Mədinədə bir şirkətdə elektrik texniki olaraq çalışan Allah dostu və peyğəmbər aşiqi bir qardaşımız işin son günü səhər işində özünə verilən texniki vəzifəsni tamamlayıb ayrılmaq üzrəykən Rəsulullahın Ravzasında elektrik çarpması nəticəsində vəfat etdi və Cənnət'ul- Bakkiyə dəfn edildi. Təbii ki, ailəsi məcburən Türkiyəyə döndü. O zaman 7 yaşında olan oğlu, orta məktəb şagirdi olduğunda inşa dərsi tapşırığı olaraq bir məqalə yazmış və birincilik almışdı. Məhz o Peyğəmbər eşqini ən dərin yaşayan bir ürəkdə əks olunanlardı.
Bilirik ki, dil ürəkdən keçən hər şeyi ifadə edə bilməz. Allah bizə də bu qardaşımız kimi Rəsulullah sevgisi nəsib etsin. AMİN.
***
"Bir səni- günəşim, bir atamı, bir də başmaqlarımı buraxmışdım gəldiyim yerdə… Bir yaz günündə güllər kimi qoxan Mədinədə dünyaya gözlərimi açmışdım. Doğulduğum xəstəxana sənin Ravzanın yaxınlığında olduğu üçün, eşitdiyim ilk qoxu sənin bağçanın gül qoxuları olmuşdu. Atam gəlib hələ qulağıma azan oxumadan, qulaqlarım sənin məscidinin azan səsiylə şərəflənmişdi. 40 günlük olduğumda ilk ziyarətimizdə sənin Xanei- Səadətinə etmişdim.
İlk addımlarımı sənin Ravzandakı mərmərlərində atmış və Rəbbimlə ilk görüşməmi, ilk səcdəmi sənin məscidində etmişdim. Hər ilkdə sən varsan. Daha danışmağı öyrənmədən, səni sevməyi öyrəndim mən. Bəlkə səni çox tanımazdım amma sanki mənə çox -çox yaxınmışsan kimi sevərdim səni.
Sənin evini hər ziyarətdə səni görməsək belə sənin varlığını hiss edər, evindən hər ayrılışımıza da kədərlənərdik. Uşaqlar evdə darıxanda atalarının onları parka, əyləncə yerlərinə aparmalarını istəyərlər. Biz Mədinədə yaşadığımız müddətcə heç atamızdan parka aparmasını istəmədik. Bizim canımız sıxılmazdımı görəsən? Hesab edirəm Mədinədəki heç bir uşağın canı sıxılmazdı, darıxmazdı. Çünki orada heç bir yerdə olmayan gül bağçası və bağçanın biricik əfəndisi vardı. Bizim vaxtımızın çoxu o bağçada keçərdi.
Sənin bağçanın mərmərlərinə ayaqqabı ilə basa bilməzdik. Ayaqyalın gəzərdik mərmərlərin üstündə. Kim bilər, qorxardıq bəlkə də bağçanın güllərinə basmaqdan. Yazda mərmərlər ayaqlarımızı yandırardı. Olsun, bu da mənim xoşuma gələrdi.
Bir dəfə atamdan soruşmuşdum:
"Ata, niyə Mədinə bu qədər isti?" - deyə. Atam da:
-Övladım Mədinədə iki dənə günəş var ona görə-dedi.
-Necə olur, ata, günəş bir dənə deyilmi? -dedim- atam gülərək:
-Bax balam, doğrudur bütün dünyanı istilədən bir günəş var, amma bir də aləmləri istilədən və işıqlandıran günəş var. O günəş də Mədinədə olunca istilik iki qat olur.
Atamın bu cavabı xoşuma gəldi. Həqiqətən ayaqlarımızı mərmərlər istilədir amma sənin günəşin də, istiliyin də içimizi istilədirdi. Mədinədən ayrıldığımızdan bəri bəlkə ayaqlarımız istilənir amma içimiz heç cür istilənə bilmir. Çünki günəşimizin ən böyüyünü orada qoymuşduq. Mən günəşimi itirmişdim. Onun evinə, bağçasına gedə bilmirdim artıq. Hərçənd işığın da buralarda bizi işıqlandırırdı, amma içimizi istilətməsi üçün Onun Ravzasında ayaqyalın qaçmam lazım idi.
