Qadin.NET / Rasulullahın (sallallahu aleyhi ve sellem) Ramazan xütbəsi

Rasulullahın (sallallahu aleyhi ve sellem) Ramazan xütbəsi

Rasulullahın (sallallahu aleyhi ve sellem) Ramazan xütbəsi

Bu ay yalnız Allah üçün- aclıq və susuzluq, itaət və ibadətin məşəqqətinə səbr və dözüm ayıdır.

Salman Farisi (ra) rəvayət edir: Peyğəmbər (sas) Şaban ayının son günündə müsəlmanların önünə çıxdı və xütbə verməyə başladı:
“Ey insanlar, mübarək bir ay yaxınlaşdı.Bu elə bir aydır ki, içində min aydan daha xeyirli olan Qədr gecəsi vardır.Allah təalə bu mübarək ayın gündüzlərində orucu, gecələrində isə namazı fərz etdi.Bu ayda kiçik bir xeyir edənə başqa aylara nisbətən daha çox savab yazılar.Bu ayda bir fərzi yerinə yetirən başqa aylarda yetmiş fərz yerinə yetirmiş kimidir

Bu ay yalnız Allah üçün- aclıq və susuzluq, itaət və ibadətin məşəqqətinə səbr və dözüm ayıdır.Bu ay möminin ruzisini artıracaq bir aydır.Bu ayda kim oruc tutmuş bir möminə iftar süfrəsi açarsa, etdiyi bu iş günahlarının bağışlanmasına atəşdən azad olmasına səbəb olar,həmçinin oruclunun qazandığı əcr qədər savab qazanar.Səhabələrdən bəziləri:-Ya Rasulullah, hamımızın oruclu birisi üçün iftar verəcək imkanı yoxdur!-dedi.Rasulullah (sas) buyurdu:-Allah təalə bu savabı tək bir xurma ilə bir içim su və ya bir qurtum süd ilə oruclu möminə iftar verən kəsə də verər.Bu ayın əvvəli rəhmət, ortası məğfirət, sonu da cəhənnəmdən xilas olmaqdır.Bu ayda hər kim köləsini azad edərsə, Allah da onu atəşdən azad edər.Buna görə də bu ayda söyləyəcəyim bu dörd şeyi unutmayın: “Kəlmeyi-şəhadətə davam etməniz, Allahdan bağışlanma diləməniz.Hansı ki, bunlar Rəbbiniz razılığına səbəb olan xüsusiyyətlərdir.Digər ikisi isə, Allah təalədən Cənnəti diləmək və Cəhənnəm odundan Ona sığınmaqdır.Hər kim orucluya bir qurtum su verərsə, Allah təalə ona mənim hovuzumdan elə bir su içirər ki, Cənnətə girənə qədər bir daha susuzluq çəkməz.[size=7]
25 iyul 2010
GO BACK