Salam Əziz xanımlarımız İslamda Qadının Əri Qarşısında Vəzifələri haqqında Söhbət açmışdım.İndi isə Sevindirici xəbərlər haqqında yazmaq istəyirəm!
3.Sevindirici xəbərlər.
Qadının,ərini sevindirəcək xəbərlərlə qarşılaması,onun üçün çox yaxşıdır.Müxtəlif ev işlərini gördüyü gün başına gələn şən əhvalatları ərini qarşılayarkən ona xəbər verməsi yaxşı təəssürat doğurur.Qonşuları,qohumları və uşaqları ilə aralarında olan şən və gülməli hadisələri xəbər verməsi də qadın üçün gözəl xasiyyətlərdəndir.Mətbəxtdə xörək hazırlayarkən,bağça-bağdan və tarladan keçərkən seyr etdiyi quşların şən civildəşmələrindən və digər füsünkar səhnələrdən ərinə söhbət açmaq da gözəl əxlaqa dəlalət edir. Fövqəluca Allah səndən ərin üçün rahatlıq yeri olmanı istəyir.Ey bacım!Səndən ərin üçün “səkən” kəlməsinin özündə əks etdirdiyi “sakitlik” və “rahatlıq”, müjdə və hazır olma kimi mənalarını yaxşıca bilməyini istəyirəm. Fövqəluca Allah səni ərin üçün sakitlik,əmin-amanlıq,rahatlıq qaynağı kimi xəlq etmişdir. İşdən yorğun qayıdan ərinin yorğunluğu,narahatçılığı,kədərliliyini,sıxıntısını,qorxu və müsibətlərini onun üzünə vurmaq xanımına yaraşmaz. Belə olduğu zaman onlar sakitlik mənbəyinə deyil qəm-qüssə qaynağına çevrilirlər. Həqiqətən də törədilmiş müsibətlər evlərdə də baş verə bilər. Övladın ölümü,qohum və ya tanış xəstələrdən birinin ölümü və yaxud dəyərli ev əşyasının sınıb tələf olması bu qəbildəndir.Bu halda xanımın hikmətlə dolu sözlər işlətməsi,ağıllı ifadələr söyləməsi lazımdır. Ənəs (Allah ondan razı olsun) rəvayət edərək deyir ki,Əbu Təlhanın Ümmü Süleymdən olan uşağı (oğlu) vəfat etmişdi.Ümmü Süleym ailə üzvlərinə (uşaqlarına) tapşırdı:”Mən danışmadıqca Əbu Təlhaya oğlu ilə əlaqədar heç nə deməyin.”Beləcə,Əbu Təlha axşam düşərkən gəldikdə,arvadı ona şam yeməyini verdi,o da yedi-içdi.Sonra isə,əvvəllər etmədiyini edərək,geyinib keçindi.Gecə əri ilə yatdı.Ümmü Süleym ərinin razı qalıb əlaqəsini tamamladıqda ona belə dedi: “Ey Əbu Təlha,eşitmisən,bir dəfə bir nəfər bir ailəyə əmanət vermişdi.Sonra da onu geri almışdı.Ailə o əmanəti geri gaytarmaya bilərmi? O da : “xeyir” dedi. Qadın isə: “Oğlunu da belə hesab et!”(Allah oğlunu əmanət vermişdi və geri aldı). Əbu Təlha hirsləndi.Sonra isə belə dedi: “Oğlumun başına gələn hadisəni,könlümü ələ alandan sora,mənə bildirirsən?Bunu deyib o saat evindən çıxır.Allahın Elçisinə (Allahın salavatı və salamı olsun) rastlaşdıqda,hadisəni xəbər verir. Allahın Elçisi (Allahın salavatı və salamı olsun) belə buyurur: “Allah keçirdiyiniz gecəni mübarək etsin!Məndə bunu belə ehtimal etmişdim. Əbu Təlha deyir: Allahın Elçisi (Allahın salavatı və salamı olsun) bir dəfə səfərdə idi və Ümmü Süleym də onlarla birlikdəydi.Allahın Elçisi (Allahın salavatı və salamı olsun) səfərdən evinə gecə vaxtı qayıtmazdı.Günlərin bir günü Allahın Elçisi (Allahın salavatı və salamı olsun) Mədinədən səfərə çıxdı.Ümmü Süleymin doğuş sancıları başladı.Əbu Təlha heç kimə bildirməmək üçün onun üstünü örtdü, Allahın Elçisi (Allahın salavatı və salamı olsun) keçib getdi. Ömər (A.o.r) deyir ki, Əbu Təlha belə deyirmiş: “Ey Rəbbim!Şübhəsiz,sən bilirsən ki,Allahın Elçisi ilə bərabər bir yerə getmək,bir yerə gəlmək çox xoşuma gəlir.Lakin gördüyün kimi, mən orada ləngiyib qalmalı oldum. Ümmü Süleym də deyir: Ey Əbu Təlha,özümü əvvəlki kimi rahat hiss etmirəm.Uzaqlaş məndən.Məndə ondan ayrıldım və bir qədər sonra doğuş başladı və bir uşağı oldu. Anam mənə demişdir ki: Ey Ənəs,sən onu Allahın Elçisinə (Allahın salavatı və salamı olsun) çatdırıncaya qədər kimsə körpəni əmizdirməsin.Səhər açılan kimi körpəni götürüb Allahın Elçisinin (Allahın salavatı və salamı olsun) yanına gətirdim.Əbu Təlha uşaqla bərabər xurma da göndərmişdi. Allahın salavatı və salamı olmuş soruşdu ki: “Onunla birlikdə bir şey gətirmişsən?”-Dedi ki,bəli xurma gətirmişəm. Peyğəmbər (Allahın salavatı və salamı olsun) bir-neçə xurma götürüb çeynədi,sonra da ağzından çıxarıb körpənin damağına sürtdü və adını da Abdullah qoydu! Ənsarlardan bir nəfər deyir:onun doqquz körpəsini də görmüşəm ki,hamısı da Quran oxuyardı (balaca Abdullahın uşaqlarını nəzərdə tuturdu). Bax,Peyğəmbər universitetinin qadınları belə idilər. Allah onlardan razı olsun!
