Qadin.NET / CƏNNƏTLİK ANA

CƏNNƏTLİK ANA

CƏNNƏTLİK ANA


CƏNNƏTLİK ANA


Bir qadın iki qızı ilə birlikdə Həzrəti Ayişənin yanına gəlmişdi.Ayişə qadını üç dənə xurmaya qonaq etdi.Qadın da uşaqlarının hərəsinə bir dənə verdi.Birini də öz ağzına aparırdı ki,uşaqların ona baxdığını gördü.Xurmanı iki yerə bölüb uşaqlarına verdi.Bu əhvalat Həzrəti Ayişənin diqqətini cəlb etdi.Güman ki,qadın ac idi,Amma uşaqlarını öz nəfsindən üstün tutmuşdu.Evdə verə biləcək başqa xurma da qalmamışdı.
Daha sonra Peyğəmbərimiz (s) evə gələndə Həzrəti Ayişə bu hadisəni ona danışdı.Peyğəmbərimiz buyurdu:
-O qadın bu davranışla cənnətə girəcəkdir.


Səhabələrdən Büreydə rəvayət edir:”Bir nəfər ALLAH-ın Rəsulunun yanına gəlib belə dedi:
-Ey ALLAH-ın Rəsulu,anamı çox isti bir gündə on bir kilometr belimdə apardım.Hava o qədər isti idi ki, yerə bir dilim ət qoysaydılar bişərdi.Görəsən bununla anamın haqqını ödəmiş oldummu?
ALLAH-ın Rəsulu (ə) cavab verdi:
-Bununla bəlkə sadəcə ananın doğum sancısının əvəzini ödəyə bildin.



Talha nəql edir:Həzrəti Peyğəmbər Əleyhissəlamın yanına getdim və:
-Ya Rəsulullah ALLAH yolunda savaşmaq istəyirəm dedim.
-Anan sağdımı?buyurdu.
-Bəli, dedim.
-Ananın ayağına qapan,cənnət onun ayağı altındadır,buyurdu.


Ənəs rəvayət edir:”Bir nəfər Peyğəmbərimizin(ə)yanına gəldi və:
-Ya Rəsulullah cihad etməyi çox arzulayıram,lakin əlimdən gəlmir dedi.Rəsulullah soruşdu:
-Valideynlərindən sağ olan varmı?
-Anam həyatdadır.
-Ona xidmət edərək ALLAH rizasını qazan.Bunu etsən həm həcc,həm ümrə,həm də cihad qədər savab qazanarsan,buyurdu.
26 iyul 2010
GO BACK