Rəhman və Rəhim Uca Allahın gözəl adlarından (əsmaül-hüsna) ən məşhurlarıdır. Quranın başlanğıcı olan "Bismillahir-Rəhmanir-Rəhim" ayəsində Allah özünü məhz bu adlarla bəndələrinə tanıtdırır. Həm Rəhman, həm də Rəhim adları Allahın mərhəməti ilə bağlıdır. Amma bu adları "bağışlayan" və "mehriban" şəklində tərcümə etmək düzgün deyildir, çünki bu sözlər həmin adların əsil mənasını əhatə etmir.
Rəhman adı Allahın mərhəmətinin bol və bu dünyada hamıya şamil olduğunu göstərir. Allah bu dünyada həm möminə, həm də kafirə həyat verir, nemətlər əta edir, ruzi göndərir. Allahın bütün nemətləri insanların üzünə açıqdır. Amma qiyamətdə Allah Rəhim sifəti ilə təcəlla edəcək.
Rəhim yalnız möminlərə mərhəmət göstərən deməkdir. Kafirlər isə qiyamətdə öz layiqli cəzalarını alacaqlar. Həmçinin, Rəhim adı Allahın möminlərə olan mərhəmətinin davamlı və sonsuz olduğunu göstərir. Allah heç zaman mərhəmətsiz olmayıb və olmayacaq.
Milli.az