Bəli, bağçanda gedərkən azanlar oxunardı. Elə gözəl oxuyardı ki, Mədinə müəzzini azanı, sanki Bilalı Həbəşi oxuyur hesab edərdik. Namaz qılmaq üçün məscidə qaçardıq, bilər bilməz. Atamın yanında namaz qılardıq.
Böyük sütunların altından gələn soyuq havadan saçlarımız sovdurduq. Zəmzəm bardaqlarından güllər edərdik. Namaz qılarkən yanımıza yavaşca bir pişik gələrdi. Atam "incitməyin əsla, onlar Əbu Hureyrenin pişikləri" deyərdi, bizdə inanardıq. Sənin məscidinə pişiklər girə bilərdi. Sən çox yaxşı bir ev sahibi idin çünki.
Çərşənbə günləri həmişə Uhuda çıxardıq. Sənin çox sevdiyin əmini ziyarət etməyə, O bizim də əmimiz idi. Qardaşlarımla Ayneyn Təpəsinə çıxar oradan Uhudda yatan 70 şəhidə salam verərdik. Uhud dağına hər baxdığımızda sanki orada səni görər kimi olardıq. Uhud da sənin Ravzanın qoxusu kimi gül iyi verərdi. Ora da ayrı bir gül bağçası idi sanki.
Məhz mənim yeddi ilim ki, ən gözəl illərim sənin şəhərində, sənin gül bağçanda, sənin yaşadığın yerlərdə sanki yanımda sən varmışsan kimi səninlə dopdolu keçdi. Səni görməsəm də səninlə yaşamağa o qədər alışmışdım ki… Sənin yanından ayrılarkən sanki bir tərəfim, bir canım, bir parçam orada qalmışdı. Buraları mənə qürbət oldu. Əlimdə olsa dərhal yanına qaçıb gələrəm, amma həmişə böyüyüncə deyirlər.
Mən sırf sənin yanına gələ bilmək üçün böyük olmaq istəyirəm. Sənin yanına gəldiyim zaman böyümüş belə olsam bağçandakı mərmərlərdə ayaqyalın gəzəcəyəm. Taki günəşin içimi istilədənə qədər… Sənin həsrətindən içim üşüyür … Çünki mənim ruhum doğulduğumdan bəri sənin sevginlə istiləşməyə alışıb.
Sənin istiliyinə o qədər möhtacım ki… Nə olar mən sənə gələ bilməzsəm belə, sən məni heç buraxma. İşığınla gecələrimizə nur ol. İstiliyinlə bütün zərrələrimizi istilət. Hanı sənə Mədinədəykən qonşuyduq, evlərimiz bir-birinə çox yaxın idi. Sənin varlığın bizə güvən verərdi həmişə. Yenə elə ol. Hərdənbir də olsa evimizi şərəfləndir.
Həm də mənim adım Nəbidir, eyni səninki kimi… Bu adı mənə səni çox sevən bir dostun qoymuş. Digər adım Məhəmməd, yenə sənin kimi… Bu adı da canım atam qoymuş…
Sənə bənzəyən bir tərəfim daha var. Mən də sənin kimi atasız böyüyürəm. Mən çox şanslıyam, sən bizə əsla yetimliyimizi hiss etdirmədin. Mədinədən ayrıldığımızdan bəri sanki sən həmişə yanımızdaymışsan kimi hiss edirəm. Gecələri qorxmadan etibarla yatıram həmişə. Səni tanıdığım və səni sevdiyim üçün Rəbbimə minlərlə dəfə təşəkkür edirəm.
