Həyatımda heç yaşamadığım bir hadisə idi nə olduğunu başa düşə bilmirdim. Üzərimdə bir örtü vardı. Və ətrafımda insanlar hıçqıra hıçqıra ağlayırdı. Nə olduğunu hələ anlamırdım. Niyə üzərimdə örtü vardı və nələr olurdu. Əllərimi oynada bilmir, tərpənə bilmirdim. Allahım, nələr olurdu, mənə nələr olmuşdu. Ayağa qalxmaq istəyirdim. Amma qalxa bilmirdim. Ana, haradasan?Səsini eşidirəm, amma səni görə bilmirəm. Niyə ağlayırsan ana... Yanıma gəl, üstümdəki örtüyü götür. Mən götürə bilmirəm ana...
Bir ara bir əl üzərimdəki örtüyü götürdü. Bu atam idi və gözləri ağlamaqdan şişmişdi. Niyə ağladın ata... Mən haradayam? Niyə danışa bilmirəm? Anam da oradadır, anam yıxılmışdı sanki.
Ağlayırdı, həm də hıçqıra hıçqıra.
Ağlama ana!
Aman Allahım! Əfsus! Mən ölmüşdüm. Bəli mən ölmüşdüm və bu ətrafımdakı insanlar mənim cəsədimin üzərində ağlayırdılar.
Ağlama ana! Ağlama ata!
Allahım! Mənə kömək et, mənə dayanma gücü ver.
Anam üzərimə yatdı və ağlamaya davam etdi. Bir tərəfdən də "oğlum, balam, niyə bizi buraxdın"deyirdi.
Ana! Ana! Ağlama ana.
Ya atam?
Heybətli atam, evimizin dirəyi atam. Ağlama ata! Nə olar ağlamayın. Qardaşlarım, qonşularımız, hamısı ağlayırdılar.
Ana, səni son bir dəfə öpmək, iyləmək, sarılmaq istəyərdim, amma indi olmur ana.
Anam! Anam! Sonra üzərimi təkrar örtdülər. Məni bir tabuta qoydular. Evimizdən son dəfə çıxırdım. Həm də dönməmək üzrə Ana! Nə olar məni buraxma Ana! Getmək istəmirəm ...
Anaaaaaaaaaaaaaaaa…
Yağış yağır tabutumun üstünə. Damlaları eşidirəm. Məni məscidə aparırdılar son dəfə. Həyatımda getmədiyim məscidə son dəfə aparılırdım. Nə olar Allahım, aparmayın. Nə üzlə gedəcəyəm o məscidə! Həyatda getmək istəmədiyim məscidə aparmayın məni...
Və imamın ər adam niyyətinə dediyi... Haqqınızı halal edirsinizmi? "Bəli "səsləri nəyə qarşı...
Hamısına da haqqım keçmiş idi. Mən qul ola bilmədim, qardaş ola bilmədim, ALLAH hüzuruna necə gedərəm mən...
Allahım vayyyyyy!!!!! Vayyyyyyyy!!!!!
Məni son ziyarətgahıma aparırlar. Bəli, qəbirstanlığa! Allahım,aparmayın. Nə olar, aparmayın bu aciz bədəni. Məni tabutdan çıxardılar, kəfənimə atam sarıldı, anam uzaqdan seyr edirdi. Ağlamaqdan göz yaşları qurumuşdu. Ana! Məni al yanına ana... ana...canım anam... getmə məni buraxma ana...
Atam sarıldı kəfənimə gözyaşları içində. Məni 2 metr dərinlikdəki məzara endirdi. Öpdü kəfənimi, sarıldı sarıldı, oğlum dedi qulağıma.....
Ataaaaaaaaaaaaaaaaam!!!! Getmə, məni buraxma.
Sonra çıxdı ağlayaraq.
Üzərimə daşlar düzdülər. Torpaq tökdülər. Tək başıma qalırdım. Tək başıma, kimsəsiz. Ana!
Haradasan ana...
Dualar edildi, kəlimeyi-tövhidim çəkildi.
Ən son atamla anam tərk etdi məni.Anam arxasını dönüb, dönüb baxırdı. Anaaaaaaaa, getməəəəəəəəəə!.. Anaaaaaaaaaaa,canım anam, buraxma məni, qaranlıq, palçıq, kifli bir yerdəyəm. Kimsə də yox. O anda başımda iki adam meydana çıxdı.
Kimsiniz? nə istəyirsiniz?..
Rəbbin kimdir? Dinin nədir? Nə deyəcəkdim, nə cavab verəcəkdim.Allahım, mənə bir fürsət daha ver.
Yalvarıram,bir fürsət daha. Amma keçdi deyirdilər. Keçdi, itirdin, sənin yerin təyin olundu, dünyada ikən Allahı tanımadın... Bizə gəldin artıq!
Bir ara bədənimdə bir əlin gəzişdiyini hiss etdim. Bu bizim ailə həkimimiz idi.
‘'Çox şükür övlad. Xilas oldun, ölümdən döndün'' deyirdi. Nə ölümdən dönməsi, həkim bəy?
Mən öldüm də, dirildim də. Çox şükür Rəbbimə, mənə bir fürsət daha verdi.
Və sonda...
Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız! (Ənkəbut surəsi 57ci ayə)
Allah bizlərə bu dünyada çox fürsətlər verir. Gəlin baxaq görək bu fürsətləri dəyərləndirə bilirikmi?
Kəlimeyi -Şəhadətimiz varmı?
Quran oxuyuruqmu? (ən azından tərcümə)
Namazımız varmı?
Orucumuz varmı?
Zəkatımız (sədəqəmiz) varmı?
Yaxşılıqlarımız varmı?
Allah rizası üçün hər şeyi qarşımıza alıb Allahın rizasını qazana bilirikmi? Allah rizası üçün xəstə ziyarəti, insanlarla xoş davrana, qonşularımızla yaxşı münasibət qura bilirikmi?
Gəlin hər gün özümüzü sorğüya çəkək və bu sualı hər zaman özümüzə təkrar-təkrar verək İnşallah.
Bu gün mən Allah üçün nə etdim?
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR