Qadin.NET / BU HƏDİSLƏR SİZLƏRƏ NƏ DEYİR?

BU HƏDİSLƏR SİZLƏRƏ NƏ DEYİR?

BU HƏDİSLƏR SİZLƏRƏ NƏ DEYİR?


Rəsulullah (s.ə.s) buyurmuşdur: "Parik taxana və taxdırana, qaş alana və aldırana, tatuirovka edənə və etdirənə lənət olsun!" (Səhih Buxari və Müslim, Əbu Davud və başqaları)

Rəsulullah (s.ə.s) buyurmuşdur: "Ey insanlar! Qadınlarınızı ətirlənməyə (bu halda çölə çıxmağa) icazə verməyin, çünki şübhəsiz İsrailoğullarının qadınları ətirlənərək məscidlərə çıxmaları səbəbilə lənətləndilər" (Tirmizi, Əbu Davud, Nəsəi, Əhməd)

-Peyğəmbər (s.ə.s) qadınlara buyurmuşdur: "Şübhəsiz ki, siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz" Qadınlar soruşdular "Nəyə görə Ya Allahın Rəsulu?" O (s.ə.s) deyir "Çünki siz bəlaya uğradığnda səbr etməzsiniz, sizə bir şey verildiyində şükr etməzsiniz, bir sirr verildiyində saxlamaz, ətrafa yayarsınız, ərinizə nankorluq edərsiniz və asanlıqla güvənilməzsiniz". (Səhih Buxari)

-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Öz qadınlarını başçı edən heç bir millət müvəffəqiyyət qazanmayacaq!" (Səhih Buxari)

-Peyğəmbər (s.ə.s) buyurmuşdur "Ey qadınlar, sədəqəni çoxaldın! çünki siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz" Qadınlardan biri dedi: "Nə üçün ya Allahın Rəsulu?" O (s.ə.s) cavab verdi: "Şübhəsiz siz nemətə qarşı insanların ən nankorusunuz. dərrakəniz və dininiz nöqsandır. Allahdan qorxun! Allahdan qorxun! İşlərində söz sahibi kişilərin qəlblərini sizlər qədər çevirən yoxdur." buyurdu ki, "Onlardan biri bir kişi ilə evlənir. Kişi bütün həyatı boyu ona yaxşılıq edir, onunla yaxşı davranır, lakin qadın bir dəfə ondan bir sərtlik görən kimi deyəcək: "Mən səndən heç zaman yaxşılıq görməmişəm" (Səhih Buxari)


İndi sizcə,qadınlar,bu qədər güvənilməz və nankordurlar?


Bəs bunu da bilirik ki,"Cənnət Ananın ayaqları altındadır"
25 iyul 2010
GO BACK