Qadin.NET / Cəhənnəmə düşmə səbəbi

Cəhənnəmə düşmə səbəbi

Cəhənnəmə düşmə səbəbi

 

Bir gün Peyğəmbər Əfəndimiz (s.ə.s.)əshabı ilə səfərə çıxmışdı. Əshabı ondan soruşdu:

-Ya Rəsulallah, ALLAH göstərməsin, siz ölsəniz  sizdən sonra hansı ibadəti yerinə yetirək? ALLAH yolunda cihada çıxaqmı?

Rəsulallah cavab verdi:

-ALLAH yolunda cihad yaxşı ibadətdir.Lakin insanlar üçün bundan da yaxşı ibadət var.-deyə buyurdu.

-Oruc və sədəqəmi?

-Oruc və sədəqə də yaxşıdır.Lakin insanlar üçün bundan da üstünü var.-buyurdu.

Bütün yaxşı işlər sayıldı .Hamısına da Peyğəmbərimiz(s.ə.s.) eyni cavabı verdi:

-İnsan üçün bundan daha yaxşısı var.

-Ya Rəsulallah,insanlar üçün bunlardan daha xeyirli olan şey nədir?

Rəsulallah ağzını göstərərk buyurdu:

-Susmaq. Danışarkən də xeyirli danışmaq.İnsanların cəhənnəmə üzü üstə düşmələrinin səbəbi dilləridir.ALLAHA və axirət gününə inanan şəxs ya xeyir desin, ya da sussun.Xeyirli sözlər deyin və ondan faydalanın.Bəd danışan insanın salamatlığı və rahatlığı əlindən gedir.

ALLAH hər birimizi sevimli Peyğəmbərimizin(s.ə.s) əxlaqı ilə zinətləndirsin inşallah! İnsanın özünü nəzarətdə saxlayıb yalnız gözəl sözlər danışması nə gözəldir. Bu heç də asan deyil. Bəzən insan qeybətin haramlığını ALLAHIN hidayəti sayəsində tərk edir. Amma öz yaxınlarına bunun haramlığını anlatanda özünə qarşı onlardan sərtlik görür. İstəmədən başqasının qeybətinə qulaq asmaq çox əzablıdır.Bu,qəbir əzabına səbəb olur.Bu,axirətdə bacı-qardaş cəsədi çeynəməyə səbəb olur. Gücüm ancaq buna çatır:

-ALLAH hər birimizi hidayət etsin.

İmam Əli(ə) buyurmuşdur:"İnsan dilinin altında gizlənib. Danışanda tanınır". Gözəl danışaq ki,gözəl də tanınaq.


Cəhənnəmə düşmə səbəbi
9 mart 2012
GO BACK