Bağışlayan və mərhəmətli Allahın adı ilə!
Qəzəb, Mürvət (comərdlik)
Peyğəmbər (s): ”Agah olun! Insanların ən xeyirlisi odur ki, gec qəzəbləsin, tez razı olsun” . “Allah dərgahında qəzəbini Allah razılığına udan şəxsin içdiyi bu qurtumdan da fəzilətli bir qurtum yoxdur” . “Həqiqətən qəzəb şeytandandır, şeytan da oddan yaranmışdır, od yalnız su ilə söndürülür, sizdən qəzəblənən biriniz qəzəblənən zaman dəstəmaz alsın” . “İgidliyin son həddi budur ki, bir şəxs qəzəbləndikdə,qəzəbi şiddətləndikdə, nəticədə üzü qızardıqda və tükləri biz-biz durduqda öz qəzəbini boğa bilsin”
İmam Əli (ə): ”Qəzəb çox pis bir yoldaşdır: qeybləri aşkar, pislikləri yaxın və yaxşılıqları uzaq edir” . “Düzü ayırd etməkdə ən diqqətli insan odur ki,qəzəblənməsin”
İmam Sadiq (ə): ”Qəzəblənən zaman özünü ələ ala bilməyən şəxs bizdən deyildir” . “Hər kəs sənə 3 dəfə qəzəblənsə və sənin barəndə pis bir şey deməsə,onu özün üçün dost seç” .”Mömin o şəxsdir ki, qəzəbləndikdə qəzəbi onu haqqdan çıxarmır, razı olduğu zaman razılığı onu batilə daxil etmir və o kəsdir ki, qüdrət sahibi olduğu zaman öz haqqından artıq bir şey götürmür”
İmam Əli (ə): ”Mürvət bütün gözəl fəzilətləri və yaxşılıqları əhatə edən bir addır” . “Mürvət və mərdanəlik insanın ar olan şeylərdən çəkinməsi və onun zinətinə səbəb olan şeyləri kəsb etməsidir” . “Mürvətin əsası budur ki, gizlində elə bir iş görməyəsən ki, aşkarda onu görməkdən həya edəsən” . “İnsanın mürvət və mərdanəliyinin nişanəsi hamıya yaxşılıq və ehsan, minnət qoymamaqdır” . “Mürvətin əsası həya, səmərəsi isə paklıq və iffətdir” . "Mürvətin kamal həddi budur ki, sənin başqalarının üzərində olan haqqını unudasan, başqalarının sənin üzərində olan haqqını isə həmişə yadında saxlayasan"
Peyğəmbər (s):”Mürüvvət və mərdlik insanı və mal-dövləti düz yolda işlətməsinə səbəb olar”
Allah bizləri çirkin və pis işlərdən qorusun!