Nəfsin yoxsa Rəbbin? İkisi arasında seçim etmək üçün əvvəlcə hər iki anlayış üzərində dərindən düşünmək lazımdır. Hər şeyin mükəmməl açıqlandığı Qurani-Kərimdə Allah nəfsimizi bizə belə tanıdır:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
Ona günahları və Allah’dan qorxmağı təlqin edənə!
Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.
Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
Ayədən də göründüyü kimi Nəfs yaradılıb. Özünün müstəqil gücü yoxdur. Yaradan isə ayədə də xəbər verildiyi kimi Allah`dır. Allah başqa varlıqlardan fərqli olaraq insanı nəfsi ilə birlikdə yaratmışdır. Məsələn, mələklər Allah’a hər zaman tərif deyirlər, dua edirlər. Onlar insanların etdiyi səhvləri etmirlər. Fitrətən tərtəmiz yaradılmışlar. Nəfs olmadığı üçün imtahan olunmurlar. Allah isə imtahan üçün insanı seçib. İnsan yaşadığı həyat boyu öz nəfsi ilə daima imtahan olunur. Nəfsini bir an belə sərbəst buraxsa, insan çox böyük səhvlər edə bilər. Qəflətə düşüb imtahan dünyasında yaşadığını unudar. Allah’a yönəlmək istəyən insan Allah’ın xüsusi olaraq yaratdığı imtahandan Onun razı qalacağı şəkildə keçmək üçün həyatı boyu nəfsini tərbiyələndirməlidir. Çünki əgər insan özündən, hərəkətlərindən, düşüncələrindən razı qalsa, etdikləri ilə kifayətlənsə, şeytan ona hücum edəcək. Nəfsinə pisliklər təlqin edəcək. Nəfsə heç vaxt acımaq, haqq qazandırmaq olmaz. Çünki bu şeytana xas xüsusiyyətlərdir. Şeytan isə bizim ən böyük düşmənimizdir və əsas hücum hədəfi nəfsimizdir. Şeytan günahları elə bəzəkli, ehtişamlı göstərir ki, insan aldana bilər. Öhdəmizə düşən məsuliyyət bacardığımız qədər diqqətli və şüuru açıq olmaq, nəfsimizə haqq qazandırmadan özünü tənqidi bacarmaq və günahlardan təmizləməkdir.
Bəs Rəbbimiz kimdir? Rəbbimiz isə o varlıqdır ki, bizi yaradıb, heç yox ikən can sahibi edib. Mükəmməl insan surətinə salıb. Bir Quran ayəsində Allah hz. İbrahimin dilindən Özünü belə tanıdır:
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir,
O Rəbb ki, məni yedirdir və içirdir,
O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir,
O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. (Şüəra surəsi, 78-82)
Bütün insanlar əslində Rəbbin kim olduğunu çox yaxşı qavrayırlar. İman gətirənlər Şüəra surəsində təsvir olunan Allah inancına malik olurlar. Allah tərəfindən yaradıldıqlarını, sahib olduqları bütün maddi-mənəvi nemətlərin Allah’ın onlara lütfü olduğunu anlayır və bu nemətlərlə sınağa çəkiləcəklərinin məsuliyyətini dərk edirlər. İman gətirməyən insanlar da Rəbbin Allah olduğunu çox yaxşı bilirlər. Amma şeytan tərəfindən boş vədlərlə aldandıqları üçün bu həqiqəti inkar edirlər. Bir Quran ayəsində Allah həmin inkarçıların vəziyyətini belə təsvir edir:
De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?
Onlar: “Allah’dır!” - deyəcəklər. De: “Bəs qorxmursunuz?”
