Qadin.NET / Oruc haqqında

Oruc haqqında

Oruc haqqında



ORUC HAQQINDA
 


Peyğəmbərimiz Rəsuli-Əkrəm (s):-Behiştin Rəyyan adlı qapısı vaedırçordan yalnız oruc tutanlar daxil olarlar.
Peyğəmbərimiz Rəsuli-Əkrəm (s):- Oruc tutun sağlam olun.
Peyğəmbərimiz Rəsuli-Əkrəm (s):-Oruc tutanı doyuran kəsə ALLAH mənim hovuzumdan şərbət nəsib edər və o bir daha susamaz.
Peyğəmbərimiz Rəsuli-Əkrəm (s):-Pərvədigara!Sənin üçün oruc tutub,sənin ruzin ilə iftar etdik.Belə isə bizdən qəbul et.Susuzluq getmiş,damarlar şadlanmış,əcri almışdır.
Peyğəmbərimiz Rəsuli-Əkrəm (s):-Oruc hər kəsi iştahası çəkdiyi yeməkdən saxlarsa,ALLAH-ın öhdəsinədir ki,onu behişt yeməkləri ilə yedirib,şərabından su içirsin.
İmam Əli(ə) :-Orucyalnız yemək və içməkdən qalmaq deyildir.Bu ALLAH-ın xoşu gəlmədiyi bütün şeylərdən uzaq olmaq deməkdir.
İmam Əli(ə) :-Oruc tutan adamın yatması ibadət,susması təsbih,duası qəbul olmuş,əməli isə iki bərabərdir.Onun iftar zamanı etdiyi dua rədd olunmaz.
İmam Sadiq(ə):-Oruc tutmanın səbəbi varlı ilə kasıbın bərabər olması üçündür.Çünki varlı adam aclıq çəkməmişdir ki,fəqirə rəhm etsin0O hər vaxt hər nə istəyibsə,onu ələ gətiribdir.
İmam Sadiq(ə):-Oruc dünya xəstəliklərinin qarşısında qalxan,axirət əzabındansa hicabdır.
İmam Sadiq(ə):-Oruc ağızdan xeyirdən başqa bir söz çıxmaz.

26 iyul 2010
GO BACK