Ardı:
39. Ayələrimizi yalan sayanlar qaranlıqlar içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.
40. De: "Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat sizi haqlayarsa, Allahdan başqasınımı çağıracaqsınız?"
41. Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər Allah istəsə, Ona uzaqlaşdırması haqqında yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız.
42. Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr.
43. Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi.
44. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.
45. Beləliklə də zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha.
46. De: "Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı ilah onları sizə qaytara bilər?" Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar yenə üz çevirirlər.
47. De: "Bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım camaatdan başqası həlak edilərmi?"
48. Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. İman gətirib əməllərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.
49. Ayələrimizi yalan sayanlara isə günah işlətdiklərinə görə əzab toxunacaqdır.
50. De: "Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram". De: "Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?"
51. Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə pis əməllərdən çəkinsinlər.
52. Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan.
53. Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: "Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?" Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?
54. Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir".
55. Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə bir-bir izah edirik.
56. De: "Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir". De: "Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram".
57. De: "Mən Rəbbimdən nazil olan açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız əzab məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. Allah haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır".
58. De: "Əgər səbirsizliklə can atdığınız əzab mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır".
59. Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.
XƏBƏR LENTİ
"Diriliş Ertoğrul"a SÜRPRİZ TRANSFER - FOTO
İdmançımız bu gün erməni ilə döyüşəcək
Görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək
Meryem Üzerli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi
İki məşhur sevgili oldu
Şeytanla odunçunun döyüşü
5 möhtəşəm oval dırnaq manikürü
Apple 302 milyon dollar cərimələbdi
Zirəddin Rzayevdən tükürpədici proqnoz
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Hindusların Divalisi başlandı
İngilis dili - XXXIII dərs
Cennifer Lopez və Şakira eyni səhnəni bölüşəcək
"I Avropa Oyunlarını keçirmək bizim üçün böyük məsuliyyətdir"
Ermənilər rusları aldadır
Müalicəsi olmayan bəla
Qobustanda Milli Qurtuluş Günü qeyd edildi
Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI
"Facebook" 5 milyard dollar itirdi
Futbol tarixinin üz qarası oynandı
Meyvə-tərəvəzlə arıqlayın
Cəbhə xəttindəki son vəziyyət - VİDEO
Çuğundur haqqında bilmədiklərimiz
Ekskluziv!3 həftəyə qarına yox deyin!
Ağdamın Çuxurməhlə kəndinin görüntüləri - VİDEO
Zərərli qidaların yeni SİYAHIsı
Kriştianu Ronaldu təyyarədə bayram elədi
Yann Tiersen
Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"
BÜRCLƏR bizə nə vəd edir?-29 Avqust
Ana südünü artıran qidalar
Doğum sonrası psixoz: çarəsi yoxdur?
"Qəhvə dənəsi" peçenyesi (foto resept)
Qarabağa səyahət (2)
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Hamiləlik həftəsi necə hesablanır?
Fahriye Burak Özçviti belə təbrik etdi-FOTO
10 mindən artıq xəstə xroniki böyrək çatışmazlığından əziyyət çəkir
Azərbaycanda hava xəbərdarlığı - qar gəlir
Nikol Kidman makiyajsız FOTOsunu paylaşdı
Britaniyada məktəblilərin koronavirusla bağlı zarafat etməsi qadağan olundu
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Günün qoroskopu: həftənin ən anlaşılmaz günüdür
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Cüdoçumuz Avropa çempionu oldu
Dişlərinizə hansı vərdişlər zərər verir?
İlhamə Quliyeva vəfat edib
Burak Özçivitdən xeyirxah əməl
Cennifer Lopez ana olmağa hazırlaşır
- ŞƏRHLƏR