Rəcəb, Şəban və Ramazan ayları fəzilət və şərafətdə tamamdır. Bu ayların fəziləti haqqında çoxlu rəvayətlər nəql olunmuşdur.
Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: Rəcəb ayı böyük aydır. Hörmət və fəzilətdə heç bir ay ona çatmaz və kafirlərlə qital bu ayda haramdır. Rəcəb Allahın ayı, şəban mənim ayım, ramazan isə ümmətimin ayıdır. Rəcəb ayında bir gün oruc tutan şəxs Allahın rizayətinə səbəb olar, İlahi qəzəb ondan uzaq olar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar.
Həzrəti Musa ibni Cəfər ələyhissalam buyurur: Rəcəb behiştdə, süddən ağ və baldan şirin bir nəhrin adıdır. Rəcəb ayında bir gün oruc tutan şəxs o nəhrdən içəcək.
İmam Sadiq ələyhissalamdan nəql olunur ki, Həzrət Rəsul buyurub: Rəcəb ayı mənim ümmətimin istiğfar ayıdır. Bu ayda günahların bağışlanmasını diləyin, Allah Təala bağışlayan və mehribandır. Belə isə : "Əstəğfirullahə və əsəluhu əttəvba" zikrini çox deyin.
İbni Babivey belə nəql etmişdir ki: İmam Sadiq ələyhissalam buyurub ki, bu ayın axırından 3 gün oruc tutmağın böyük fəzilətləri vardır.
Rəvayətə görə bu ayın orucuna nail ola bilməyən şəxs hər gün 100 dəfə bu təsbihatı oxusun:
"Suhanəlillahil-cəlili subhanə mən la yənbəğiət-təsbihu illah ləhu subhanəl-əəzzil-əkrəmi subhanə mən ləbisəl-əizzə və huvə ləhu əhlun."
Rəcəb ayının birinci gecəsinin əməlləri:
1. Ayı gördükdə bu duanı demək:
Allahummə əhilləhu ələynə biləmni vəlimani vəssələmətə vəlislam rəbbi və rəbbukəllahu əzzə vəcəll
2. Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsl etmək;
3. Məğrib (şam) namazından sonra 20 rükət (yəni 10 dənə 2 rükətli namaz) qılmaq;
4. İşa namazından sonra 2 rükət namaz qılmaq. Birinci rükətdə Fatihə surəsindən sonra bir dəfə "ələm nəşrəh", İxlas, və Nas və Fələq surələrini oxumaq, namazın salamı verildikdən sonra 30 dəfə "La ilahə illəllah" deyib 30 dəfə salavat göndərmək.
Rəcəb ayının birinci gününün əməlləri:
1. Oruc tutmaq (Rəvayətə görə Hz. Nuh bu günü gəmiyə minmişdir və oruc tutmağı əmr etmişdir);
2. Qüsl etmək;
3. Salmanın namazını qılmaq: 10 rükətdir, hər 2 rükətdən bir salam verilir (sübh namazı kimi). Hər rükətində Fatihə surəsindən sonra 3 dəfə İxlas, 3 dəfə Kafirun surələri oxunur. Hər salam verdikdən sonra əlləri qaldırıb deyirsən:
La ilahə illəllahu vəhdəhu lə şərikələh ləhul-mulku və ləhul-həmdu yuhyil və yumitu və huvə həyyun la yəmutu biyədihil-xəyru və huvə əla kulli şəyin qədir. Allahummə la mani ə lima ə təytə və la mu tiyə lima mənə tə və la yənfə u zəl-cəddi minkəl-cədd.
Duanı oxuyub əllərini üzünə çəkirsən.
Rəcəb ayının 13-cü gecəsi
Rəcəb, şəban və ramazan aylarının 13-cü gecələrində 2 rükət namaz qılmaq müstəhəbdir: Hər rukətdə Fatihə surəsindən sonra 1 dəfə Yasin, 1 dəfə Təbarəkəl mülk, 1 dəfə İxlas surəsi oxunur.
