Qadin.NET / Allahla Connect

Allahla Connect

Allahla Connect


Internetdə özünə təzə dost tapmaq üçün nə qədər zəhmət çəkməli, hələ üztəlik buna pul da xərcləməli olursan.
Komputer, İnternet karti almaq lazimdı,ele deyilmi?

Bəs Allahla necə?!

Bunun nə xərci var, nə zəhməti. Komputer alıb Control panel-ə Connection Wizard əlavə etdiyin bir halda, Allahla əlaqəyə bunlar lazım deyil. Sadəcə niyyətini saflaşdır. İnternetdə sənə username və password gərək olacaq, amma ALLAHLA əlaqədə yox.



Gəl sənə əlaqəyə girmək üçün password-da deyim; bu, “Bismillahir rəhmanir rəhim”-dir. Bunun üçün telefon nömrəsi də lazım deyil-gündəlik 2 rükət sübh, 4 rükət zöhr, 4 rükət əsr, 3 rükət şam və 4 rükət işa namazlarını qılmaqla Allahla əlaqə yarada bilərsən. Namaza başlamaqla Dial-ı yığ, yəni tövbə et və boşalt ürəyindəkiləri. Əmin ola bilərsən-qəlbinə “günah” adlı virus düşməsə Allahla əlaqədə heç vaxt Disconnect olmur.


Allah hər şeyi sənin üçün Download edəcək, istədiyin qədər Allaha eşq və dostluq məktublarını Send edə bilərsən. Bu əlaqəni nə hər hansi bir Virus, nə də Filtr kəsə bilər. Bir daha deyirəm, Allahla əlaqə yaratmaq üçün ixlas, saf niyyət və sağlam mənəviyyat lazımdır. Allahla əlaqə kəsilməsin deyə gündəlik həyatına ən güclü Antivirus yüklə. Bu namazdı.

Sən tanımasan da, Allah ən güclü VİRUS HAKERİNİ cox yaxshi tanıyır. Əlbəttə bu şeytandır. Qəlbinə iman və saleh əməl adlı Antivirus Search et və əmin ol ki, bundan sonra şeytan sənə heç bir zərər vura bilməz. Amma ehtiyatı əldən vermə, vaxtaşırı məscidlərə get, cümə namazlarında iştirak etməklə qəlbindəki antivirusu təzələ. Dediklərimi vaxtlı-vaxtında etsən, Allahla hər zaman Online əlaqədə olarsan.
8 iyun 2010
GO BACK