Ərəb tarixçiləri belə hesab edirlər ki, gələcək peyğəmbər 570-ci il avqustun 29-unda Məkkə yaxınlığında, Kəbənin 300 metrliyindəki bir evdə (təxminən 100 il sonra bu ev yenidən tikilmiş və məscidə çevrilmişdi) dünyaya gəlmişdir. O, anadan olan vaxt atası Abdullah Suriyada səfərdə idi. Körpənin babası Əbd əl-Müttalib adətə görə, Qureyşilər qəbiləsinin haşimi, Üməyyə sülalələrindən və başqa sülalələrdən olan tanınmış adamları yığıb uşağın adını Məhəmməd (s.a.v) qoymuşdu. Məhəmməd (s.a.v) dünyaya gələndən 2 ay sonra atası səfərdən qayıdarkən oğlunu görmədən yolda vəfat etmişdi. Atasından miras olaraq 5 dəvə, bir neçə qoyun-quzu və kölə qadın Bərəkət qalmışdı.
Yaza qədər Məhəmməd (s.a.v) anasının himayəsində yaşamışdı. İldə iki dəfə- yazda və payızda ətraf köçəri tayfalardan qadınlar Məkkəyə gəlir və tərbiyələndirmək üçün uşaqları alıb aparırdılar.
Həmin il bəni Səd-bəni Bəkr tayfasından gələn qadınlardan heç biri balaca Məhəmmədi (s.a.v) yetim olduğundan özü ilə aparmaq istəməmişdi. Qorxmuşdular ki, onun tərbiyəsi üçün kəsilən məbləğ az olar və vaxtlı-vaxtında çatdırılmaz. Nəhayət, Həlimə adlı bir qadın uşağı götürməyə razılıq vermişdi. Beləliklə də 6 aylıq Məhəmməd (s.a.v) anasından ayrılmış və təxminən 4 ilə qədər bəni Səd köçərilərinin yanında saxlanmışdı.
Məhəmməd (s.a.v) burada Həlimənin əri əl-Haris, onun iki qızı və oğlu ilə birlikdə köçəri həyat sürmüşdü.
Məhəmmədin (s.a.v) Həlimənin ailəsindəki həyatı ilə bağlı illərdə demək olar ki, elə bir hadisə olmamışdı. Məhəmmədin (s.a.v) Həliməni həmişə hərarətlə xatırlaması göstərir ki, bu ailədə onun güzəranı yaxşı keçibmiş və heç kəs onu incitməyibmiş.
Məhəmmədin (s.a.v) bəni Səd tayfasındakı həyatı ilə bağlı yalnız bir əfsanə bu vaxtadək yaşayır. Həmin əfsanəyə görə guya Məhəmməd (s.a.v) süd qardaşı ilə çadırın yanında oynayırmış. Bu vaxt onlara ağ geyimli iki nəfər yaxınlaşır. Onlar Məhəmmədi (s.a.v) yerə yıxıb ürəyini çıxarır, içərisindən bir damcı qara rəng götürüb kənara atır, sonra gələnlərdən biri əlində tutduğu qızıl ləyəndəki ağappaq qarla onun ürəyinin içərisini yuyub təmizləyir. Süd qardaşı qaçaraq ata-anasına əhvalatı danışır. Həlimə rəngi soluxub ağarmış Məhəmmədi (s.a.v) sorğu suala tutursa da, ondan eyni sözləri eşidir. Bu hadisədən qorxuya düşən Həlimə uşağın gələcəyindən ehtiyat edir və dərhal Məhəmmədi (s.a.v) Məkkəyə, babasının yanına aparır.
Görünür bu əfsanədə müəyyən qədər həqiqət vardır. Guya, Məhəmməd (s.a.v) sonralar da bu əhavalatı tez-tez xatırlayırmış. Babasının yanına gələndən sonra isə Məhəmmədlə (s.a.v) mələklər arasında baş verən həmin hadisə bir müddət unudulur.
