"Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur" (Talaq, 2-3).
Fatma kürəyinə əkin dəstəsini aldı və düşüncəylə irəliləməyə başladı. Onu düşüncələrdən qayınanasının səsi ayırdı:
- Ay qız, Fatma, tez bura gəl. Sarı inək doğur, kömək et!
Fatma kürəyindəki dəstəsini endirdi və axıra doğru qaçdı.
Aman Ya Rəbbi… Heyvan da olsa, nə qədər acı çəkirdi. Fatma qayınanasıyla birlikdə heyvanın doğmasına kömək edirdi. Qayınanası dedi:
- Bir xeyli çətin olacaq yəqin!
- Bəli, çətinə bənzəyir.
Fatma heyvan acı çəkməsin deyə şəfa ayələrini, ardından bildiyi bütün surələri oxumağa başladı. Qayınanası dedi:
- Dəli qız, inəyə də oxunarmı?
Fatma isə göz yaşlarıyla cavab verdi:
- Ana, bax, əziyyət çəkir, ürəyim dözmür.
Bir saat çətinliyin ardından sarı qızın bir balası oldu. Sarı qız dərhal şəfqətlə onu yalayıb iylədi.
Fatmanın bütün mərhəməti sanki gözlərindən yaşlarla ilıq ilıq axırdı. Qayınanası:
- Bax, inəyin belə balası oldu. Dörd ildir bu qapıdasan, bir nəvə verə bilmədin qucağımıza!
Fatma isə:
- Allah xeyirli övlad versin, ana.
Qayınanası hirslə dedi:
- Xeyirli, xeyirsız!.. Bir övladın olsun. Bizi elin-günün dilinə saldın!
Fatma əsr namazından sonra dua üçün səcdəyə getdi və: "Rəbbim, dörd ildir səndən xeyirli övlad istəyirəm. Olmur Rəbbim! Həmişə xeyirli istəyirəm, mən aciz halımla necə xeyirsız bir övladla baş edə bilərəm. Mən özümü islah edə bilməzkən onu necə islah edərəm" - deyə gözyaşlarıyla yuyunan, salavatlarla taclanan duasını bitirdi.
Dörd dəfə hamilə qalmış, amma hamısını itirmişdi. Və israrla "xeyirli övlad ver" deyə dua etdi, etdi. Bir neçə ay sonra yuxusunda bir səs: "Qızım, xeyirli bir qız övladın olacaq, adını Hədiyyə qoy" deyə müjdələdi Fatmanı.
O, yenə həmişə "xeyirlisini" istədi. Nəhayət, Allahın lütfü kərəmiylə balasına qovuşdu. Adını Aişə Hədiyyə qoydu.
Amma Aişə dayanmadan xəstə olur, hər gecə həkimə aparırdılar. Fatma gecələri nəfəs alırmı deyə davamlı onu dinləyirdi. Yuxusu ərşə çəkilmişdi. Bir gecə yenə həkimə apardılar. Həkim dedi:
- Qızım, sən bu uşağa kəndin çətin imkanlarında baxa bilməzsən, uşaq çox zəif və həssasdır, dözməz, ölər! Mənim də neçə illərdir ki, uşağım olmur, onu mənə ver.
Fatma bu təklifi eşitcək sarsıldı və qətiliklə rədd etdi. Və uşağıyla birlikdə evə döndülər. O gecə, iki rükət namaz qıldıqdan sonra Rəbbinə yalvardı, dua etdi:
- Rəbbim, bu övlad xeyirli olacaqsa, onu mənə nəsib edib sevindir. Mənimlə böyüsün, bir yetimlə evləndirib onu sevindirərəm.
Səccadəsini yığarkən səs eşitdi:
- Verən də O, alan da O, bizə yalnız dua düşər.
Aişə gündən-günə yaxşı olurdu və gün keçdikcə böyüdü, şirin bir qız oldu. Allah Fatmaya ard-ardınca dörd övlad daha lütf etdi.
Aişə ibtidai məktəbi bitirincə Quran Kursuna verdilər. Orada çox müvəffəqiyyətli idi. Ədəbiylə, əxlaqıyla, çalışqanlığıyla özünü sevdirmişdi müəllimlərinə.
16 yaşında idi, gözəlliyi və ədəbi onu hamıdan ayırırdı. Yaşı kiçik idi, amma istəyənləri çox idi. Bir gün bir gənc elçi oldu, ailəsi olduqca imkanlı idi. Digər tərəfdən də kasıb, anasız-atasız bir gənc elçisi var idi və o gənc dedi:
- Müəllimlik üçün imtahanlarına girdim. Qazansam əlimdə tək hünərim o olacaq… Başqa tərəfindən verəcək heç bir şeyim yoxdur.
