Qadin.NET / ISLAM

ISLAM

ISLAM

İslam dininin ən gözəl və ən doğru tərifini Məhəmməd peyğəmbər (səllallahu aleyhi ve səllam) Cəbrayılın (Allahın əmrlərini peyğəmbərlərə çatdıran ən böyük mələk, Ona salam olsun) “İslam nədir?” sualına verdiyi cavabda bildirmişdir ki; “İslam – özünə heç bir varlığı (heç nəyi) şərik qoşmayaraq Allaha qulluq etmək ( təslim olmaq, itaət etmək), namaz qılmaq, fərz olan zəkatı vermək, ramazan orucunu tutmaqdır.

Islam dininin məqsədi: insanlara yaxşilıqnan pisliyin, doğruluqnan yanlışlıqın, gözəlliknən çirkinliyin fərqini bildirib, onları dünya və axirət xoşbəxtliyinə qovuşdurmaqdır.

İslam dinin xüsusiyyətləri:
1) Məhəmməd (səllallahu aleyhi və səlləm) tərəfindən təbliğ edilən İslam, son dindir. Ondan başqa din gəlməyəcək, hökümləri qiyamətə qədər davam edəcəkdir.
”ALLAH qatında din, şubhəsiz İslamdır” (Əli-İmran sürəsi, 19)
din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!
2) İslam ümümdünya bir dindir. Əvvəlki peyğəmbərlər təbliğ ettikləri dinlər, müəyyən millətlərə gəldiyi halda İslam dini, bütün dünya millətlərinə göndərilimişdir.
"(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (Əl Əraf, 158)
3) İslam dini, özündən qabaq ALLAH tərəfindən göndərilən peyğəmbərləri və ilahi kitabları təsdiq edir. Ancaq o kitabların hökmlərini qüvvədən qaldırılmışdır. Çünki onlar, müəyyən millətlərə məhdud zaman üçün göndərilmişdi. İslam dini isə bütün millətlərə göndərilən və qiyamətə qədər dəyişmədən dəvam edən bir Dindir.
"(Ya Rəsulum!) Söylə: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!”
Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!"(Əli-İmran, 84-85)
4) İslam dininin hökmləri, insanların ehtiyaclarını qarşılayacaq şəkildə mükəmməldir. Bu səbəbdən başqa dinə ehtiyac qalmamışdır.
25 iyul 2010
GO BACK