Məkkə şəhəri
Məkkə müsəlmanların əsas müqəddəs şəhəridir. İslam dininin banisi Məhəmməd qədim ticarət mərkəzi olan bu şəhərdə doğulmuş, yaşamışdır. Məkkə şəhəriində 1700000 insan yaşayır. Həcc ziyarəti zamanı şəhərin əhalisi dəfələrlə artır.
Mədinə şəhəri
Mədinə dənizdən 625 metr yüksəklikdə yerləşir. Mədinə Münəvvərə, Səudiyyə Ərəbistanının qərb bölgəsinin ortasında, dənizdən 625 metr yüksəklikdə yerləşir.
Məhəmməd (s.ə.s) Mədinədə dəfn olunmuşdur. Hər il həc ziyarətinə gedən zəvvarlar Məkkəni ziyarət etdikdən sonra, Mədinəyə gedib peyğəmbərimizin qəbrini ziyarət edərlər. Həzrəti Məhəmmədin (s.ə.s.) Mədinə şəhəri haqqında belə bir sözü var: “Mədinə bir şəhərdir ki, içində mərəzi olanı barındırmaz“. Yəni, pis niyyətlə Mədinəyə gələn adam burada xeyir tapmaz.
Kərbəla
Alimlər “Kərbəla” sözünün “Kərbələh”dən alındığını qeyd edirlər. Kərbələh üçün də üç məna sadalayıblar:
1. Süstlük. Çünki, Kərbəla torpağı sabit iqlim şəraiti olan bir yerdə olub.
2. Buğda və digər dənli bitkilər daş və digər artıq şeylərdən təmizləmək. Kərbəla torpağı da daşsız-kəsəksizdir.
3. Həmin torpaqda çox bitən bir otun adıdır.
Kərbəla torpağı Kəldanilərin mülklərindən biri olmuş, onlardan sonra Sasanilərin hakimiyyəti altına keçmişdir. Bəziləri deyirlər ki, bu ərazi xristianların ibadət yeri olmuşdur.
Hicrətin 36-cı ilində Əli (ə) Süffeyn müharibəsinə gedərkən bir az Kərbəla torpağı götürüb iylədi və dedi: “ Xoş olsun bu torpağın halına ki, bəziləri bu torpaqdan behiştə gedəcəklər!” Kərbəla torpağı hələ qədim zamanlardan – İsa (ə)-dan da qabaq yaşayış məskəni olmuş, orada insanlar yaşamışlar.
Kərbəla kəndlər və abad məntəqələrin mərkəzində yerləşirmişdir. Həmin məntəqədə Nəvaris, Qaziriyyə, Neynəva adında, həmçinin Şam şəhəri ilə Fərat çayı arasında bir neçə kənd olmuşdur.
Kərbəla torpağının başqa adları da olmuşdur :
Şatil-Fərat, Niyrə, Qudsiyyə, Ərzullahi-muxtar (Allahın seçdiyi yer), Hair və Tif.
Ovn ibn Əlinin qəbri
Ovnun qəbri Kərbəlanın 12 kilometrliyində yerləşir.
Musa ibn Cəfər (ə)-ın oğlu Qasimin qəbri
Qasimin qəbri şəhərin 12 kilometrliyində yerləşir.
Ovn ibn Abdullahın ibn Cəfərin qəbri
Ovn İmam Həsən Müctəba (ə)-ın nəslindəndir və qəbri də Kərbəlanın 14 km şimalında yerləşir. Bəziləri onu Cəfər Təyyarın nəvəsiylə səhv salır.
Əbu Bəkr ibn Əli (ə)-ın qəbri
Onun qəbri Nəcəflə Kərbəla arasında yerləşir. O,Kərbəlada yaralanmış və bu məkanda şəhid olmuşdur. Hal-hazırda qəbrini zəvvarlar ziyarət edirlər.
Hürr ibn Yəzid Riyahinin qəbri
Cənab Hürrün qəbri Kərbəlanın altı kilometr qərbində yerləşir. Hürr Ömər Sədin qoşununun sərkərdəsi idi və tapşırıq almışdı ki, İmam (ə)-ın karvanının qarşısını alsın. Kərbəla hadisəsində Əba Əbdillah (ə)-ın xütbə oxumasından sonra düşmənin sırasını tərk edib doğru yol tutan ilk şəxs Hürr oldu. O,döyüş başlamazdan əvvəl özünü cənnətlə cəhənnəm arasında görərək,yoldaşlarına dedi: “ Mən daha Fatimə ciyərparələrini narahat edə bilmərəm. Mən öz yolumu seçib İmamın tərəfinə keçirəm. ” İmam (ə)-ın hüzuruna yetişdikdə etdiyi xətalara görə üzr istəyib, tövbə etdi. Həzrət onun tövbəsini qəbul edərək buyurdu: “Afərin sənin anana ki, adını Hürr (azad) qoyub !” Sonda Hürr Kərbəla şəhidlərinin sırasında yer alaraq keçmiş dostları, amma İmam düşmənlərinin əli ilə şəhid oldu.
