İslam - Ərəbcə bir kəlmədir. Mənası - təslim olmaq, təslimiyyət göstərmək deməkdir. İslam kəlməsinin dindəki mənası isə, Allahın hökmlərinə zahirən və batinən təslim olmaq, itaət ilə boyun əymək, şirkdən və şirk əhli olan müşriklərdən uzaq olmaq deməkdir. Başqa bir ifadəylə desək, bütün peyğəmbərlərin tabe olduğu və möminlərin də ona tabe olmaqla əmr olunduğu ilahi nizamdır.
Yuxarıdakı xüsusları özündə cəmləşdirən bir kimsəyə (yəni Allaha təslim olana) isə, müsəlman deyilir.
Din kəlməsi "deyn" kökündən gəlir və lüğətdəki mənaları bunlardır: üstünlük, hökmdarlıq, itaət, məcbur etmək, itaətkar olaraq özünü bir gücə təslim etmək, borclanmaq. Birinin əmrinə girmək, onun əmrinə tabe olmaq, onun hakimiyyət və nüfuzu altında boyun əyməyi qəbul etmək.
Din kəlməsinin dindəki mənası isə; Özünə əməl olunan, inanılan, etiqad olunan, qadağalarından çəkinilən, əmrlərinə əməl olunan, cəzalar, mükafatlar və sair hökmlərin də daxil olduğu həyat rejimidir. Sənin 24 saatın, yaşamın deməkdir.
Dinin növləri:
Allahın haqq dini (İslam);
Təhrif olunmuş (yəni dəyişdirilmiş) dinlər (Yəhudilik və Xristianlıq);
Batil (insanlar tərəfindən uydurulmuş) dinlər (məcusilik, budizm və s.).
Uca Allahın haqq olan dini- İslam
"Allah qatında etibarlı (haqq) din yalnız İslamdır (3/Ali İmran, 19)
"Kim İslamdan başqa din axtarsa, ondan əsla qəbul olunmaz və o, axirətdə zərərə uğrayanlardan olar." (3/Ali İmran, 85)
"Müşriklər istəməsə də O, dini (İslamı) bütün dinlərə üstün etmək üçün peyğəmbərini hidayətlə və haqq dinlə göndərən Odur." (9/Tövbə, 33) Diqqət yetirilsə burada haqq din tək olaraq, digər dinlər təbiri isə çoxluq olaraq istifadə edilməkdədir.
Bütün peyğəmbərlər yalnız haqq din olan İslamı təbliğ etmişlər (42/Şura, 13; 43/Zuhruf, 45; 2/Bəqərə, 133 vd.). Peyğəmbərimiz, bütün peyğəmbərlərin dininin bir olduğunu və hamısının qardaş kimi olduqlarını xəbər verir (Müslim, Fezail 40, hədis nömrə: 2365, 4/1837).
Haqq din, Allah tərəfindən peyğəmbərlər vasitəsiylə insanlara bildirilən, heç bir dəyişikliyə uğramadan və pozulmadan günümüzə qədər gələn həyat şəklidir. Bu dinə, yəni həyat şəklinə; inanc, dünya görüşü, davranış və hərəkət forması, Allaha qarşı vəzifələr, ibadət anlayışı, insanlara və bütün varlıqlara qarşı rəftar, qanunlar və cəzalar daxildir. Məhz, bütün peyğəmbərlərə Allahın göndərdiyi din, İslam dinidir. Haqq din, peyğəmbərlərə günün şərtlərinə görə şəriətləri fərqli olaraq gəlmişdir. Əqidə (inanc) isə, bütün peyğəmbərlərdə eyni olub. Bunun dəlillərindən bəziləri bu ayələrdir:
"Səndən əvvəl elə bir Peyğəmbər göndərmədik ki, ona Allahdan başqa heç bir ilah yoxdur. Buna görə də yalnız mənə ibadət edin!" deyə vəhy etməyək". (əl-Ənbiya 25)
"And olsun ki biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), peyğəmbər göndərdik... (Nahl 36)
Şəriət kəlməsinin lüğəvi mənası: insanı bir çaya, su içilən bir qaynağa çatdıran yol deməkdir.
Dindəki mənası isə: İlahi əmr və qadağaların cəmi deməkdir.
