1.Yuxudan oyanarkən edilən dua:
Əlhəmdu li-l-ləhi-l-ləzi əhyənə badə mə əmətənə və ileyhi-n-nuşur (Həmd bizi öldürdükdən sonra dirildən Allaha məxsusdur və biz ona qayıdacağıq).
2.Evə girərkən ediləcək dua:
Bismi-l-ləhi valəcnə,va bismi-l-lləhi xaracnə,va alə rabbinə təvakkəlnə.Allahummə innə nəsəlukə xayra-l-mauləci va xayra-l-məxrəci (ALLAHın adı ilə qayıdırıq və ALLAHın adı ilə gedirik və Rəbbimizə arxalanırıq. ALLAHIM! Səndən qayıtmağımızın və getməyimizin xeyirli olmasını diləyirik). Sonra isə ev adamlarına salam verin.Unutmayin ki,bir nəfər evinə girərkən və yemək yeyərkən ALLAHı zikr etdikdə şeytan deyər: "Sizdə nə gecələməyə yer var, nə də axşam yeməyi".
3.Yuxuda həyəcan və ya qorxu keçirən,tək olanda qorxan və s. bu kimi adamların oxumalı olduğu dua:
Əuzu bikəliməti-l-ləhi-t-təmməti min ğadabihi va iqabihi,va şərri ibədihi va min həməzəti-ş-şəyatıni va ən yahduruni (Qəzəbindən və cəzasından,qullarının şərindən,şeytanın vəsvəsələrindən və onların mənə hazırladıqlarından ALLAHın kamil kəlmələrinə sığınıram).
4.Düşmənə qarşı edilən dua:
Allahummə munzilə-l-kitəbi,səria-l-hisəbi ihzimi-l-əhzəbə,Allahummə əhzimhum və zəlzilhum (ALLAHIM!Kitabı nazil edən,haqq-hesabda yeyin (iti) onları məğlubiyyətə uğrat,ALLAHım,onları darmadağın et və sarsıt).
5.Bir dəstə şəxsdən qorxduqda edilən dua:
Allahummə-kfinihim bimə şitə (ALLAHım,məni onlardan istədiyin kimi xilas et).
7.Uşaqları qorumaq üçün edilən dua:
Rəsulullah ( s.a.v ) Həsən və Hüseyn üçün belə dua oxuyarmış: Uizukumə bikəliməti-l-ləhi-t-təmmə min kulli şeytanin va həmmətin va min kulli aynin ləmmə (Sizin hər bir şeytan və həşəratın şərindən,hər bir pis gözdən (bədnəzərdən) qorunmanızı ALLAHın tam kəlamlarına sığınıram).
8.Göy guruldayarkən edilən dua:
Subhanə-l-ləzi yusəbbihu-r-radu bihəmdihi va-l-mələikətu min xifətihi (Pak və nöqsansız qarşısında göy gurultusu və mələklər qorxusundan təsbih edir onun həmdinə).Abdullah ibn əz-Zubeyr ( r.a ) göy gurultusu eşidəndə sözünü yarımçıq qoyub bunu demişdir.
9.Meyvənin nübarını görərkən edilən dua:
Allahummə bərik lənə fi səmərinə va bərik lənə fi mədinətinə va bərik lənə fi sainə va bərik lənə fi muddinə (ALLAHım,barımıza da,şəhərimizə də,azımıza da,çoxumuza da bərəkət ver).
10.Cinsi əlaqədən əvvəl edilən dua:
Bismi-l-ləh,Allahummə cənnibnə-ş-şeytanə va cənnibi-ş-şeytanə mə razəqtənə (ALLAHın adı ilə!ALLAHım,şeytanı bizdən və bizə verdiyin ruzidən (övlad nəzərdə tutulur) uzaq et.
(ardı var)