Seyyid İbrahim Mucabın qəbri
İmam Musa ibn Cəfər (ə)-ın nəvəsi və Seyyid Muhəmməd Abidin oğlu olan Seyyid İbrahimin qəbri İmam Hüseyn (ə)-ın qəbrinin şimal-qərb tərəfində yerləşir. O,Kərbəlanı ilk olaraq vətən seçən şəxs olub və 247-ci hicri ilindən Kərbəlada yaşamışdır. Seyyid İbrahimin “Mücab” ləqəbi ilə çağırılmasının səbəbi bu idi ki, o, İmam Hüseyn (ə)-ın qəbrinə salam verdikdə, Həzrətin qəbrindən salamın cavabı gələrdi. Kərbəlada ondan qabaq heç kəs məskunlaşmamışdır.Q əbri İmam Hüseyn (ə)-ın ziyarətgahında yerləşir.
Həbib ibn Məzahir Əsədinin qəbri
Həbib ibn Məzahirin qəbri İmam Hüseyn (ə)-ın hərəminin qərb tərəfində yerləşir. Həbib Kufədə yaşayırdı. Kərbəla hadisəsi zamanı onun 75 yaşı vardı. Düşmən ona aman versədə, o, qəbul etmədi və dedi: “ Amanı qəbul etsəm, Fatimə (s.ə)-ın balası Hüseyni meydanda tək qoyduğum üçün Allah və onun rəsuluna cavab verəcəyəm?! Mən heç vaxt onu və ailə üzvlərini bu xətərli meydanda tək qoymaram!”
Kufə səhəri
Kufə Allahın seçdiyi dörd şəhərdən biridir. Məkkə, Mədinə, Kufə və Kərbəladır. Kufə ilə Nəcəf arasındakı məsafə təqribən 1 fərsəx (5.5 km)-dir.
Kufə məscidinin xüsusi müqəddəsliyi vardır. Hədislərdə deyilir ki, peyğəmbər vəsisləri orada namaz qılmışdır. Hədislərin bəzisində vurğulanır ki, Kufə məscidi “Əqsa” (Beytul-müqəddəs) məscidindən üstündür.
İmam Baqir (ə)-dan rəvayət edilir ki: “İnsanlar Kufə məscidində nə qədər savabın olduğunu bilsəydilər, ziyarət və ibadət üçün hamı o məscidə tərəf hərəkət edərdi".
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fıstıqlı, bananlı dondurma (foto-resept)
İlk əlcəklər
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı
Bir ildə 285 kitab oxudu!
Şəhid əsgərimizi izdiham yola saldı
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Əsrin fotoşəkli
Qızlar üçün məktəbli çantaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Boyun düzləşməsi əlaməti
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Yalançıların 5 xüsusiyyəti
Qadin.Net olmasaydı, nələr baş verərdi?
Emindən sevənlərinə sürpriz - FOTO
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Rəngli və dəbli çantalar
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
İranın vitse-prezidenti istefa verdi
Günün ulduz falı - 21.09.2013
Hava haqqında
Fotoğrafa yazılmış məktub
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Xaricə getmək istəyənlər, diqqətli olun!
40 kq arıqladı, kimsə tanımadı-FOTO
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Türk ordusunun ən böyük əməliyyatı başladı
Faydalı yağlar
Məşhur aktrisa tənqid olundu-FOTO
İŞİD-ə aviazərbələr endirilir
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
Günün ulduz falı - 17.09.2013
"Millət kitab oxumur" fikri doğru deyil"
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Azərbaycanda insanlar falçılara niyə inanır?
Şəkil seç! (Test)
Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!
Günün ulduz falı
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Osmanlı gəlinlikləri
Günəş şüalarının faydaları
Gündəlik yaz-yay geyimləri
Güclü qar həyatı İFLİC ETDİ - Məktəblər bağlandı
Nuradan yeni fotossesiya - FOTO
Uşaq geyimləri
- ŞƏRHLƏR