Əqidəsi: Allah və Rəsulunun (səllallahu aleyhi və səlləm) buyurduqlarının haqq olduğuna yəqinliklə inanmaq və bu yolda özündən əvvəl gələn saleh müsəlmanların, saleh sələflərinin metodunu dərk edərək həyatının bütün sferalarına tətbiq etmək üçün əlindən gələn hər şeyi etmək.
Əxlaqı: Kamil İslam əxlaqıdır.
Nişanəsi: Bütün qaydalara riayət edilmiş bütöv bir hicabdır.
Ədəbi: Həya, iffət, ismət və təmizlikdir.
Nümunə götürdüyü şəxslər: Möminlərin anaları, səhabə qadınlar və bütün saleh qadınlar.
Sevgisi: Yalnız Allah və Rəsulu və İslamla bağlı hər kəs (hər şey) üçündür.
Gizli əməlləri: Axirəti xatırlamaq, sədəqə, gecə namazları və d. qəbir əzabından qoruyacaq xeyir işlər görmək.
Dostları: Dininə bağlı, əxlaqlı müsəlman qadınlar.
Sevmədikləri: Allaha şərik qoşmaq, haram olan hər şey, əxlaqsızlıq yayan insan və düşüncə tərzləri, ona məhrəm olmayan kişilərlə təklikdə baş verən istənilən ünsiyyətdən qorunmaq. Bir sözlə, qəbir əzabına səbəb olan bütün əməllər.
Rəğbəti: Bağışlayan (Ğafur) və Rəhmli (Rahim) olan Uca Allaha səmimi şəkildə tövbə etmək.
Ailə həyatı: Toyuna ancaq İslami qaydalara riayət etməkdə (içki, musiqi, müxtəlif xurafata gətirən adətlər, qadın və kişilərin qarışıb oturması və s.) razılıq vermək, həyat yoldaşına Allahın icazə verdiyi hər şeydə tabe olub onu razı salmaq.
Məqsədi: Müsəlman ailəsini inşa edib, əsl İslami dəyərlərə əsaslanmış cəmiyyətin bünövrəsini qoymaq, ümmətə faydalı olan nəsillər yetişdirmək.
İstirahəti: Faydalı elm öyrənmək, Quran əzbərləmək, zikr etmək və həddi aşmadan bədəninin tələb etdiyi qədər dincəlmək.
Gəzintisi: Allahın Ad və Sifətləri haqqında Şəriətlə qoyulmuş hədlər daxilində düşüncə səyahətinə çıxmaq, onların mahiyyətinə varmaq,qohumları, xəstələri ziyarət etmək, eyni zamandaailəsi ilə birlikdə halal gəzinti növlərindən zövq almaq.
Müəllif: Ummu AbdulAziz