Qadin.NET / Qızıl və gümüş qabda yemək yeməyin!

Qızıl və gümüş qabda yemək yeməyin!

Bu günkü günümüzdə mətbəx qab-qacaqları satılan mağazalarda qızıl-gümüşdən hazırlanmış və ya qızıl-gümüş suyuna çəkilmiş qablar bizə rast gəlir.Varlıların evlərində və mehmanxanalarda da vəziyyət eynilədir. Bu qablar adamların qonaq gedərkən bir-birinə bağışladığı əşyalar içində birinci yer tutur. Bəzi adamların evində bu qablar olmasa da, onlar getdikləri başqa evlərdə və qonaqlıqlarda belə qablardan istifadə edirlər. Bunların hamısı isə şəriətlə haram edilmişdir.

Peyğəmbər(s.a.v)-dən belə qabların işlədilməsi ilə bağlı bizə qəti xəbərdarlıq gəlib çatmışdır. Ummu Sələmədən rəvayət edilən hədisdə Peyğəmbər (s.a.v) belə buyurur: "Qızıl və gümüş qablarda yeyən və ya içənin qarnında, şübhə yox ki, cəhənnəm atəşi qaynayacaqdır".

Bu hökm boşqab, nəlbəki, çəngəl, qaşıq, bıçaq, məclislərdə desert üçün nəzərdə tutulan digər qablara və onlara oxşar şeylərə şamil edilir.

 

Xuzeyfə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Qızıl və gümüş qablardan yeməkdə və içməkdə istifadə etməyin. Çünkü onlar bu dünyanı istəyənlər üçündür. Sizin üçün isə axirətdi. Cənnətdə  onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır.Siz orada əbədi qalacaqsınız".

Ənəs b.Sirin deyir ki, "Ənəs Məlik (r.a) ilə bərabər bir qrup məcusinin yanında idik. Gümüşdən bir qabın içində yemək gətirildi.Ənəs (r.a) ondan yemədi.Taxtadan düzəldilmiş bir qabda yemək gətirildi, o da həmin qabdan yedi".

22 noyabr 2011
GO BACK