Sözünün bərəkətini görmək istəyirsənsə, ifadə etdiklərini hiss et, hiss etdiklərini də ifadə et.
Könüldən çıxan sözlər, könüldə məqsəd tapar. Ağızdan çıxan sözlər isə, qulaq çömçəsində taxılı qalar.
Elə sözlər vardır ki, ordulardan daha çox təsir gücünə malikdir. Elə hallar da vardır ki, minlərlə sehrli sözdən daha təsirlidir.
İnsan güc və qüvvət qarşısında bəlkə əyilə bilər amma, şirin dil və gülər üz qarşısında əyilmənin daha da kənarında diz çökər. İlanı dəliyindən çıxaran şirin dildir, ilanın başının əzilməsinə səbəb olan isə öz zəhərli dilidir. Dil öyrənmək üçün çox məşğul oluruq, amma hamımızın öyrənməsi lazım olan iki dil daha var; şirin dil və bədən dili.
Güllə yarası keçər amma, dil yarası keçməz. Ona görə söylədiklərinə diqqət yetir. Söyləmədiyini hər vaxt söyləyə bilərsən, amma söylədiklərini geri ala bilməzsən. Məramını ancaq doğru sözlərlə ifadə etməlisən. Əyri sözlərlə doğrunu ifadə etməyə çalışmaq, əyri tərəziylə doğru çəkməyə çalışmaq kimidir.
Xarici görünüşə diqqət yetir, amma xarici görünüşü büt etmə! 7,9 şiddətindəki bir zəlzələdən sonra ayaqda qala bilən bir ev, o zəlzələyə boyası üzündən dözə bilmiş deyil.
Rəvayətlərə görə, Loğman Həkimin partlaq gözləri vardı. Biri ona diqqətlicə baxınca, Loğman Həkim belə dedi: "Xeyir ola, boyanımı bəyənmədin yoxsa boyaçınımı?."
Bunu da yaxşı bil; Allah(cc), Həzrəti Yusufu yaraşıqlı olduğu üçün peyğəmbər etmədi.
İki-üç stəkan su, susuz bir insan üçün faydalıdır. Ancaq bir tank su insanı boğar. Ona görə heç bir insana layiq olduğunun üstündə dəyər vermə!. Layiq olduğunun üstündə sənə dəyər verənlərə də aldanma!. Səni səndə olmayan xüsusiyyətlərlə mədh edənlər, gün gəlir səni səndə olmayan xüsusiyyətlərlə uzaq edə bilərlər.
Dilənçiliyin ən pisi, sevgi dilənçiliyidir. Səndən dəyər götürməyən sən, heç kimin yanında da dəyər tapa bilməz.. Gerçəklə nə qədər erkən üzləşsən, hədəfə o qədər erkən çatarsan.. Ağrılardan qorxma!. Bəzən ağrılar, dərmanlardan daha təsirli şəfa paylayar.
Yaxşılıqla axmaqlığı, şübhəçiliklə fərasəti, təmkinlə qüruru, təvazöylə zilləti, comərdliklə israfı, qənaətlə xəsisliyi, bəlağətlə bərbəzəyi, evliliklə evçilik oyununu bir-birinə qarışdırma!..
Həyatını sahiblən!. "Mən həyatımı idarə edə bilmirəm" demə!. Unutma; "öz planlarının mübtədası olmazsansa, başqa planların yükləri olarsan". Məsuliyyətlərini, məchul sabahlara təxirə salsan, uduzmanı bir həyat tərzi halına gətirərsən. Sabah üçün ediləcək ən yaxşı plan, "indi"ni və "burada"nı yaşamanın şüuruna çatmaqdır.. Dünən təcrübədir, dərs al. Sabah gələcəkdir, planla. İndi və burada isə, həqiqi ömüründür, onu yaşa!.. Məsuliyyət almadığın heç bir şeyə sahib olmamalısan!. Çünki; əvəzini ödəmədiyin heç bir şey sənin deyil. Başqalarına minnət edərək yaşayırsansa, azadlığı yuxularında belə görə bilməzsən!. Dünyada ən bahalı su gülsuyu deyil, üz suyudur.. Gül suyunu bol bol tökdükcə, xoş ətirli qoxular yayılar. Üz suyunu tökdükcə də zillət saçılar. Üz suyunu alın təriylə qarışdırsan, gül suyu kimi gözəl iy verər.
