Qadin.NET / Namazın tələsik qılınması

Namazın tələsik qılınması

Ən böyük oğurluqlardan biri də namazdan oğurlamaqdır (yəni onu qısaltmaqdır).

Peyğəmbər (s.a.v) belə buyurub: "Oğurluqda insanların ən pisi namazdan oğurlayanlardır". Ondan soruşdular: "Ya Peyğəmbər, namazdan necə oğurlayırlar?" Peyğəmbər (s.a.v) belə cavab verdi: "Namazın rüku və səcdələrini olduğu kimi yerinə yetirməməklə".

Peyğəmbər (s.a.v) belə buyurdu: "Rüku və səcdədə belini tamamilə əyib-qaldırmayanın namazına mükafat düşməz".

 


 Peyğəmbər (s.a.v) səhabələri ilə namaz qıldıqdan sonra onlarınn bir dəstəsi ilə əyləşdi. İçəriyə bir nəfər girdi və namaza oturdu. Rüku etməyə və toyuğun dəni dimdiklədiyi kimi başını sürətlə endirib-qaldıraraq səcdə etməyə başladı. Peyğəmbər (s.a.v) dedi: "Bunu görürsünüzmü? Kim bunun etdiyi kimi namaz qılaraq ölərsə, Məhəmmədin dinindən olmayan biri kimi ölmüş olacaq. O, namazda qarğanın leşi dimdikləməsi kimi başını endirib qaldırır. Rüku edərək səcdəsini toyuğun dəni dimdikləməsi kimi edən bir-iki dənə xurma yemiş ac insana bənzər. Bu onun aclığını azaldarmı?"

Hüzeyfə (a.o.r.o) rüku və səcdəni tamamlamayan bir adam gördü. Ona dedi: "Sən namaz qılmadın. Belə vəziyyətdə ölsəydin, Allahın Məhəmmədi (s.a.v) yaratmış olduğu fitri dindən (yəni İslamdan) başqa bir dinə məxsus adam kimi ölmüş olardın".

12 noyabr 2011
GO BACK