4.Sevinc və arzuların açıqlanması.
Əri evə gələrkən,onu xoşhallaşdıran və onun iş zamanı rastlaşdığı çətinlikləri aradan qaldıran şeylər bunlardır:qadın ərinin ürəyindən odlu bir arzu keçirdiyini duymasını çöhrəsindən ifadə etməsi tərifəlayiqdir,onun intizarını çəkdiyini göstərməsi,onun yaxın olmağından məmnun qaldığını bildirməsi və onun kölgəsinin üstündən əksik olmamağı qadını həmişə xoşbəxt edir,sevindirir,işində baş vermiş xoşagəlməz halları ona unutdurur.Bax bu,sevgi və məhəbbət tellərini möhkəmlədirir,mərhəmət və sevinc meyllərini artırır.
5.Yemək hazırlığı və razı salmaq.
Əgər ərin evə dönüşü yemək vaxtlarına düşərsə,xanımın ərinə yeməyi o gələnə qədər hazır olması və onu lazımınca məmnun etməsi gözəldir.Şübhəsiz ki,kişilərin bir çoxu acıyanda ,fikirləri qarışır,yuxuları pozulur.Belə hallarda,artıq məlum olan hadisələr çıxır.Belə hallarda,ey bacım,bunun çarəsi təhlükələr baş verməmişdən öncə onlardan uzaq olmağındır.
Sonra,yaxşılıq etməyi yaxşıca bacarmalısan,çünki Əziz və Cəlil Allah yaxşılığı hər şey üçün vacib etmişdir. “Şübhəsiz ki, Allah sizdən “Onu razı salacaq bir iş görəni sevər...”Belə ki,ər güclü iştahadan az qalar barmaqlarını da yesin....Beləcə də yeməyin də və ləzzəti artar.
Ey bacım!O zaman insanları hara,indikilər kimi-bir xardal toxumunu nəhəngə bənzədənlər,kiçik dəyərsiz bir söhbətdən povest,roman yazanlar,əhəmiyyətsiz bir çətinlikdən böyük problem yaradanlar,ayaqüstü sağalan xəstəliyi güclü ölüm kölgəsi sananlar hara!.... Ey müsəlman qadın!Sən bütün istəklərini vüsalına yetişmək istədikləri evi olmağa səy göstər.Sancılıb yaralayan tikan deyil,xəfif,mərhəmətli və şəfqətlə arzulanan bir köks ol.Çirkin,sərt sıldırım qaya olma! Hamınıza ailənizin,həyat yoldaşınızın əsl xanımı olmasını arzu edirəm!Həmişə sevib seviləsiz!
XƏBƏR LENTİ
SƏFURƏ ƏLİZADƏ stili
Yeni Məcnun axtardı, Leylini tapdı, amma...
Urmiya gölü çöl oldu
Komada olan şoumendən xəbər var
Şuşanın ecazkar “İsa bulağı”ndan yeni görüntülər - VİDEO
Günün qoroskopu:Məqsədinizə doğru inadla iraliləyin
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Bəzi şəhər və rayonlarda su kəsiləcək
Nemtsovun qətlini kim sifariş verib?
Xoşbəxtliyi ölçən cihaz
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
4K formatlı planşet gəlir
Ermənistanla Avropa Birliyi arasında heç bir sənəd imzalanmayacaq
Moldova Azərbaycandakı səfirini niyə geri çağırdı?
Çinin hüdudlarından kənarda koronavirusdan ilk insan ölüb
Hər kəsin qorxduğu qadın-FOTO
Əzvay şirəsi
Böyüklərə hörmət qalıbmı?
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
İdeal pəhrizin incə məqamları
Koronavirusla döyüşən mübariz xəstələr və fədakar həkimlər - “YENİ KLİNİKA”DAN REPORTAJ - VİDEO
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
90 yaşlı qadından möhtəşəm məsləhətlər.
Alimlər kliniki ölüm zamanı "tunelin sonundakı işığ"ın sirrini açıblar
Ağıllı insanların ortaq xüsusiyyətləri
Bakıda sürücülərin bu əzabı nə vaxt bitəcək?
Başqa dünyaya keçid tapıldı-ŞOK FOTO
Təmiz zeytun yağını necə tanıyaq?
20 yaşlı gənclərin bilməli olduğu 20 şey
Yaşını eşidən heyrət etdi-FOTO
Operatordan qəribə addım - VİDEO
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı - RƏSMİ
Gözümüzdəki işıq
Cütlüklər üçün idman növləri
Dövlətə xəyanətə görə cəza 20 ilə qaldırılır
Azərbaycanlılar Türkiyənin bu şəhərinə axın edir
İxtisas seçimi başlandı
7 rayon qazsız qalacaq
Kiara Ferragni
Azərbaycan müharibə mesajı verdi
Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ
Riki Martin qızının FOTOsunu paylaşdı
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti uzadıldı
Ançelottidən sonra Pelleqrini seçildi
Gəlinliyə uyğun buzqalter necə seçilir?
Uşaqlar neçə saat yatmalıdır?
Məşhur həkim bu dəfə Dönərdən Danışdı
Marsda şəhər salınacaq-VİDEO
Yayın artan "dərəcə"ləri ölüm gətirir
- ŞƏRHLƏR