əl-Cin (Cinlər) surəsi
(Məkkədə nazil olmuşdur, 28 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- (Ya Peyğəmbər!) De: Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik.
- O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.
- Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!
- Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş.
- Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.
- Həqiqətən, (Cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər).
- Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.
- Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.
- Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.
- Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.
- Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.
- Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik).
- Doğrusu, biz hidayət yolunu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən) qorxar.
- Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır.
- (Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)
- (Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik ki,
- Onları bununla (bu nemətlə) imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, (Allah) onu məşəqqətli bir əzaba düçar edər.
- Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!
- Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər (izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər).
- (Ya Peyğəmbər!) De: Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!
- De: Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!)
- De: Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!
- (Mənim əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Quranı və dini hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allah və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!
- Onlar təhdid olunduqlarını (qiyamətdəki, və ya Bədr vuruşundakı əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
- De: Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm!
- Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz;
- Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,
- (Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!
XƏBƏR LENTİ
Qol saatları
Qızıl Meydanda möhtəşəm parad
Seroloji testlər bu yaş qruplarındakı şəxslərdən götürüləcək - TƏBİB
Qız uşaqları üçün toxunma papaq (video xəbər)
Polad Bülbüloğlu Qızıl Orden aldı
Fahriye Evceni arıqladan çay
Uşaqlar üçün böyük xəstəlikləri
Rusiyalı məktəbli yanan ştanqla rekorda imza atdı - VİDEO
Məşhur müğənninin sümüyü sındı-FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var
İnsanlardan tez-tez küsürsünüzsə, xəbəri mütləq oxuyun!
Alimlərdən QORXUNC XƏBƏR
Qızlar, yoxsa oğlanlar yaxşı oxyur?
Qazaxıstanlı alimlər Azərbaycanda tədqiqat aparacaqlar
Məşhur aktyor və xanımından romantik -FOTO
Türkiyə XİN-dən sərt açıqlama: Ermənistanın ağlını başına yığmasının vaxtı çatıb
Düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur - RƏSMİ
Dəvə sümüyündən velosiped -FOTO
2011-2012-ci ilin dəbdə olacaq çəkmələri
Bu ərzaqlar bahalaşdı
Peyvənd 100 uşağı öldürdü
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
Ancelina Colinin oğlu universitetə qəbul oldu-FOTO
Sevil Əliyeva Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə paylaşım edib - FOTO
Facebook-da yayılmış yeni virusdan ehtiyatlı olun
Günün qoroskopu: mənfi tendensiyaların təsiri güclü olacaq
Sabahın HAVAsı
İlham Əliyev: “Rusiya və Türkiyə uzunmüddətli sülhün bərqərar olmasına zəmin yaradan əsas dövlətlərdir”
HAVA necə olacaq?-9 dekabr
Demet Akalın parkda piknik edənləri təhqir etdi - FOTO
Məşhur müğənni tanınmaz halda: "Necə olacaq bilmirəm" - FOTO
Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
"Londonlaşırıq": 200-ü də gəlir
Quşüzümünün faydası
Hamiləliklə bağlı təəccübləndirən məlumatlar
Yadplanetliləri "Dayson kürəsi" köməyilə tapa bilərik
'Captain Marvel' filminin ilk traileri yayımlandı - VİDEO
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Saç və göz rənginə görə makiyaj necə edilir?
"Azərreyl” uduzdu
Deniz Seki estetik əməliyyatdan SONRA
Yeni xüsusi informasiya bazası yaradılır
Bakı metrosu ilə bağlı yeni xəbər
Alla Puqaçova hər kəsi təəccübləndirdi-FOTO/VİDEO
Manatın MƏZƏNNƏSİ
Həcmli saçlara qulluq
Uşaq otaqları üçün qeyri-adi dekorasiyalar
Şahzadə Diananın əlyazısı REKORD qiymətə hərraca çıxarılıb - FOTO
Məktəblərdə dərslərin müddəti və şagirdlərin sayı azaldılsın – ekspert tövsiyəsi
- ŞƏRHLƏR