De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”
Onlar: “Allah’dır!” deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” (Muminun surəsi, 86-89)
Hər səhər yuxudan oyanırıq. Hara baxırıqsa, Rəbbimizin nemətini görürük. Gözümüzü açırıq. Gördüyümüz Rəbbin Faliq isminin təcəllisidir. (gecəni yarıb gündüzü gətirən). Nəfəs alırıq. Kim yaradır nəfəs alacağımız havanı? Rəbbdən başqa kim qadirdir buna? Bir anlıq tənəffüs prosesinin öz nəzarətinizdə olduğunu düşünün. Yemək yeyərkən, ya yatarkən nəzarəti unudacaqsınız və sonunuz gələcək. Allah bizim üçün qapqara, dadsız, iysiz torpaqdan rəngbərəng, ətirli, xüsusi görünüşlü qidalar çıxarır. Güzgüyə baxırıq. Qüsursuz bir biçimdə yaradılmış bədənimiz bizi heyran edir. Bu nemətləri saymaqla qurtarmaq olmaz. Elə isə düşünmək lazımdır ki, bu nemətləri yaradan Allah’dan başqa bir yaradıcı varmı? Oxuyan vicdanlı kəslər yox cavabını verər. Allah bu saysız-hesabsız nemətlərini bu dünyada hər kəsə verir, axirətdə isə yalnız təqvalı qullarına. Yəni Allah Rəhman sifətini bu dünyada hər kəsə göstərir. Qulları arasında fərq qoymur. Amma Rəbbini deyil, nəfsini seçənlər, nəfsinin çirkin ehtiraslarına təslim olanlar axirətdə Allah’ın qəhredici, xaredici sifətləri ilə qarşılaşacaqlar. Bəs sən hansını seçəcəksən? Hər şeyi yaradan, surət verən, istədiyi şəkildə istiqamətləndirən, ölümü, axirəti yaradan, təslim olan qullarını həm bu, həm axirətdə əbədi, tükənməz nemətlər içində yaşadacağı ilə müjdələyən, etibarlı, güvənilməyə tək layiq olan Rəbbinimi seçəcəksən, yoxsa səni Cəhənnəmə sürükləyən nəfsinimi?
XƏBƏR LENTİ
AZAL qiymətləri aşağı saldı
Zerrinin qayınatası oğlu haqqında AÇIQLAMA verdi
Bananlı sorbe (foto resept)
İlanların sayı artıb
Üzən dövlət nə vaxt hazır olacaq?
Omletli ət zrazısı (foto resept)
Bakı Bulvarında konsert və Novruz atəşfəşanlığı
Kolorado çayının əyrisi
BMT: Azərbaycanda boşanma göstəricisi aşağıdır
Bakı və ətrafında torpaq neçəyədir?
WhatsApp-da daha bir yenilik
İrandan Azərbaycana kartof ixracına məhdudiyyət qoyulub?
"Yuventus" "Borussiya"nın futbolçusuna elçi düşüb
Bu ölkədə işçi qırtlığı var-SƏBƏB
Uşaqların dilində "Sevgi" nədir?
Hindistana getmək istəyənlərə ŞAD XƏBƏR
Rəqsdə eşq
İnstaqram fenomeni olmaq istədi - borca düşdü
Əfqanıstan prezidenti bu gün and içəcək
Azərbaycan ordusunda qadınların sayı artır
Ən çox üstünlük verilən 5 dekorasiya tərzi
Mişel Obama
Redd. "Hayat kaçık bir uykudur" albomu (2012)
100 yaşında paraşütdə
Balanın ana sevgisi: kövrək hekayət
Azərbaycanda zəlzələ oldu
Toy tortları (2)
Obama ailəsi yeni it aldı
Aston Martin-dən iki versiya
Balaca qızlar üçün geyimlər
Günün qoroskopu:Təmkinli olun!
Noxudlu tərəvəz yeməyi (foto-resept)
Tarkandan Sevgililər günü paylaşımı - FOTO
Bu tələbələrə pulsuz yemək və geyim veriləcək - QƏRAR
Şəhidimizin ailəsinə yazdığı son məktub
Milli tariximizin əbədiyaşar siması
Kriştianu Ronaldu Zidandan üzrxahlıq gözləyir
Yumurta salatı (foto resept)
Bakıda 40 min mənzil evsizlərə ucuz SATILA BİLƏR
Azərbaycanda bu il qış sərt keçəcək - XƏBƏRDARLIQ
Zəncəfilli-bəhməzli "Ev peçenyesi"
Bakının ilk fontan bağı
Rəsədxana işçisi qasırğadan danışdı
Şəki-Zaqatala bölgəsində böyük təhlükə
Azərbaycanda Nazirlikdə "SOS"!
Heç indiyə qədər çayın axınına diqqət etmisiniz?
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Melaniya Trampın bioqrafiyası nəşr olunur-ŞOK Faktlar
Oxatan bürcü qadını
Pendirli rulet börek (foto resept)
- ŞƏRHLƏR