Qadin.NET / Dinimizdə mülayimlik və nifrətə münasibət

Dinimizdə mülayimlik və nifrətə münasibət

 

Peyğəmbər (s.a.v) dedi: kimə mülayimlikdən nəsibi verilmişsə, ona xeyirdən nəsibi verilmişdir.Kim də mülayimlikdən olan nəsibindən məhrum olmuşsa, xeyirdən olan nəsibindən məhrum olmuşdur.Qiyamət günü möminin tərəzisində ən ağır gələn şeyi gözəl əxlaq olacaq. Həqiqətən ALLAH kobud sözlər danışan adama nifrət edər.

Peyğəmbər (s.a.v) dedi: mülayimlikdən məhrum olan kimsə xeyirdən məhrum olar.Həqiqətən Allah mülayimdir və mülayimliyi sevir.

Peyğəmbərin (s.a.v)-in zövcəsi Aişə (r.a) rəvayət edir ki, bir dəstə yəhudi Peyğəmbərin (s.a.v)-in yanina gəlib dedi: Ölüm olsun sizə. Mən onların nə söylədiyini başa düşüb dedim: sizə həm ölüm, həm də lənət olsun.Peyğəmbər (s.a.v) dedi: tələsmə, ey Aişə, həqiqətən də Allah hər bir işdə mülayim olmağı sevir.

 

 

Peyğəmbər(s.a.v)dedi: Bazar ertəsi və cümə axşamı cənnətin qapıları açılır və müsəlman qardaşına nifrət edən kimsədən başqa, Allaha heç nəyi şərik qoşmayan hər kəsin günahları bağışlanır. Bir-birinə nifrət edən iki qardaş haqqında isə belə dedi: bu ikisini aralarındakı münasibətləri düzəldənədək gözləyin, onların bağışlanmasını təxirə salın.

Əbu Dərda(r.a)dedi: Sizə sədəqədən və orucdan daha xeyirli olan əməl barədə xəbər verimmi? Sonra sözünə davam edərək dedi: Bu küsülü olanları barışdırmaqdır. Diqqət edin, həqiqətən nifrət dinin kökünü kəsən bir dəlləkdir.

Peyğəmbər(s.a.v)dedi:  Zənnə qapılmaqdan çəkinin, çünki zənn ən yalan sözdür .Bir-birinizə  kələk gəlmək məqsədi ilə malın qiymətini qaldırmayın, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizlə rəqabət aparmayin, bir-birinizə arxa çevirməyin, ey Allahın qulları, qardaş olun!

8 noyabr 2011
GO BACK