Təhrif olunmuş dinlər
Təhrif olunmuş dinlər, təhrif edilmiş, pozulmuş dinlər deməkdir. Allahın göndərdiyi İslam dininin atmalar və qatmalarla dəyişdirilmiş şəklidir. Yəhudilik və Xristianlıq təhrif olunmuş dinlərdir. Heç bir peyğəmbərin yəhudilik və xristianlıq deyə bir dini olmayıb, əksinə islam inancını təbliğ ediblər.
Batil dinlər
İslamın xaricində tarix boyunca insanların öz başlarından uydurduqları bütün dinlərin ümumi adı, batil dindir. Haqq din birdir, amma batil dinlər saysızdır. Batil dinlər, insanlar tərəfindən qoyulan həyat şəkilləridir. Qanun və qaydaların Allahın kitabına dayanmadığı sistem və nizamların hamısı bu qrupdandır. Bütə tapınmaq, atəşpərəstlik, budizm kimi həyat şəkilləri, köhnə zamanlardan bəri görülən batil dinlərdəndir. Kommunizm, sosializm, materializm, faşizm, dünyəvilik kimi ideologiyalar və bütün bəşəri nizamlar günümüzdəki batil dinlərdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ramazan ayının 8-ci gününün duası
Uşaq papaqları
Daşqın olacaq
Uşaqlarda vitamin çatışmazlığı əlamətləri
Ulduz aktyor öldü-FOTO
Xalçadakı qəhvə ləkələrinə son
BBC ailəsini itirmiş üç yaşlı Xədicə ilə bağlı reportaj hazırladı: “Deyir, baba, anamı gətir” - VİDEO
Pərdə seçərkən nələrə diqqət etməliyik?
Dünyada ilk kəllə sümüyü nəqli edildi
Ətirlər haqqında məlumat(1)
Siçanlara 20 gün çips,kolbasa yedirtdi ŞOK NƏTİCƏ
Möcüzə enerji-6 (son)
Azərbaycanın müdafiə naziri və Baş Qərargah rəisi cəbhədə olublar
Ağlayan keks (video-resept)
Bergüzar Korelin Azərbaycanda OXŞARI TAPILDI - FOTO
Bu il 2020-ci ildən daha qısa olacaq
Tərəvəzli makaron (foto-resept)
Çağla Şikel geyimi ilə diqqət çəkdi-FOTO
İspan omleti "Tortilla" (foto resept)
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Balaca peraşkilər (foto resept)
Dünya elmi zəfəranın arxasında xərçəngin müalicəsini gizlədir?
O, internetin ən məşhur pişiyidir
Maraqlı arxitekturaya sahib yerlər
1 həftəyə 15 kq arıqlayın
Ət kətəsi (foto-resept )
Qəbul imtahanlarının vaxtları açıqlandı
Xanımlar üçün paltolar
Enrike İqlesias 3 -cü dəfə ata oldu-FOTO
Gürcü xingəli (foto resept)
Qəlbi titrədən ən qısa hekayələr
Koronavirusa görə bu məhsullar idxal rüsumundan azad edildi - QƏRAR
Sabah yağış yağacaq
Ramin Bayramlıdan həftəsonu məhdudiyyətləri ilə bağlı VACİB AÇIQLAMA
Ən böyük savab
Dinimizin nəzərinə görə ailədə nə qədər uşaq olmalıdır?
Mehriban Əliyeva müsahibə verdi
Məhkəmədən Demetə pis xəbər
Ben Afflek yenidən məhkəməyə çıxacaq-FOTO
Kələmli qarğıdalı salatı (foto resept)
Bülent Ersoyun donu diqqət çəkdi - FOTO
Günün qoroskopu: yeni istiqamətin seçim vaxtını qaçırmayın
Onunla kral kimi rəftar et, kraliça ol!
Kristina Aqilera yeni klipini təqdim etdi-VİDEO
2116 Yusifimiz var, 1444 Hüseynimiz
Azərbaycanda TƏHLÜKƏLİ virus yayılıb
Ali məktəblərdəki tibb məntəqələri necə işləyir?
Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək
Əhaliyə ŞAD XƏBƏR: Yanvarın 22-dən başlanır
Ramazanın 16-cı gününün duası
- ŞƏRHLƏR