Hər birimiz Uca Allahdan(c.c) nəsə istədikdə dua edirik: xoşbəxt olmaq üçün, sağlam olmaq üçün, hansısa bir işə başlamazdan əvvəl onun müvəffəqiyyətli olması üçün və bir çox istəklərimiz var ki, saymaqla qurtarmaz. Qısası, atdığımız hər bir hərəkətin uğurlu olması üçün Uca Tanrıdan yardım istəyirik. Yardım istəmək üçün isə dua etmək lazımdır.
- Dua Allaha(c.c.) yalvarmaq, Onu anlamaq, zikr etmək deməkdir.
- Dua Allah-təaladan yardım istəmək və Ona qulluğunu bildirməkdir.
- Dua ən böyük ibadət və ən qüvvətli bir niyazdır.
- Dua ümidsizliyin ümid qaynağıdır.
Bəzən isə dualarımızın qəbul edilməməsindən şikayətlənirik. Lakin unutmamalıyıq ki, hər şey Onun əlindədir, hər şeyin öz vaxtı var. Bəzən bizim çox istədiyimiz bizim öz ziyanımıza gətirib çıxara bilər, Allah(c.c.) isə öz yaratdıqlarının pisliyini istəməz. Səbr edən şəxsləri Allah(c.c) həmişə mükafatlandırır.
Duanın qəbul olunması üçün məsləhətlər:
- Duanı Allahı(c.c.) tərifləməklə başlamalı, Peyğəmbərə(s.ə.s) salavatla davam etməli.
- Bütün günahlardan tövbə etməli,
- Duadan qabaq bir savab qazanmalı,
- Duanı sidq-ürəklə etməli və duanın qəbul olunacağına inanmalı,
- Duanı namazlı, qibləyə dönüb, diz üstə oturub etməli,
- Dua edərkən ağzı təmiz və pak olmalı,
- Duanı başqaları eşitməməli,
- Duanı ikiyə bölməməli, başlayıb bitirməli,
- Dua edərkən sonda əlləri açıq tutaraq, Allaha(c.c.) tərif deməli, Peyğəmbərə salavat deməli.
Peyğəmbər (s.ə.s) demişdir: “Allaha(c.c.) ən əziz olan kəlmələrin sayı dörddür:
“Subhanə-l-lah, va-l-həmdu lilləh, va lə iləhə illə-l-lah, va-l-lahu əkbər ”(Allah(c.c.) pak və nöqsansızdır, Həmd Allaha(c.c.) məxsusdur, Allahdan(c.c.) başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, Allah(c.c.) hər şeydən üstündür və böyükdür). Hansından başlasan, ziyanı olmaz”.
Abu Hüreyra Peyğəmbərdən (s.ə.s.) bu sözləri çatdırır ki, “Hər kimsə istəyir ki, Allah(c.c.) onun əzablı və dar günündə yardım etsin, gərək firavan günlərində Ona tez-tez müraciət etsin”.
Çox dərdə dərman olan dua:
Bismillahir rəhmanir rəhim
“Alləhummə inni əuzu bikə minəl-həmmi vəl hazəni və əuzu bikə minəl-əczi vəlkəsəli, və əuzu bikə minəlcubni, vəl-buhli və əuzu bikə min daləbətiddəyni və qahrir ricali”
“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Əl-Bəqərə 186)
Və sonda gəlin hamımız əllərimizi göyə qaldırıb, Uca Rəbbimizdən günahlarımızı bağışlaması üçün dua edək: “Allahım! mənim, anamın, atamın, bütün mömin bacı və qardaşlarımızın günahını bağışla. Bizlərə daim doğru yol göstər. Bizi bütün pisliklərdən, dərddən, kədərdən, xəstəliklərdən özün qoru, bizi cənnət sahiblərindən eylə”.
Allah(c.c.) bütün dualarımızı qəbul etsin, AMİN
XƏBƏR LENTİ
Meqan Markldan Harriyə növbəti QADAДћA
Rus dili - РљРє
Dövlət qulluğunda işləyənlər 5 ildən bir imtahan verəcəklər
500 illik məscid məhv olmaq üzrədir
Ukrayna müharibəsinin rəqəmləri
Yann Tiersen
Albalı parfe (foto-resept)
Qırmızı meyvəli keks (foto-resept)
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Bülent Ersoy öləcəyi vaxtı AÇIQLADI
Tanınmış aktyor Ələsgər Məmmədoğlu vəfat etdi
Yumurtalı tava tostu (foto-resept)
Bu ilin ikinci Günəş tutulması olacaq
Oskar mükafatı mərasimi başlayır
Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA - FOTO
Ulduzlar mərasimə qara geyindilər - FOTO
Rusiyada koronavirus testindən ilk olaraq kimlərin keçəcəyi açıqlandı
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Süd verən analar bunu siz də hazırlaya bilərsiniz
Zəlzələdə Azərbaycan ailəsi möcüzə şəklində sağ qaldı - VİDEO
Bibərli kələm salatı (foto resept)
2020-nin mebel trendləri
Günün ulduz falı
Səma heç vaxt görmədiyiniz kimi...
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Qəlbləri uzaqlaşdıran məsafə...
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Cırtdan və nəhəng...
Yalanı necə anlamaq olar
Günün qoroskopu: qəfil olaylar və sürprizlər ola bilər
Arıqlamaq üçün saqqız çeynəyin
Hərbi qulluqçular üçün müjdəli qərar
Mariya Şarapova şahzadə Harrinin dostuna ərə gedir - FOTO
Sinem Kobal Kənandan danışdı
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
Təmiz suya tamarzıyıq
Rəngarəng çanta və ayaqqabılar
Şərf bağlamağın 25 üsulu
Şəkərsiz limonad (foto-resept)
Günün qoroskopu: Düşərli gündür!
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
İdeal insanın həyat kodekslərindən
Qadın yazardan hamını təəccübləndirən - Etiraf
Gədəbəyə dolu düşdü - VİDEO
Liliya Hudyakovadan kolleksiya(2)
Sürücülərə pis xəbər
İnternet istifadəçilərinə ŞAD XƏBƏR
Virus fövqəladə vəziyyətə səbəb oldu
SOS: toyuq ətindən ölə bilərsiniz
- ŞƏRHLƏR