Namaza cəmi bir neçə ay olardı başlamışdım. Mən namaz qıldığım otaqda heç kim yox idi. Tam sakitlik idi. İşa namazı (gecə namazı) qılırdım. İkinci rükətdən sonrakı təşəhüddə olanda koftamın qolunun (o zaman namaza yeni başladığım üçün hələ namaz paltarı almamışdım) dirsəkdən dartıldığını hiss etdim. Düşündüm ki., otaqda heç kim yoxdur bəlkə öz – özünə dartılır. Gördüm yox, həqiqətən koftamın qolu sol tərəfdən dartılır. Qorxudan rəngim qardan ağ olardı, istədim qışqırıb qaçam. Yadıma düşdü ki, deyirlər yağın da yansa namazdan yarımçıq durmaq ən böyük günahlardan biridir.
Həmin günün ertəsi sübh namazı qılırdım. Yenə təşəhüddə olanda (hicabın altından bone bağlamışdım) bonemin sol tərəf qulpundan dartıldığını hiss etdim. İnanın bone başımdan gedirdi. Həqiqətən çox eyməndim, qorxdum amma namazı yarımçıq atmadım.
Dinə gəlib dindən dönəni Allah bağışlamır, tövbə etməyincə.
Şeytandan qorxub namazı atmayaq, Allahdan qorxub namaz qılaq.Çünki qiyamətdə şeytan deyəcək “mən sənə sadəcə vəsvəsə verdim ağlın varıydı arxamca gəlməzdin”. Onda hər şey gec olacaq.
Xanımlar, sizin də başınıza belə bir işlər gəlibsə şərhlərinizdə qeyd edin.