Müsibət görmüş, ailə və ya yaxın adamlarını itirmiş, nalə edən, ağlayan və qəm qüssəyə batan şəxsə təəccüb edirəm. Nadanlıq üzündən yaxalarını cırır və narahatçılıq keçirirlər. Elə bil ki, ölüm onun üçün əcaib bir şeydir. Allahın bütün məxluqları ölüm məsələsində bərabər tutulmuşdur. Allahın peyğəmbəri də ölümdən qaçınmamışdır.
Ey dünyanın aşiqi, dünyanın başqa bir üzü də var; o zaman ki, səndən ayrıldı and olsun Allaha peşman olacaqsan.
Dünyanın gedişi qəribədir. İnsanların qəflətdə olması ondan da qəribədir.
Ümid olan hər şey nəticəyə yaxındır, lakin ölüm onların hamısından daha yaxındır.
Ölü idin, dirildin və tezliklə öləcəksən. Fani evə bel bağlamısan. Əbədi evə nəzər sal.
Allahın istəyi olsa, sənin hacətin yerinə yetər və qələbə sənə doğru gələr. Əgər Allahın sənin hacətinin əldə edilməsinə razılığı olmasa, onda qarşında maneə yaranar.
Dünya öz aşiqləri üçün əzabdan başqa bir şey deyil, lakin onlar bunu bilmirlər.
Ölməyilə rahat olan ölü deyil. Ölü o kəsdir ki, diridir, diri ikən ölüdür.
İmam Əlinin(ə)Allaha minacatı
İlahi! Ey məni yaradan ! Ey mənim güvənc yerim! Ey mənim pənahgahım! Mən çətinliklərdə,asayişdə sənə pəhah gətirmişəm.
İlahi! Əgər günahlarım çoxdursa,sənin əfvin mənim günahlarımdan daha geniş və çoxdur.
İlahi!Öz nəfsimin istəklərini yerinə yetirmişəm,indi isə peşmançılıq çölündə sərgərdanam.
İlahi!Mənim vəziyyətimi,ehtiyacımı və çarəsizliyimi görürsən və mənim gizli danışıqlarımı da eşidirsən.
İlahi! İstəyimi kəsmə,məni ümidsiz qoyma,qəlbimi dəyişmə,çünki mənim istəyim sənin səxavətindir.
İlahi! Mənə öz əzabından nicat ver,çünki mən əsir,zəlil,qorxağam və qarşında təsliməm.
İlahi! Qəbirdə yatacağım zaman mətləbi mənə təlqin etməklə mənə munis ol.
İlahi! Əgər mənə min il əzab versən də,səndən rica ipimi kəsmərəm.
İlahi! Övladın və mal-dövlətin köməyə gücü çatmayacağı gün mənə öz əfvini daddır.
İlahi! Mənə qayğı göstərməyəndə məhv oluram və əgər məni qorusan,qorunaram
İlahi! Əgə günahkrı bağışlamasan,kim öz nəfsinin əsiri olan günahkarın fəryadına çatacaq?
İlahi! Əgər mən saleh əməllər tələbində ehtiyatsızlıq etmişəmsə ,indi sənin bağışlama izinə düşmüşəm.
İlahi! Günahlarım dağdan da hündürdür.Sənin onları bağışlamağın daha çox və ucadır.
İlahi! Əgər nadanlıq üzündən günah etmişəmsə ,yenə də sənin rəhmətinə ümidvaram,hətta səbirsizəm deyilsə də.
İlahi! Sənin yaxşılıqlarını yad etdikcə , mənim ürək yanğım sağalır, günahlarımı yada saldıqca göz yaşım axır.
İlahi! Azmağıma göz yum,günahımı sil. Çünki mən öz günahlarımı etiraf edirəm, qorxuram və yardım istəyirəm.
İlahi! Öz tərəfindən mənə rahatliq və rəhmət bağışla! Mən sənin rəhmət qapından başqa bir qapını döymürəm.
İlahi! Əgər məni öz dərgahından qovsan və ya mənə e`tinasızlıq etsən, kimə istəyimi bildirim və kimə arxayın olum?
İlahi! Əgər məni məhrum etsən və ya öz dərgahından qovsan, mən nə tədbir görüm və ya nə edim?
İlahi! Sənin məhəbbətinə bağlanan gecələr oyaqdır, minacat edir, Allahı çağırır, amma qəfil yatıbdır. Onların hamısı səndən bəxşiş ümidindədirlər ; sənin böyük mərhəmətini gözləyirlər və əbədi cənnət istəyindədirlər.
İlahi! Sağlamlığa ümid məni xoşbəxtliyə həvəsləndirir,günahllarımın çirkinliyi məni biabır edir.
İlahi! Əgər günahlarımdan keçsən, sənin bağışlama mərhəmətin mənim nicatım olacaq,əgər bağışlamasan ,məni yıxan bu günahlarla çökərəm.
İlahi! Məhəmməd (S) haqqına, onun Əhli-beytinin hörmətinə və sənə bey`ət ləyaqətli insanların ehtiramına Qiyamət günü məni Əhmədin dini etiqadında et ki,sənə pənah gətirmiş olum,əməli saleh,sənə təslim və qarşında təvazökar olum.
İlahi! Ey mənim ağam! Məni böyük Məhəmmədin (S) şəfaətindən məhrum etmə. O,şəfaət verəndir.
Möminlər səni çağırdıqca , salehlər sənə minacat etdikcə və sənin dərgahında namaz qıldıqca Məhəmmədə(S)salam göndər.