Qadin.NET / Ölümə hazırlıq

Ölümə hazırlıq

Ölümü tez-tez yada salmaq və ona hazırlaşmaq lazımdır. Rəsulullah (səllallahu aleyhi və səlləm) buyurur: "Ləzzətləri sona çatdıranı (ölümü) tez-tez xatırlayın!" Bu hədisi "Beşlik" səhih isnadlarla rəvayət etmiş, İbn Hibban, Hakim və digərləri səhih hesab etmişlər. Bəyənilən formada hər şeyin əlacı mümkündür. Çünki Allah bir dərd yaratmamışdır ki, onun şəfası və əlacı olmasın.


Haram buyrulmuş yemək, araq, nəcasət və digər şeylərlə edilən müalicənin özü də haramdır. Belə ki, "Səhih"-də İbn Məsuddan rəvayət olunan hədisdə Rəsulullah (səllallahu aleyhi və səlləm) buyurur: "Həqiqətən, Allah haram etdiyi şeylərlə ümmətinə şəfa verməmişdir." Həmçinin əqidəyə xələl gətirən hər cür müalicə üsulu yolverilməzdir. Kahinlik, sehrbazlıq, Allahdan qeyrisi üçün qurban kəsmək, kahinlərin və münəccimlərin yanına getmək bu cür əməllərdir. Xəstə olan tövbə etməli, Allaha yönəlməlidir. Çünki bu, hər bir zaman və xüsusilə də, xəstəlik anında vacib olan bir əməldir. Məsləhətdir ki, insan lehinə və əleyhinə olan bütün haqları və onda qalan əşyaları sahibinə qaytarsın, kiçik övladlarının haqlarına xüsusi diqqət ayırsın.


Ölüm anında onun yanında olan şəxslərin ona "lə iləhə illallah" kəlməsini dedizdirməsi bəyənilən bir əməldir. Rəsulullah (səllallahu aleyhi vəbsəlləm) bu barədə buyurur:

"Ölüm anında olan şəxslərinizə "lə iləhə illallah" kəlməsini təlqin edin!" Bu hədisi Müslim rəvayət etmişdir. Həmçinin ölən şəxsi qibləyə çevirmək, öldükdən sonra gözlərini qapamaq və üzünü paltarla örtmək lazımdır. İmkan daxilində onun hazırlıq qaydaları tez həyata keçirilməlidir. Borclarının ödənilməsi və vəsiyyətinin yerinə yetirilməsi Rəsulullahın (səllallahu aleyhi və səlləm) hədisinə uyğun olaraq tez bir zamanda olmalıdır: "Möminin ruhu borcundan asılıdır.
Ona görə də sorğu-sual ediləcək". Bu hədisi Əhməd rəvayət etmiş, Tirmizi isə həsən hesab etmişdir.
Saleh bin Fovzan bin Abdullah əl-Fovzan ("Cənazənin müxtəsər hökmləri" kitabından)

22 noyabr 2020
GO BACK