1. Sadəcə mədə ilə tutulan oruc
2. Əzalarla tutulan oruc
3. Qəlb ilə tutulan oruc
Birinci borcdan qurtarır, ikincisi savabı çoxaldır və üçüncüsü isə insanı ruhən ucaldır.
Allaha həmd olsun ətrafımızda ildən ilə oruc tutanların sayı artır. İstər yaşlı, istərsə də gənc nəslin bu cür düşüncə tərzi inkişafda olan cəmiyyətimiz üçün müsbət bir haldır.
Elə insanlar var ki, Allah qarşısında vacib borcunu yerinə yetirmə səadətindən məhrumdurlar. Bunlar xəstələr, səfərdə olanlar, yaşlı insanlar və s. Amma elə insanlar da var ki, heç bir səbəb olmadan imanının zəifliyindən bu səadəti yaşaya bilmirlər.
İmanı zəif olanlar isə tövbə edib imana gəlmədikləri müddətdə necədə bədbəxtdirlər, ziyandadırlar.
Allah –Təala ehsan etdiyi bu qədər nemətlərə qarşılıq ildə bir dəfə bir ay müddətində Onun üçün nəfsinin istəklərinə sədd çəkərək oruc tutmağı əmr etdi.Əgər biz orucu “Oruc Mənim üçündür və onun savabını da Mən verəcəyəm” (Müslim,Siyam,164) hədisini əsas alaraq Allah üçün tutsaq həm ibadətimizi etmiş olarıq, həm də orucun digər faydalarından istifadə etmiş olarıq.
On bir ayin sultanı Müqəddəs Ramazan günlərində səbir, təmkin göstərib iradəmizlə nəfsimizə qalib gəlməyi bacarmalıyıq. On bir ayda nəinki mədəmizin, bütün əzalarımızın ağır bir iş rejimində işləmiş və bizə qulluq etmiş olduğunu bildiyimiz halda, Allahın əmr ilə əzalarımızın fiziki rahatlığa ehtiyacı var. Orucun bizə verdiyi mənəvi rahatlıq içində bu mübarək günləri yaşayarkən heç düşünmüsünüzmü “ Necə oruc tuturuq? ” Söyləyəcəksiniz ki, “Orucu başqa cür tutmaq necə olur ? Orucu pozan şeylərdən yeməkdən, içməkdən və digər maddi ehtyaclarımızdan, haramlardan uzaq qalmaqla... vəssalam ” Əlbəttə doğrudur. Deyilənlərə əməl etməklə oruc tutmuş, Allah qatında borcumuzu yerinə yetirmiş oluruq. Amma bu cür oruc avam oruc sayılır. Və Avam orucda daxil olmaqla orucun 3 növü var:
1. Avam oruc: dediyimiz kimi ac qalmaqla mədə ilə tutulan orucdur.
2. Əzalarla tutulan oruc: Bu oruc bütün əzaların orucudur. Məsələn oruclu ağızı ilə əsla qiybət etməz, yalan danışmaz, ayaqları ilə haram yola getməz, əlləri ilə haram şey tutmaz və s. sadalamaqla bitməz.Yəni oruclunun günləri adi günlərdən fərqlənir.
3. Qəlb ilə tutulan oruc: Bu oruc təkcə mədə ilə deyil, əzalarla deyil, qəlblə tutulur. Qəlblərinə Allahdan, Allah rızasından qeyri bir şey istəmirlər. Onlar yalnız Allah eşqi ilə əmr və qadağaları yerinə yetirir və hidayətə çatırlar. Axirət səadətindən başqa bir şey düşünmürlər. Var-dövlət, mal, pul onları düşündürmür.
İndi bizlər sizlər yəni hamımız düşünək tutduğumuz orucun növü hansıdır? Avamın orucu yoxsa əzalarla tutulan oruc, bəlkə daha yuksəyi qəlb ilə tutulan oruc?
Çalışaq ki, orucumuz mədə ilə olmasın. Qəlbimizi dünya sevgisindən təcrid edib, axirəti düşnməyə yönələk... Avam orucla baglı hədisi xatirlamaq yerinə düşər
İmam Qəzzali avam orucu tutan 2 qadının Hz. Peyğəmbərimizin yanına gələrək susuzluğa dözə bilmədiklərini ,oruclarını açmaq istədiklərini bildirirlər.
__ Hz. Peyğəmbərimiz bu qadınlara “ tüpürün baxım ”dedi .Onlar tüpürdükləri zaman ağızlarından qıpqırmızı qan çıxdığını gördülər. Rəsulullah (s.a.s.) buyurdu ki, ”Sizi susadan oruc deyil. Yediyiniz müsəlman qardaşınızın ətidir.Qiybətini edərək ətini yemisiniz.Bu qanda o ətin qanıdır. Orucu sadəcə mədənizlə deyil, ağızlarınızla, dilinizlə, qəlbinizlə tutun ki, xilas olasınız ”.Bu hədisdə oruclu ikən edilən qiybətin nə qədər pis bir şey olduğunu və orucu batil etdiyini göstərir. Qiybət özü isə başqa bir xəbərin mövzusudur...
XƏBƏR LENTİ
Ledi Qaqa yenə hər kəsi heyrətləndirdi - FOTO
Bakıda bu xəstəxana söküləcək - Yerində stansiya tikləcək
Ayaqqabılarımızı özümüz bəzəyək
Rusiyada viza rəsmiləşdirilməsində yenilik olacaq
Üçölçülü görmə
Hava xəbərdarlığı - küləkli hava olacaq
Qırmızı xalçada CeyLo etirazı - "Utanmaz"
Fahriye Evcenin estetik sirri ortaya çıxdı
Qadınlar üçün məsləhətlər
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Orucun elmlə sübut olunmuş faydaları
Haçalanan saçlar üçün maska.
Azərbaycana gətirilən mobil cihazların qeydiyyatı qaydası sadələşdirildi
Emma Stounun Toy Tarixi Bəlli oldu-FOTO
"Kök deyiləm sümüklərim ağırdır"
"Yüzleşme" serialı reytinq qurbanı oldu
Öldürücü virus qurbanlarının sayı artır
Fıstıqlı şorba ( foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Tekila içkisi haqqında
"Fənər"də 5 il oynayan "Everton"a od qoydu
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Kefir süddən daha faydalıdır
Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)
Filmi xatırladan real təbiət şəkilləri
Məşhur teleaparıcı qulduru tutdu
Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib
Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsi yad edildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İlham Əliyev kino xadimlərinə fəxri adlar verdi-SİYAHI
"Göbələk" peçenye (foto resept)
Reyhan şərbəti (foto-resept)
Ajda Pekkan Yeni il konsertlərindən sərvət qazanacaq-FOTO
"Nizami obrazları xalçalarda" miniatür kitabın təqdimat mərasimi keçirildi
"Greencard" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir
Buyurun, söz sizindir - "Zeytun Bağları"
Jennifer Lopezdən qeyd etməli olduğunuz aforizmlər
Saç uzadan kök maskası
Büllur məscid
Qat-qat xəmirin hazırlanması (foto-resept)
Qorxuludur, yoxsa faydalı?
Ağız qoxusunu necə aradan qaldırmalı?
Çərəzli konfetlər (foto resept)
9 milyona ev aldı - FOTO
Kottiqli pəriləri (4-cü hissə)
Ermənilərin havası kəsilir
Qeyri-sağlam ürəyin simptomları
Bu tələbələrə təqaüd veriləcək
Snoudendən şok iddia
Mobil saytlarla bağlı yenilik
- ŞƏRHLƏR