Müəyyən vaxtlar var ki, bu vaxtlarda heç bir namaz qılınmaz. Ancaq özləri üçün səbəb olan namazlar bu vaxtlardan istisna edilmişdir.
1. Səhər namazından sonra günəş doğana qədər.
2. Günəş tam təpədə ikən (qərbə) meyl edənədək qədər.
3. İkindi namazından sonra günəş batana qədər.
4. Günəş tam batarkən.
Məkruh Vaxt
Bu vaxtlarda namaz qılmağın məkruh olduğunun dəlili bu hədisi-şəriflərdir:
Ukbet'ubnu Əmr əl-Cuheni (ra) belə deyir:
"Günəş çıxmağa başlayandan yüksələnə qədər, istivada (günəş tam ortada) ikən ayaq üstə dayananın şərqində və qərbində heç bir kölgə qalmadığı vaxtdan etibarən günəş meyl edincəyə qədər və günəş batmağa meyl etdiyi vaxtdan etibarən batana qədər keçən zaman namaz qılmaq olmaz".
Başqa bir hədisi də Əbu Səid əl-Hudri (r.a) Həzrəti Peyğəmbərdən (s.a.v) belə rəvayət edər:
"Ikindi (əsr) namazından sonra günəş batana qədər və sübh namazından sonra günəş doğana qədər heç bir namaz yoxdur."
Hər iki hədisi şərifdən aydın olur ki, yuxarıdakı vaxtlarda namaz qılmaq məkruhdur.
Namaz qılınmayan vaxtları bir az daha ətraflı şəkildə açıqlayaq: hər hansı bir səbəbə bağlı olmayıb və ya bağlı olduğu səbəbə əsasən ondan sonra olan nafilə namazlarını aşağıdakı vaxtlarda qılmaq məkruhdur (harama yaxın) .
1. Səhər namazından sonra günəş çıxana qədər;
2. Günəş dünyanın ortasında olub tam təpədə ikən;
3. İkinci namazından sonra günəş saraldığı ana qədər;
4. Günəş saraldığı andan batana qədər.
Yuxarıda bu vaxtlarda qılınmayan namazları bu şəkildə təsvir edək: hər hansı bir səbəbə bağlı olmayan ya da bağlı olduğu səbəb ondan sonra olan nafilə namazlar.
Bunları bir az açıqlayaq:
Hər hansı bir səbəbə bağlı olmayan nafilə namazlar.
Allah rizası üçün mütləq nafilə namaz qılmaq. (Təsbeh namazı kimi)
Bağlı olacağı səbəb özündən sonra yaranan namazlar.
Bu namazlar da bir səbəb üçün qılınar və bu səbəb namaz qıldıqdan sonra meydana gələr.
Məsələn, ehram namazı. Namaz qıldıqdan sonra ehram əməliyyatı başlayır.
Istixarə namazı. Əvvəl namaz qılınar, daha sonra istixarə edilir.
Belə ki, Həcc və ya Ümrə niyyətiylə ehrama girmək istəyən adam ehrama girmədən əvvəl iki rükət nafilə namaz qılar. Bu namazın səbəbi olan ehram işi namazdan sonradır. İstixarə etmək istəyən əvvəl iki rükət nafilə (istixarə) namaz qılar, sonra istixarə edər. Bu namazın səbəbi olan istixarə də namazdan sonra edilir.
Yuxarıda açıqladığımız iki səbəbdən heç bir namaz saydığımız vaxtlarda qılınmaz. Amma bağlı olacağı səbəb namazdan əvvəl isə o zaman hər növ namaz qılına bilər.
Bu namazlar da bunlardır:
Qəzaya qalmış namazlar, Günəş və ay tutulması namazları, İstiska namazı, Təvaf namazı, Dəstəmaz namazı, Tahiyyetül-məscid namazı və cənazə namazları.
Saydığımız bu namazlar üçün hər hansı bir vaxt məhdudlaşdırması yoxdur. Hər vaxtda və hər yerdə bu namazlar qılına bilər...
Məkkə və Hərəm bölgəsində hər növ namaz hər vaxtda qılına bilər.
Bu vaxtlarda namaz qılınmamasının hikməti:
Günəşə inananlar, "Günəş bizim Rəbbimizdir" deyərək bu vaxtlarda həmişə ona hörmət edərdilər. Yəni:
Səhər namazından sonra "doğulacaq";
Günəş çıxdığı zaman da "doğulmuşdur";
Günəş istivada ikən "dünyanın ortasına gəlmişdir". Əsrdən sonra da "batır" və batarkən də "batmışdır", deyə böyük bir cəhalətlə əsl yaradan Allahı unudub varlıq olan Günəşə hörmət edərdilər. Müsəlmanların da bu vaxtlarda onlara müxalif olsun deyə səbəbi olmayan namazları qılmamaları lazımdır.
XƏBƏR LENTİ
Yeməli ayaqqabılar
Britaniyada 45 yaşlı qadın 22-ci uşağını dünyaya gətirdi – FOTO
Qar yağacaq
Çin hökuməti çətin dövrlərə hazırlaşır
Dəbli qocalar
Ardıcıl səkkiz gün iş olmayacaq - QƏRAR
Uşaqlara baxan ana ilə atanın fərqi
Dilbər dodağı (foto-resept)
COVID-19-a yoluxanların sayı artdı
Musiqi ilə ağıl yola getmir?
Uşağımın dostu yoxdur...!
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
İş xanımlarına payız dəbi
Mehmet Ali Erbil 63 gündən sonra komadan ayıldı-FOTO
Müdriklər demişlər (3-cü hissə)
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
Nanənin faydaları
Peçenye keks (foto resept)
İranda gözəl olmaq da bir dərddir: işdən qovurlar
Sevgi dolu anlar...
Həcc ziyarəti üçün sənəd qəbulu başlayır
Hülya Avşarın evinə girən oğruya 10 il həbs
Bir neçə günə məşhurlaşmış Zao tətbiqi
Günün ulduz falı
Demet Akalın qalmaqal yaratdı-FOTO
Seyid Əzim Şirvani: şair, maarifçi, publisist
Şəkər tozu ilə üzə qulluq
Mənim əl işlərim
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 526 yeni yoluxma - FOTO
Saç rezinləri
Hava necə olacaq?
İşsizlər diqqətli olsun!
Övladı olmayan ailələrə XOŞ XƏBƏR
Test -Detoksa ehtiyacınız var?
Yeri asteroiddən qorumağın yolu-FOTO
Azərbaycanda ən çox rast gəlinən kişi və qadın bəlası
"Vaflili tort" (foto-resept)
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Uşaqlarda boy uzatma hərəkətləri və üsulları
Təbii ağrıkəsici olan 5 qida
NATO: ""Soyuq müharibə" keçmişdə qaldı"
Kor həyatlar
Azərbaycanda 9 gün dərs olmayacaq
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
XİN cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydı
İdeal bədən ölçüləri ilə sərvət qazanır-FOTO
Çəkinizi artıq göstərən geyimlər
Şəki paytaxt elan edildi
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Qeyri-adi illustrasiyalar
- ŞƏRHLƏR