Sənə ən böyük pisliyi, yenə sən edərsən. Sənin sənə yönəltdiyin ən böyük pislik, vərdişlərindir. Vərdişlərinin sənə verdiyi zərəri, atom bombası başında partlasa verə bilməz. Hər an ayrı bir ölümlə ölərsən. Əsarətin ən qorxuncu, zəncirsiz olanıdır. Beləliklə həm əsir olduğunu bilməzsən, həm də yaşadığın hər an vərdişi bəsləməyə davam edərsən. Zaman səni qocaldarkən vərdişlərini cavanlaşdırar. Zaman səni gücsüzləşdirərkən, vərdişlərinə güc qatar... Artıq səni ilahi bir təmasdan başqa heç bir şey qurtara bilməz. Ona görə, "indi kiçikdir" demə. İndi böyük olan sən, bir zamanlar kiçik bir damla idin!. Ona görə, nə qədər kiçiklər, bağırlarında nə qədər böyükləri saxlayar. Vərdişləri bəsləyən güc, ləzzət mövzusunda "indiki", məsuliyyət mövzusunda "sonrakı" olan nəfsdir. Nəfs, kürsü kimidir. Ayaqlarının altına alsan ucalarsan, başının üzərinə qoysan alçalarsan.
Qəflət yuxusundan oyanmamaqda israr edənləri, ancaq İsrafılın Suru oyandırar. Özünü yaxşı tanıya bilməmək, özünü keç tanımaq və ya özünü səhv tanımaq, adama çox zərərlər verə bilər..
Dostunu səhv anlarsansa, dostunu itirərsən. Özünü səhv anlarsansa, özünü itirərsən. İtirdiyin dostların yerinə yenisini tapmaq bəlkə asan ola bilər. Ancaq özünü itirsən, bir daha çətin taparsan.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan klubunun Avropada möhtəşəm uğuru
Məşhur aktyorlar çəkiliş meydançasında öldülər-FOTO
İncikliyim- bədbəxtliyim...
Toxuma işlərim
Məşhur aktyor yeni serialla efirlərə qayıdır
Əməkdar artist xəstəxanaya yerləşdirildi
Arnold Şvartsenegger koronavirusdan belə qorunur – VİDEO
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Avropada terror riskinə görə ölkələrin REYTİNQİ - SİYAHI
Günün ulduz falı
Qurban bayramında neçə gün iş olmayacaq?
Fantastik şəkillər əvvəl və sonra
Bakı Metropolitenindən sərnişinlərin təhlükəsizliyi ilə bağlı açıqlama
Bakıda atəşfəşanlıq olacaq
Qeyri-adi yataq dəstləri
İnsanı yavaş-yavaş məhv edən stress
Permanent makiyaj - Mövcud risklər
Kuklaya bənzəmək üçün 1 gündə 6 əməliyyat keçirdi -FOTO
Məşhur aktyor hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bakıda böyük bir ərazinin taleyi dəmir lövhələrlə qaranlıq edilib - FOTO
Ərdoğan: "Xocalı soyqırımı 20-ci əsrin ən böyük faciəsidir"
Facebook yeni layihə hazırlayır
İradə İbrahimova stili
Mastopatiya
Arıqladan dadlı detoks
Qırmızı kələm salatı (foto resept)
Pentaqon UNO-nun görüntülərini paylaşdı - TARİXDƏ İLK
Düzgün qidalanaq
Atanın qızı istəmədiyi oğlana verməyə ixtiyarı varmı?
Qış xəstəliklərindən necə qorunmalı?
Qadın zəif deyil, zərif olur
Məşhur futbolçu qonşuları tərəfindən ağır təhqir edildi – VİDEO
HAVA necə olacaq?- 17 MART
Bu da yeni Nissan Juke
"Instagram"da Yeni TƏLƏB
Acun rəsmi olaraq boşandı!-Son xəbər
Ən çox yağ yandıran idman növləri
Dağlardakı ayaq izləri naxışlara çevrilir
Kıvanç Tatlıtuğ yeni biznesə başladı
Selma Hayekdən 100 milyonluq yardım
Ömrün uzunluğunu əvvəldən görmək olacaq
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Emin ad günü etdi-FOTO
TQDK nəticələri açıqladı
Günün ulduz falı
Əsəbləri sakitləşdirən üsullar
Dilqəmdən daha bir mərdlik
Günün qoroskopu: yaxşıca düşünüb-daşının
Dəbli iş qadınları üçün kombinlər
Noxudlu bisküvit (foto resept)
- ŞƏRHLƏR