Məkkəyə qayıdandan sonra Məhəmməd (s.a.v) anası Əminə xatın və kölə qadın Bərəkətlə birlikdə yaşayır və altı yaşı tamam olanda o, anası ilə birgə Yəsribə (Mədinəyə) qonaq gedir. Geri qayıdanda anası yolda vəfat edir, onu Əbva yaxınlığında dəfn edirlər.
Ata-anadan yetim qalan Məhəmmədi (s.a.v) Haşimilər nəslinin başçısı olan babası Əbd əl-Müttalib öz himayəsinə götürür. Əbd əl-Müttalib həddindən artıq qoca idi. Kəbənin açarlarını o saxlayardı.. Məbədin hasarı yanında qoyulmuş çarpayısının üstündə gündüzlər oturar, gecələr isə yatardı. Məhəmməd (s.a.v) Əbl əl-Müttalibin ən sevimli nəvəsi kimi bu çarpayıda oturmaq şərəfinə nail olmuşdu. Babası ilə uzunmüddətli ünsiyyəti nəticəsində Məhəmməd (s.a.v) Kəbənin yaxınlığında keçirilən bütün dini mərasimlərin şahidi olmuşdu. Bütün bunların mənasını babası ona izah edirdi...
Məhəmməd (s.a.v) 8 yaşında olanda ona bir daha böyük itki üz verdi-babası və qəyyumu Əbd əl-Müttalib 88 yaşında ikən vəfat etdi. O, vəfatından bir qədər əvvəl bütün işlərini qaydaya salandan sonra böyük oğlu Əbu Talibi yanına çağırtdırıb, Haşimilər tayfasının gələcək ağsaqqalı kimi Məhəmmədin (s.a.v) qayğısına qalmağı ona tapşırdı.
Ardı var...
XƏBƏR LENTİ
Günün ulduz falı
Putindən Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı FƏRMAN - FOTO
Mətbəxdə tapa biləcəyiniz nəmləndiricilər
Qaçqın və məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin aqibəti ilə bağlı AÇIQLAMA
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
Həyata sarıl
Əsl ananın əziz xatirəsinə
Yemək insanın xasiyyətinə necə təsir edir?
Payız depressiyası və ondan xilas yolları
Zövqlü don modelləri
Operativ Qərargah xəbərdarlıq etdi
Film üçün tanınmaz hala düşdülər
Lobyalı ət
Cana cəfa, yoxsa dərman kredit
Azərbaycanda tarixi abidə məhv olmaq üzrədir
Ordumuzda yenilik
Rəngarəng saatlar
Dünyanı onlar idarə edir?
Elm də təsdiq etdi: bürclərin insan xasiyyətinə təsiri var
Demet Akalın prezidentlə nə danışdığını Açıqladı
Emoji çanta düzəltmək
Sabah 36Лљ isti gözlənilir
Sən və mən
Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI
42 dərəcə isti olacaq - HAVA PROQNOZU
Mahir sinoptiklər
Azərbaycanda uşaq bağçaları yenidən açılır? - RƏSMİ
Qəbələdə keçirilən mürəbbə festivalının qalibi müəyən olunub
Komada olan boksçu ayıldı
Boyası qaçmış saç diblərini necə gizləməli?
Ancelina Coli ona dəstək oldu-FOTO
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hamiləlik dövründə həddindən artıq kökəlməmək üçün...
İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibə verib - VİDEO
Günün ulduz falı
Cindy Crawforddan enerji verən yaşıl içki
Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi
Sabahın hava proqnozu
2014-cü il üçün hazırlanan salatlar (1) (foto resept)
Evlərdə çatlar yarandı
Aleyna Tilkinin 15 minlik geyimi-FOTO
Kartoflu piroq (foto resept)
Diabetin dərmansız davası
Dəbli iş qadınları üçün kombinlər
Qayda pozuntuları mobil telefonlara göndəriləcək
Düşmən qruplaşması mühasirəyə alındı - RƏSMİ
Yay üçün hündürdaban ayaqqabılar
İnsan olduğumuzu unutmayaq...
Start
Selena Qomezdən gözlənilməz etiraf
- ŞƏRHLƏR