Rəsulullah (s.ə.v.) buyurdu ki: "Allah mərhəmətli olanlara mərhəmətli olar. Elə isə siz yerdə olanlara qarşı mərhəmətli olun ki, səmada olanlar da sizə rəhmət etsinlər". (Tirmizi, Birr 16, (1925); Əbu Davud, Ədəb 66, (4941)
Son üç günüm bizim küçədə yazıq bir pişiyin miyoltusunu eşitməklə keçdi. Əvvəllər fikir vermədim, amma sonra uşaqlar gözünə çöp batdığını və ona görə qışqırdığını deyəndə o qədər kədərləndim ki, onun halına yanmağa başladım. Çox ağrılı bir vəziyyət idi. Gecə yarısı pişiyin ağlamaları ürəyimi ağrıdırdı. Yoldaşıma "Dözə bilmirəm, çox kədərlənirəm" dedim. Sağ olsun, aşağı düşüb pişiyə baxdı.Lakin pişiyi tutmaq mümkün olmadığından "Heç olmasa süd verək" dedik. Bir az südə çörək doğradım. Sabahısı gün uşaqlar tutub gətirdi, amma bağlanmış gözündə çöpü görə bilmədiyim üçün heç nə edə bilmədim.
Etiraf edim ki, mən ilk dəfə bir heyvan üçün dua etdim. "Rəbbim, pişiyə kömək et, nə olar" dedim neçə dəfə. Sonra Suriyada və dünyanın bir çox yerində öldürülən körpələrin hansı vicdanla öldürüldüyünü fikirləşdim. Boğazından bıçağlanan, ürəyinə güllə vurulan körpələr, qadınlar.
Lakin daha pisi bilirsiniz nədir? Ana və ataların "Çox sevirik" dedikləri balalarını cəhənnəm yanacağı kimi hazırlamaları. Allahın kitabındakı o qədər xəbərdarlığa, qəti əmrlərə, Rəsulullahın (s.ə.v ) tövsiyə və təlimlərinə baxmayaraq, hələ də uşaqların buna hazırlamamaq. İslam bir filosof təlimi deyil, Peyğəmbərimiz ( s.ə.v) bir mifologiya qəhrəmanı deyil, Quran sıravi bir dünya klassikası deyil. Bəs necə olur ki, uşaqlarımızı İslam çərçivəsində tərbiyələndirmirik?
"Ey iman gətirənlər! Özünüzü və ailənizi, yanacağı insanlar və daşlar olan oddan qoruyun. Onun başında mərhəmətsiz, güclü, Allahın özlərinə buyurduğuna qarşı gəlməyən və əmr edildiklərini edən mələklər vardır". (Təhrim: 6)
Ehh! Bu unutqanlıq nə hallara saldı bizi. Balalarımız günahsız və təmizdir. Onların ürəklərini niyə boş buraxırıq, niyə ruhlarını aclığa məhkum edirik?
Hələ orta məktəbdə "Oxu, qızım, yad oğluna möhtac olma" deyə təlqin etdiyimiz övladımızı səhər namazı üçün yuxusundan oyatmırıq, "Hələ uşaqdır" deyirik, "Ürəymiz gəlmir" deyirik. Amma əslində necə də ürəymiz gəlir, necə mərhəmətsiz rəftar edirik övladımıza.
Qoyun o şirin dodaqlar Allah adıyla islansın, balaca ürəklərinə Allah, Peyğəmbər, Quran sevgisi dolsun! Onların da Rəbbini tanımağa haqqı var. Onların da səcdədə Allahla görüşməyə ehtiyacı var.
Necə də qorxunc izah edir Rəbbimiz cəhənnəmi! Namaz qılmayanlar, İslamı həyatına yaxın buraxmayanlar, Allahı işlərinə qarışdırmayanlar dolduracaq oranı, təəssüf!
Bir heyvana belə ürəyimiz yanarkən, övladımızı cəhənnəm yanacağı edəcək qədər mərhəmətsiz ola bilmərik. Hərçənd, həmişə unuduruq: onlar bizim deyil, yalnız Allahın əmanətidir, duz deyilmi?
Yazar: Cahidə Sultan
XƏBƏR LENTİ
Azərbaycanda istilik sayğacları quraşdırılacaq
Ferhat Köçerin evlilik fobiyası
Dini liderlər dünyanı sülhə çağırdılar
Dərdin ən böyük dərmanı - təsəlli
"Yazıq" portret
Energetikası güclü olan insanların əlamətləri
Pəncərə kənarındakı möcüzə-Kalanxoe-2
Azərbaycanda şəxsiyyət vəsiqələrində YENİLİK
Parlaq dodaqlara sahib olmaq istəyirsiniz?
Boy uzadan ayaqqabı
Yılmaz Mörgüldən gözlənilməz reaksiya
"Eurovison-2016"nın daha bir gözəli
65 il bir yerdə yaşayan ər-arvad eyni gündə öldü
Bensu paylaşdığı FOTO ilə təəccübləndirdi
Sərdar Ortaçdan maraqlı ETİRAF-FOTO
Facebook-un qorxulu sirri açıldı
"Rocketman"hər kəsin diqqətini çəkir-FOTO
Ev həyatımız üçün praktik məsləhətlər
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Vitaminli salat (foto resept)
Bu tərəvəz pis qoxu yaradır
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
"Sen anlat Karadeniz"in FİNAL edir
"Avroviziya-2018"-in finalçıları müəyyən oldu-FOTO
Sarımsaq qoxusunu aradan qaldıran qidalar
Siqareti tərgitməkdə yardımçınız olacaq
Obezofobiya
Ey Azadlıq!
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Oxumağı sevən uşaqlar üçün dünya klassikləri
Ağac evlər
Qarındakı yağlar üçün pomidor suyu
Özcan Deniz yenidən evlənir-FOTO
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
Uşaqları mazoxist kompleksi olmadan böyütmək
Xalq artisti Mirzə Babayevin 100 illik yubileyi keçiriləcək
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə edib
Medalyer sənəti
Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ
Yatmağa kömək edən qidalar
Badam unundan pankek (foto resept)
Çoxmillətli toy "Ginnes"-ə düşdü
Dubay metrosunda robotlar xidmət göstərəcək
İxtisas seçimi başlandı
İki rəngli cupcake (foto resept)
Ayaqqabı və çantalar
Sızanaqların qarşısını necə almalı?
Xərçəngə qarşı universal vasitə hazırlanır
Geyim kombinasiyaları
Ermənistan prezidentini öldürmək istədilər
- ŞƏRHLƏR