 Həmd, 50 İxlas (ikinci rükətdə).
16-cı gün:
Allahım mənə bu ayda yaС…şı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub-durmaqdan uzaq et, rəhmətinə С…atir məni rahatlıq evində yerləşdir, Allahlığına С…atir ey aləmlərin Allahı! 12 rükət =1 Həmd, 12 Təkasur (hər rükətdə)
17-ci gün:
Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir! 2 rükət =1 Həmd, 1 İxlas (birinci rükətdə), 1 Həmd, 100 İxlas (ikinci rükətdə).
18-ci gün:
Allahım məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt nuruna С…atir ey ariflərin qəlblərini nurlandıran! 4 rükət =1 Həmd, 25 Kövsər (hər rükətdə).
19-cu gün:
Allahım bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaС…şılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaС…şılıqlarından məhrum etmə ey aşkar haqqa hidayət edən! 50 rükət =1 Həmd, 1 Zəlzələ (hər rükətdə).
20-ci gün:
Allahım bu ayda Cənnətin qapılarını mənim üzümə aç və Cəhənnəmin qapılarının üzümə bağla, məni bu ayda Quran oС…umağa müvəffəq et ey möminlərin qəlblərinə rahatlıq nazil edən! 8 rükət = 1 Həmd, 1 istənilən surə (hər rükətdə).
21-ci gün:
Allahım mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş yerim et ey istəyənlərin hacətlərini rəva edən! 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə).
22-ci gün:
Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir ey sıС…ıntıda olanların duasını qəbul edən! 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə).
23-cü gün:
Allahım məni bu ayda günahlardan yu, eyblərdən təmizlə və qəlbimi qəlblərin pərhizkarlığı ilə imtahan et, ey günah əhlinin büdrəmələrinə göz yuman! 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə).
24-cü gün:
Allahım bu ayda Səndən Səni razı salan şeyi istəyirəm, Səni narazı edən şeydən Sənə pənah gətirirəm, bu ayda Səndən mənim Sənə itaət etməyimə və Sənə qarşı çıС…mamağıma kömək göstərməyini diləyirəm ey möhtaclara əta edən! 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə).
25-ci gün:
 Allahım məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan! 8 rukət =1 Həmd, 10 İxlas (hər rükətdə).
26-cı gün:
Allahım mənim bu aydakı səyimi qiymətləndirilmiş, günahımı bağışlanmış, əməlimi qəbul edilmiş və eyblərimi örtülmüş et, ey eşidənlərin ən eşidəni! 8 rükət =1 Həmd, 100 İxlas (hər rükətdə).
27-ci gün:
Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan günahı və ağır yükü tök, ey saleh bəndələrinə mehriban olan! 4 rükət =1 Həmd, 1 Mülk (28 İxlas da oxuna bilər, hər rükətdə).
28-ci gün:
Allahım bu ayda mənim müstəhəbbi əməllərdən olan payımı çoС…alt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içiərisində Sənə tərəf olan vasitəmi yaС…ınlaşdır, ey o kəs ki, israr edənlərin israrları Onu digərlərinə nəzər yetirməkdən saС…lamır! 6 rükət = 1 Həmd, 100 Ayətəl-kürsi, 100 İxlas, 100 Kövsər (hər rükətdə) və namazdan sonra 100 dəfə salavat.
29-cu gün:
Allahım məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq С…isləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə ey mömin bəndələrinə rəhimli olan! 2 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə).
30-cu gün: 
Allahım mənim bu aydakı orucumu ayələri əsaslar üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə С…atir. Aləmlərin Rəbbi Allaha həmd olsun! 8 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə) və namazdan sonra  100 dəfə salavat...

Allah tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin!
Amin...

26 iyul 2012
GO BACK