14-cü gecədə yuxarıda deyilən qaydada 4 rükət, 15-ci gecədə isə 6 rükət qılmaq müstəhəbdir.
Rəcəb ayının 13-cü günü
Rəvayətlərə görə bu gündə Kəbə evinin içində Hz. Əli dünyaya gəlmişdir. Bu günü oruc tutmaq müstəhəbdir.
Rəcəb ayının 15-ci gecəsi
Ən şərəfli gecələrdəndir. Bu gecənin xüsusi bir neçə müstəhəb əməli:
1. Qüsl etmək;
2. Əhya saxlayıb (oyaq qalıb) ibadətlə məşqul olmaq;
3. İmam Hüseyin (ə) ziyarəti;
4. 13-cü gecədə qılınan 6 rükətli namazı qılmaq;
30 rükət namaz qılmaq: hər rükətdə bir dəfə Fatihə, on dəfə İxlas surəsini oxumaq;
5. 12 rükət namaz qılmaq: hər rükətdə Fatihə, İxlas. Fələq, Nas, Ayətəl-kürsi və Qədr surələri hər biri 4 dəfə oxunur. Salamdan sonra aşağıdakı zikr 4 dəfə oxunur:
Allah, Allah, Rəbbi la uşriku bihi şəyən və la əttəxizu min dunihi vəliyyən.
Rəcəb ayının 15-ci günü
1. Qüsl etmək;
2. İmam Hüseynin (ə) ziyarəti;
3. Salmanın namazı (yuxarıda qeyd olunub).
Rəcəb ayının 25-ci günü
183-cü ilin Rəcəb ayının 25-də Hz. Musa ibni Cəfər (ə, 55 yaşında Bağdadda şəhadətə çatmışdır.
Rəcəb ayının 27-ci gecəsi
Bu gecə Məbəs gecəsi, yəni Rəsuli Əkrəm səllalahu ələyhi və səlləmin peyğəmbərliyə seçildiyi gündür. Böyük, şərəfli və mübarək gecələrdən biridir. Bu gecə bir neçə əməli yerinə yetirmək müstəhəbdir:
1. Şeyx Misbahın kitabında qeyd olunduğu kimi işa namazını qılıb yatandan sonra gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rükət namaz qılırsan (Sübh namazi kimi iki rükət iki rükət qılınır). Namazın rükətlərində Fatihədən sonra Quranın kiçik və müfəssəl surələrindən (Mühəmməd surəsindən sonra gələn surələrdir) oxumaq. Hər namazdan sonra 7 dəfə Fatihə, 7 dəfə müəzzətəyn (Fələq və Nas surələri), 7 dəfə İxlas, 7 dəfə Qədr, 7 dəfə Ayətəl-kürsini oxumaq. Sonra aşağıdakı duanı oxumaq:
Əlhəmdulillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil-mulki və ləm yəkun ləhu vəliyyun minəzzulli və kəbbirhu təkbirən. Allahummə inni əsəlukə biməaqidi izzikə əla ərkani ərşikə və muntəhər-rəhməti min kitabikə və biismikəl-ə zəmil-ə zəmil-ə zəm və zikrikəl-ə la əl-ə la əl ə la və bikəlimatikət-tammati ən tusəlliyə əla Muhəmmədin və alihi və ən təfələ bi ma əntə əhluh.
