İnsanlar hərəkətlərində iradə azadlığına sahibdir. Çünki insan bu həqiqəti hər an yaşamaqda, etdiyi işlərdə azad olduğunu hiss etməkdədir.Bəs qəza və qədərin tərifini və həyatımızdakı rolunu bilirikmi?
“Qəza” sözü lüğətdə “Bir şeyi sonuna gətirərək hökmə bağlamaq” , yəni onun sözlə və ya hərəkətlə tamamlanması, “hərəkətlərin zamanında yaradılması”dır.
Qədər sözünün mənası: Allah-Təala tərəfindən var olan hər şeyin (bütün məxluqatın) və bütün hadisələrin yaradılmadan əvvəl əzəldə, yanında qorunmaqda olan Lövhü Məhfuz adlı kitabda; xüsusiyyətləri, səbəbləri, şərtləri və zamanı gəlincə sahib olacaqları gücləri, qabiliyyətləri, yerləri, zamanları ilə birlikdə təyin olunması, təşkil edilməsi və yazılı olması deməkdir.
Qədərin başa düşülməsi baxımından ən əhəmiyyətli cümlə “Qədərə iman Allahın ölçüsüz iş etmədiyinə iman deməkdir”.
Allah insanları iradə sahibi, dilədiyini edə bilən bir varlıq olmasını buyurmuş və onları bu güc və qüdrətlə yaratmışdır. Bu səbəbdən insanlar öz istək və iradələriylə hər hansı bir əməli yerinə yetirib-yetirməmək gücündədirlər, eyni zamanda iki istiqamətdən birini seçmə iqtidarındadırlar. İnsanın savab və cəzaya layiq olması, müəyyən işlərdən məsul olması bu azad iradəsi səbəbilədir.
Etdiyimiz və edəcəyimiz hər şey qədərimizdə vardır. Amma bu vəziyyət bizi məcburedici, iradəmizi istiqamətləndirici deyil. “...Allah hər şeyi biləndir” ayəsində ifadə edildiyi kimi, Allahın keçmişi və gələcəyi bilməsiylə, yəni əzəli elmi ilə əlaqəlidir. Biz daha yaradılmadan hər şeyin elminə vaqif olan Rəbbimiz həyatımızı ən incə detalına qədər bilməkdədir. Amma bunun açıq-aydın olması iradəmizin olmadığı mənasını vermir. Allah əzəli elmiylə hansı istiqamətdə seçim edəcəyimizi bilir və qədərimizi ona görə yazır. Bunu yazması və bilməsi müdaxilə etməsi mənasını verməz. Belə demək olarsa, Allah ixtiyari qədərlə əlaqədar məsələləri “Belə olacaq” deyə yazmışdır, “Belə olsun!” deyə deyil.
Bunu bilməmiz lazımdır ki, bütün yerlər, göylər və içindəkilər, Rəbbimizin lütfü olaraq insan oğlunun xidmətinə, onun faydalanmasına verilmişdir. Onun ehtiyacları üçün fəda edilmişdir. İnsan hər şeyi ilə hazır bir aləmə gətirilmiş və ona üstün qabiliyyətlər, geniş səlahiyyətlər bəxş edilmişdir. Bütün bunların nəticəsində Allah insandan iradəsini düzgün şəkildə qiymətləndirib, gözəl əməl sahibi olub qəza və qədərə iman etməyi istəmişdir. Bəs qəza, qədər nədir? Qısaca açıqlamaq lazım olsa, bunu "Allah dünya qurulduqdan qiyamətə qədər keçəcək müddət ərzində olacaq olan bütün şeyləri yer, zaman və xüsusiyyət baxımından sonsuz məlumatıyla bilməsidir" kimi ifadə edə bilərik. "Allah belə istəyib,, mənim qədərim də bu imiş" deyərək öz səhvlərini Allaha yükləmək kimi yanlış bir fikir ola bilməz. Allah yaratdığı qulunun bu dünyada nələrlə məşğul olacağını və nələr edəcəyini əvvəldən bilir. Qədərdə yazılı olan da insan oğlunun bu dünyada öz istəyi və iradəsiylə edib-edəcəklərindən ibarətdir.
Bu gün İslamiyyət insanın başa düşdüyü şəkildə yalnız ibadət, yaxşılıq, itaət və səbir dini deyil. Bu din bir azadlıq rəhnidir. İnsana mənliyini, hüriyyətini, iradəsini və şəxsiyyətini tanıtdıran bir dindir. Azadlığımızın qiymətini bilərək, qəza və qədərə boyun əyərək, axirətimizə gözəl əməllərlə gedək, İnşAllah...
Bənzər xəbərlər...
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Qız uşaqları üçün otaq dekorasiyası
Onlar necə məşhur oldu?
Çox ləzzətli qozlu piroq(foto resept)
Xoşbəxt uşaq böyütməyin yolları
Xəbərdarlıq: Temperatur yüksəlir
Polis olmaq istəyirsiz?
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
İnstaqram-ın funksiyası WhatsApp-a gəlir - FOTO
Kosmosda sərvət tapıldı-FOTO
Modelin yaşını bilənlər-TƏƏCCÜBLƏNİR-FOTO
Kompüter oyunlarını kim ixtira edib?
Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir? - AÇIQLAMA
Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
Çiyələkli desert (foto-resept)
Boşanmışları daha çox infarkt vurur
Azərbaycan Ordusunun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır - RƏSMİ
O tələbə diktatorun oxşarıdır
40 yaşından sonra ana olan məşhurlar
"Brexit" Azərbaycana təsir edəcəkmi?
Hava haqqında
Çiyələkli keks (foto resept)
Fındıq yağının faydaları nələrdir?
Berti Foqts xəstəxanaya düşdü
Həyat eşqini bərpa etmək üçün 10 mandal
İngilis dili-X dərs
Azərbaycanda hərbi qulluqçular üçün yeni binalar inşa edilir
Hollivud ulduzu həbs olundu-SƏBƏB
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İspan dili 16-cı dərs
NATO-dan Rusiyaya müharibə xəbərdarlığı
Başak Sayan Aktrisalığa son qoydu-FOTO
Ali məktəblərin vakant yerlərinə tələbə qəbulunun nəticələri bu gün açıqlanır
Culyetta Drueni və Viktor Hüqo
Plastik əməliyyat etməyə dinimizdə icazə verilirmi?
Zövqlü köynəklər
Uşaqlarda iştahsızlığın səbəbləri
Unsuz və yağsız keks (foto resept)
Ermənistan ordusunun cəbhə xəttində təxribatı davam edir
Silvestr Stallone məhkəməlik oldu
Şeron Stounun maraqlı fikirləri
Rəngli bilərziklər
Moda - 2012
Türk qəhvəsi maskası
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Neslihanla Engin bir arada-FOTO
5G zəif inkişaf edir
İsveç üsulunda kartof (foto resept)
Koronavirusa görə bu serial final edir
Saç baxımında doğru bilinən yalnışlar
Evində Wi-Fi olanların diqqətinə
![](/sfiles/img/icons/valuable-icon.png)
- ŞƏRHLƏR