Qadin.NET / Peyğəmbər (s.a.v)-in vəfatını bildirən əlamətlər

Peyğəmbər (s.a.v)-in vəfatını bildirən əlamətlər

Peyğəmbər (s.a.v) Muaz (r.a)-nu Yəmənə göndərdiyi zaman ona bir çox tövsiyələr verdi.Tövsiyələrini bitirdikdən sonra buyurdu:Ey Muaz ola bilərki sən bu ildən sonra məni görməyəsən.Bu sözlər Muaz (r.a)-nu hönkür-hönkür ağlatdı.Peyğəmbər (s.a.v) üzünü Mədinəyə tərəf çevirərək insanlardan mənə ən layiq olanlar kim olursa olsun və harada olursa olsun müttəqilərdir deyə buyurdu.

 

Peyğəmbər (s.a.v) hər il Ramazan ayında on gün etiqafa çəkilərdi.Son ildə isə iyirmi gün etiqaf etmişdir.Cəbrail hər il Quranı bir dəfə ona təkrar etdirdiyi halda son ildə iki dəfə təkrarlatdı.

 

 


 Peyğəmbər (s.a.v) hicrətin onuncu ilində Həcc etdi və buyurdu:Həcci necə yerinə yetirəcəyinizi məndən öyrənin.Ola bilər ki,bu ildən sonra bir daha sizinlə görüşməyim.İnsanlarla vidalaşmağa başladı.

 

Ənəs (r.a) rəvayət edirki,Allah vəfatından əvvəl  Peyğəmbər (s.a.v)-mə tez-tez vəhy endirirdi.Lakin vəfat etdiyi günlərdə isə vəhy olduqca çoxalmışdır.

 

18 noyabr 2011
GO BACK