Körpələr-dünyanın ən sevimli varlıqlarılarıdır.
Həzrəti Ömər vilayətlərdən birinə vali təyin etmək üçün bir əmirlə söhbət edirmış.Əmirin danişıgı,bacarığı və biliyini bəyənən Həzrəti Ömər fərmanı imzalayıb möhürünü vurmaq üçün əlinə aldıgı zaman otağa dir dəstə balaca uşaq daxil olur.Həzrəti Ömər taxtında qalxıb uşaqların yanına gəlir,hər birinin başını sıgallayıb üzündən öpür.Daha sonra uşaqların hamısını bir-bir qucağına alıb onlarla söhbət edir,əzizləyir.
Bu mənzərəyə təəcüb və maraqla tamaşa edən əmir uşaqlar otaqdan çıxan kimi soruşur:
-Ya Ömər bu körpələr sizin övladlarınızdı?
Həzrəti Ömər:
-Xeyr,müharibələr zamanı şəhid olmuş əsgərlərin övladlarıdır.
Deye cavab verir.Heyrətlənmiş əmir deyir:
-Siz nece böyük ürək və hövsələ sahibisiniz.Mən heç öz övladlarııma bu qədər vaxt ayırıb onları sizin qədər əzizləmirəm.
Bu vaxt möhür artıq Həzrəti Ömərin əlində idi.Əmirin son sözlərini eşidən kimi möhürü yere qoyur.Əmirin üzünə baxıb deyir:
-Öz övladını sevib-əzizləməyi bacarmayan bir insan böyük bir vilayətin əhalisini idarə edə,onların müşgil işlərini həll edə bilməz.Uşagını sevməyən insan ədalətli və imanlı ola bilməz.