2. İstədiyin duanı oxumaq;
3. Bu gecə qüsl etmək müstəhəbdir;
4. Rəcəb ayının 15-ci gecəsində qılınan namazı qılmaq;
5. Bu gecənin ən müstəhəb əməllərindən biri də Hz. Əlini (ə) ziyarət etməkdir.
Rəcəb ayının 27-ci günü
Bu gün böyük bayramlardan biridir. Rəsuli Əkrəmin peyğəmbərliyə məbus olan və Cəbrailin O Həzrətə nazil olan günüdür. Bu günün bir neçə müstəhəb əməli:
1. Qüsl etmək;
2. Oruc tutmaq;
3. Çoxlu salavat gətirmək;
4. Hz. Rəsuli Əkrəmi və Hz. Əlini (ə) ziyarət etmək;
5. Misbah kitabında Rəyyan ibni Əssəltdən belə nəql edilmişdir ki, 12 rükət namaz qılmaq, qurtardıqdan sonra Fatihə və İxlas və müəzzətəyn (Fələq və Nas) surələrinin hər birini 4 dəfə və aşağıdakı 3 duanın hər birini 4 dəfə oxumaq:
1. La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəl-həmdulillahi və la həvlə və la quvvətə illa billahiləliyyil əzim.
2. Allahu Allahu rəbbi la uşriku bihi şəyən.
3. La uşriku birrəbbi əhədən.
Rəcəb ayının axırıncı günü
Bu günü qüsl etmək, oruc tutmaq və Hz. Salmanın namazını qılmaq müstəhəbdir.
Qeyd: Həzrətlərin ziyarətini edə bilməyənlər! Onların dua şəklindəki ziyarətnamələrini oxuya bilərlər, Allah rizası üçün edilərsə, qəbuldur inşaAllah.
Diqqət! Bütün sirrləri tam açıqlamayan Allahu Təalanın bir sirri də ayların başlanması və bitməsi ilə bağlı olan sirridir. Hesablamalara görə bu il Rəcəb ayının 1-i May ayının 11-ə təsadüf edir. Amma Hicri-Qəməri təqvimi təzə ayın doğulması ilə bağlı olduğu üçün və bu da Allahın iqtidarında olduğu üçün bu tarixlərdən əmin olmağı hər kəsin öz ixtiyarına buraxırıq.
Unutmayın! Allaha təslim olaraq Allah rizası üçün edilən ibadətləriniz və dualarınız qəbuldur inşaAllah!
Mənbə: "Məfatihul cinan." Şeyx Abbas Qumi
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Reyhanlı yay salatı (foto resept)
Ən praktik icadlar
Arı yeyən quşlar
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
19 ədədi möcüzəlidirmi?
HAVA necə olacaq?- 2 APREL
Samsung "ikinci nəsil" saatlar satacaq
Uşaqları oğurladığı iddia olunan qadınla bağlı Rəsmi Açıqlama
Kremli əncir şirniyyatı (foto-resept)
Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Dəbli çəkmələr
Qarabağda “Qarabağ şikəstəsi” ifa edən əsgərimiz - VİDEO
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib
Bu günün hava proqnozu
Evdə dekorativ şam ağacının hazırlanması (2)
Günün ulduz falı
Velosiped təkərlərindən hazırlanan dekorasiya
Ürək pirojnası (foto resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Davamlı kitab alırsınızsa...
Xanımlarımıza yad güllər
Onlar bu evlərdə yaşayırlar
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?-6 Noyabr
Atəşkəs yenidən pozuldu
Badımcan bükməsi (foto resept)
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
1587 zəvvar Məkkədən qovulacaq
Dırnaqları tez uzadan maska
Çiyələkli keks (foto resept)
Dünyanın ən vahiməli dəlikləri
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun yeni strukturu
Cazibədar görünməyin yolları
Ajda Pekkan 3 milyonluq reklamda
Daha bir idmançımız qələbə qazandı
Buğda salatı (foto resept)
Kral ailəsində bir ŞOK daha-FOTO
Nəsirəddin Tusinin məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur
Hündürdaban ayaqqabılar
Hadise jurnalistə qəzəbləndi-SƏBƏB
Bu, son 500 ildə 3 dəfə olub
Ağardıcı maskalar
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
"International Crisis Group": "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir"
Zövqlü ayaqqabı modelləri
- ŞƏRHLƏR