Bağışlayan və mərhəmətli Allahın adı ilə
Nəsihət, Təvazökarlıq və Təkəbbür
Peyğəmbər (s): “Allah dərgahında – qiyamətdə məqam və mənzillər baxımından ən əzəmətlisi Allahın bəndələrinə nəsihət etmək üçün yer üzündə daha çox gəzənlərdir”. “Ey Oğul! Hökmən moizəyə (nəsihətə) qulaq as və onlara əməl et! Çünki bu moizə aqilin nəzərində süzülmüş baldan da şirindir” . “3-şey vardır ki, Allah onların vasitərilə xeyir artırar:
Təvazökarlıq- Allah onunla insanın yalnız məqamını yüksəldər ; Nəfsin zəlil olması- Allah onunla yalnız izzət və başucalığı artırar; İzzəti nəfs-Allah onun vasitəsilə ehtiyacsızlığı artırar” .
“Cəhənnəm əhlinin kim olduğunu xəbər verimmi? Kobudxasiyyətli, təkəbbürlü şəxs”.
İmam Əli (ə): “Hər kəs nəsihəti qəbul edərsə, rüsvayçılıqdan amanda olar” . “Müsəlman müsəlmanın güzgüsüdür. Hər vaxt qarşınızdakından bir xəta gödünüzsə, hamılıqla ona hücum etməyin, əksinə ona yol göstərib nəsihət verin”.
<!--[if gte mso 9]> Normal 0 false false false MicrosoftInternetExplorer4 <!--[if gte mso 9]> <!--[if gte mso 10]> <!--[endif] -->
“Ən şərəfli əxlaq təvazökarlıq, helm və mülayim xasiyyətlilikdir”. “Yüksək məqamlı insanın elmi nə qədər yüksələrsə, təvazökarlığı da bir o qədər artar”. “Hər kəs varlı adamın yanına gedib ona varlılığına görə təvazökarlıq etsə, dininin uçdə ikisi aradan gedər”. “Hərislik, təkəbbür və həsəd insanın günahlara batmasına vasitə və səbəbdir”. “Təkəbbür edən şəxsdən təəccüblənirəm: Dünən nütfə idi, sabah isə mrdar olmuş bir cəmdək olacaqdır”.
İmam Sadiq (ə): “Təvazökarlığın əlaməti budur ki, insan məclisin aşağasında oturmağa razılıq versin, hər kəslə qarşılaşdığında salam versin, təqvalı olması ilə təriflənməsini sevməsin, mübahisəni buraxsın və hətta haqq onunla olsa belə”. “Təkəbbür odur ki, camaata təhqir gözü ilə yanaşı haqqı xar hesab edəsən”. “Kim özünü başqalarından üstün və fəzilətli bilsə, o təkəbbürlülərdəndir”
İmam Kazım (ə): “Həqiqətən, toxum düzənlik yerdə cücərər, bərk yerdə cücərməz. Hikmət də belədir, o , təvazökar qəlblərdə yer tutur, təkəbbürlü qəlblərdə yox. Mütəal Allah təvazökarlığı əqlin, təkəbbürü isə cəhalətin vasitəsi qərar vermişdir”.
İmam Həsən (ə): "Hər kəs öz din qardaşına gizlində nəsihət etsə onu zinətləndirmiş, hər kəs aşkarda nəsihət etsə onun dəyərini aparmışdır".
İmam Sadiq (ə) “Səndə təkəbbürlük vardır?”-deyilən zaman buyurdu: “Əsla! Təkəbbür yalnız Allaha məxsusdur, lakin məndə izzət vardır. Allah buyurur: “Həqiqətən izzət Allaha, peyğəmbərə və möminlərə məxsusdur”.
Allah bizləri çirkin və pis işlərdən qorusun!