Qadin.NET / Ramazan və orucluq

Ramazan və orucluq

 

Ramazan və orucluq 

Ramazan ayı ilə bağli hər kəsin fərqli düşüncələri ola bilər, bu səbəbdən hər kəsin düsüncələrinə hörmət edirəm. Nə də olsa əsas hər kəs üzünü Allaha tutaraq, onu xatırlayaraq və Bismillah deyərək orucuna başlayir. Məncə bu yazıda bir az köhnə zamana səyahət etsək yaxşı olar.        

Tarixə əsasən Müsəlmanların Ramazan ayında oruc tutması 622-ci ilə təsadüf edir. Orucluq hələ İslamdan öncəyə təsadüf edir.

Ramazan ayında insan səbri, nəfsi, iradə və gücü kontrol edilir, incələnir. Buna görə deyirlər ki orucluq ayında oruc tutanlar ücün gün ərzində yemək, icmək, siqaret cəkmək və s qadağandir. Sadəcə uşaqlar, xəstələr, hamilə qadınlar, səfərdə olanlar oruc tutmaya bilər. Bu doğru, amma dinimiz məcburiyyəti də qəbul etmir. Yəni, insanlara məcburi şəkildə oruc tutmaq da qadagandir.

Ramazan ayında olan bütün hazırlıqlar ürək istər, könüllü olmalidir. Çünki, bu sadə insan oğlunun Allah qarşısında deyil, insan oğlunun özünün özünə verdiyi hesabdir. Hər kəs bacardığı və bacarmadığı bütün işlər üçün özlərinə hesab verir.

Orucluq Ramazan ayında yeni ay cıxdığı andan başlayır və 29-30 gün ərzində davam edir. Ramazan ayının mühüm ay olaraq xatirimizdə qalmasnın başqa bir səbəbi daha var. Bu səbəbdən Ramazan ayı 11 ayın sultanı adlanır.

Müqəddəs kitabımız olan Quran Ramazan ayı gecələrinin birində enmis, yəni Qədr gecəsində.  Ilin on iki ayinin biri də Ramazan ayıdır. Dinimizə görə mübarək aydır. Bu aya da Ramazan adı verən Allahu-Təaladir. Qurani-Kərim bu ayda nazil olmuşdur. Bəqərə surəsinin 185-ci ayəsində "Ramazan elə bir aydır ki, bu ayda insanlara doğru yol göstərən, haqqı batildən ayırd edən açıq-aydın ayələrlə Quran endirdi. Ramazan ayına yetişən oruc tutsun" buyurdu.

Oruca ərəb dilinde savum deyilir. Oruc sözü yemək, icmək, cimadan (cinsi elaqe) və hər cür nefsi hisslərdən kəsilmək, Allah qatında çox böyük sevimli bir ibadətdir.  Bu ayda göylərin qapılarə açılaraq, Cəhənnəmin qapıları bağlanır, şeytanlar zəncirlərə vurulur. Ramazan işində elə bir gecə var ki, onun feyzindən məhrum olan, hər cür xeyrdən məhrum olur buyurmuşlardı. Bu aya sebr ayı da demək olar.   Bildiyimiz kimi orucluğun başlanmasına az qalıb. Siz necə oruc tutmağa hazırsınızmı? Allah tutulan orucları, edilən duaları, qılınan Namazlarınızı qəbul etsin İnşallah...       


24 iyul 2012
GO BACK