İki tərəf üçün də zaman istədilər. Fatma qızına dedi:
- Mən çox kasıbçılıq gördüm, sən görmə, qızım. Kasıb olan gənc özünə başqasını tapar. Səni belə göz görə-görə kasıbçılığa sürükləyə bilmərəm.
Qərar verildi. Sabahısı gün, zəngin gəncin ailəsinə xəbər veriləcəkdi. Fatma o gecə yuxusunda Kəbənin divarlarını suvayırdı. Kasıb gənc də ona kömək edirdi. Beləcə Kəbəni suvayıb bitirdilər. Uzaqdan bir səs eşitdi:
- Bir yetimi sevindirmək Kəbəni tikmək kimidir. Qızım, verdiyin sözü unutma, yetimi sevindir. Allah onu mübarək etsin.
Bu səsi tanımışdı. 16 il əvvəl yenə yuxuda özünə uşağının olacağını müjdələyən səs idi. Oyandı və yuxusunu qızına danışdı. Aişə isə dedi:
- Anacan sən hər vaxt ən xeyirlisini istəmisən, Rəbbimdən. Bu açıq-aşkar bir yuxudur!.. Rəbbim könül evlərimizi lütfüylə zəngin etsin.
Quran sədaları içində toy edildi. Hər şeyin ən sadəsi seçilmişdi evi üçün... Bir zinyət əşyası yox idi Aişənin, amma könülü iman dolu bir xəzinəyə sahib olduğu üçün Allaha dua edirdi.
Unutmayaq biz insan övladı çox acizik. Nəyin xeyir, nəyin şər olduğunu bilmirik. Ayət-i kərimədə buyurulduğu kimi bəzən: "Xeyir istəyər kimi israrla şəri istəyirik." Onun üçün Rəbbimizdən, hər vaxt hər şeyin ən xeyirlisini istəyək.
"Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!" (Bəqərə, 128).
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqların təhsilində bağçaların rolu – sosial adaptasiya
Ölüm vaxtını təyin edən test inkişaf etdirildi
Yumşaq görünüşlü dodaqlar üçün maska
Günün ulduz falı
Erməni işğalçıları atəşkəsi pozmağa davam edir
Namaz qılmaq üçün “ağıllı canamaz”
Ermənistanda səfərbərlik başlayıb?
Düşmən Tərtəri atəşə tutdu: Yaralılar var - RƏSMİ
Oğluna dərs başa salırdı infarkt oldu
Yeni nüvə savaşı başlayır
"Xaçapuri" (foto-resept)
Türkiyə ermənilərə qarşı bir yumruq kimi birləşdi
Hadisə Nur Yerlitaşı BAДћIŞLADI-SƏBƏB
Anamın əl işləri(2)
Prezident əlillərin avtomobillə təmin edilməsi ilə bağlı sərəncam imzalayıb
Koronavirusa yoluxan Ayşvariya Rayın vəziyyəti ağırlaşdı
3 günlük sindirella pəhrizi
Koronavirusla bağlı SON STATİSTİKA
Hündürdaban ayaqqabının yaratdığı xəstəliklər
Günün ulduz falı
“Korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır”
Qiymət artımına nəzarət gücləndirilir
Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa varmı? (AÇIQLAMA)
Leriki sel basdı
Dördqanadlı lələkli dinozavr
Azərbaycan taekvondoçularının beynəlxalq turnirdə rəqibləri məlum oldu
DİN komendant saatı ilə bağlı xəbərdarlıq etdi
Məşhur müğənninin dili kəsiləcək - FOTO
“Hercai”nin məşhur aktrisası TAİLANDDA – FOTO
Azərbaycanda ali məktəbdə bir ilk
Varikozdan qorunmağın yolları
Məşhur rus modeldən Ronaldo ilə bağlı şok iddia… - FOTO
Doğuş sonrası depressiya
Ermənistan qazsız qaldı
"Adamtanıyan" silahlar
Dünyanın ən yaxşı ali məktəblərinin reytinqi dərc olundu
Həvəskar fotoqrafın çəkdiyi qar dənəcikləri şəkilləri görənləri heyran edib
NASA həll edə bilmədiyi məsələ üçün tələbələrə 180 min dollar təklif edir
Uşaqlardan valideynlərə məsləhət var
Xocalı vəhşilikləri amerikalı jurnalisti dəhşətə gətirdi
Putindən yeni rekord
HAVA necə olacaq?-5 Mart
Rusiyada göydən qızıl "yağdı" - Video
Ən yaşlı qadın öldü
Fonetika - Səslər
İngilis dili-Aa (1)
Alman dili 2-ci dərs
ABŞ ordusunda "ağıllı eynəklər"dən istifadə olunacaq
Bu gün Azərbaycanda 2 bayram qeyd olunur
Kitab qadağası
- ŞƏRHLƏR