Atam sənin şəhərində qalmışdı. Biz atamın cənazəsini basdırarkən böyük qardaşımın başmaqları atamın qəbirinə düşdü və orada qaldı. Mən o başmaqları çox qısqandım. Çünki böyük qardaşımın başmaqları həmişə atamla qalacaqdı. Atamı son ziyarət edişimizdə mən də kimsə görmədən, atamın qəbiri üstünə basdırdım. Məhz indi mənim başmağım da həmişə atamla qalacaqdı. Bəli demişdim bir günəşimi, bir atamı, bir də başmaqlarımı buraxmışdım geriyə. Atam və başmaqlarım həmişə orada idi, gələ bilməzdilər. Amma günəşim həmişə yanımızda idi. Yetimlərin əfəndisi, yetimləri heç tək buraxarmı? Dünyanın bir ucuna getmiş olsaydıq bizi buraxmayacağını bilirdik.
Gözümüz könlümüz səninlə işıqlanar əfəndim!
Ruhumuz içimiz istiliyinlə istilənər!
Bir gün sənə gəlişim gec belə olsa mənə, gül bağçasının mərmərlərində yalınayak qaçmaq nəsib et.
Ta ki eşqinlə, sevginlə bütün bədənim yanıb qovrulsun!
Başmaqlarımı buraxdığım o gözəl məbəd son dayanacağım olsun!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çiyələkli dondurma (foto resept)
Talış dağlarına qar yağdı, maşınlar yolda qaldı - VİDEO
Dünya futbolunun nəbzi bu gün vuracaq 9:16, 6 dekabr 2013
Azərbaycanda 30 kəndin adı dəyişir
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
Mango 2012 Günəş Eynəyi Kolleksiyası
Məşhur aktyorun boşanma işi uzanır-FOTO
Prezidentlərin görüşü gözlənilir
Məşhur aktrisa şəxsi həyatından danışdı-FOTO
Azərbaycanda zəlzələ olub
Can Yamanın yeni serialı bəlli oldu-FOTO
2011 çilçıraq modelləri
Ürək tortu (foto-resept)
Dərbənd qalasının bir hissəsi dağılıb
Yoldaşınızı yenidən sevməyin 4 yolu
Günün qoroskopu:Hisslərinizə uymayın!
Bakıda ekspress xətt avtobuslarının fəaliyyəti dayandırılır - RƏSMİ
Evdə oturmaqdan sıxılan uşaqlarla necə vaxt keçirməli?
Halit yeni İMİCDƏ-FOTO
İspan dili 14-cü dərs
Oyuncaq maşınla “avtoşluq” edib atasının həyatını qurtardı - FOTO
Dünyanın ən inadkar və bəxtli qadını
BÜRCLƏR bizə nə vəd edir? -7 İyul
DİN-dən əhaliyə növbəti XƏBƏRDARLIQ
Bu yaz qarderobunuzda nələr olmalıdır?
Moskvalı miqrantın çəkmələrini sildi - Video
HAVA necə olacaq?-21 FEVRAL
Emin Ağalarov italyan müğənni ilə duet oxudu - VİDEO
Yoqa (1)
Meyvəli maskalar
Stil ikonu kimdir?
Qızardılmış balıq küftəsi (foto resept)
Şeyma Subaşı qəfəsdə rəqs etdi tənqid olundu-VİDEO
Hədiyyə ilə bağlı etiket qaydaları-3 (son)
Qurban bayramının vaxtı açıqlandı
Ermənistan ordusu bir neçə istiqamətdə atəşkəsi pozub
4 təhlükəli oyuncaq
Tanış olun: yeni Jaguar
Yataq otağına hansı bitkiləri qoymalı?
Biz - insanlar...
500-700 bal toplayan abituriyentlərin sayını AÇIQLANDI
Telefonla oynayan uşaqlar təhlükədədir
Şəkili ustadan Bakı-2015 simvolu
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Qar yağacaq - XƏBƏRDARLIQ
İsraildə yaşayan alimimiz vəfat edib
Günün tövsiyəsi: film, mahnı, kitab
Abort qadağan edildi
Azərbaycanda pulsuz internet olacaq?
Qatıq maskaları
- ŞƏRHLƏR