Töhid Mufazəl Allah-Təalanın isbatı, onun bilik, qüdrət və hikməti haqda İmam Sadiq (ə) tərəfindən söylənilən və ən faydalı mətləbləri ehtiva edən risalədən ibarətdir. Mufazəl özü İmam Cəfəri Sadiq (ə) yaxınlarından olub. O, İmamın izni ilə danışıqları yazı halına salıbdır. Bu risalədə çatdırılan sözlər hamıya faydalıdır. Allahı tanıyan və ilahi ayələrin böyüklüyünü dərk edən hər kəs üçün vacib və lazımlıdır. Seyid İbn Tavuz "Kəşvəl mühəccəsin"də öz oğluna tövsiyə edir ki, bu risaləni oxusun. O, başqa yerdə buyurur: "Müsafirətə gedənin (yola çıxanın) yanında kitab olmalıdır. Bu kitabların biri Töhid Mufazəldir".
Bu risalənin təbərrük olmaq üçün bir neçə hissəsinin tərcüməsini ixtisarla təqdim edirik.
Risalənin müqəddiməsində deyilir: "Bir gün gün batan çağı Peyğəmbər (s)-ın məscidində oturmuşdum. Peyğəmbərin əzəməti və Allahın həmin böyük insana bağışladığı şərəf və fəziləti haqqında düşünürdüm. Birdən-birə o zamanın tanınmış dinsizlərindən biri İbn Əvil Əvcə içəri girdi. Elə yerdə oturdu ki, mən onun sözlərin eşidirdim. Oturduqdan sonra yoldaşlarından biri də gəldi və onun yanında oturdu. İbn Əbil Əvcə və yoldaşı ilə Peyğəmbər (s) haqqında bir qədər danışdılar. Bu sözlərdən sonra dünyanın yaradanından danışdılar və dedilər: "Dünyanın yaradanı yoxdur. Bütün dünya təbiətdən yaranıb və hər bir zaman belə olub, belə də olacaqdır".
Allahın rəhmətindən uzaq qalan o adamdan bu sözləri eşidərkən əsəbimi gizlədə bilməyib dedim: "Ay Allahın düşməni! Zındıq və dinsiz olmusan. Belə yaraşıqla səni yaradan Allahı danırsan. Allah səni cürbəcür hallardan keçıirib və bu görkəmə çatdırıb. Düşünüb özünün hisslərinə rucu et (yəni nəzər et). Yəqin ki, Allahın vücudunun dəlilləri və onun yaratdığı əsərlərin izi səndə gözə çarpacaq. Allahın qüdrəti, bilik və hikməti səndə göstərəcəkdir".
İbn Əbil Əvcə dedi: "Ay kişi, sən mütəkəllimlərdənsənsə (yəni alimlərdən), sənlə onların diliynən danışım. Sən bizi razı salsan, sənin dininə gələcəyik. Mütəkəllimlərdən deyilsənsə, sənlə danışmaq bizə faydalı deyil. Cəfər İbn Muhammədin (ə) yoldaşlarındansansa, O, özü bizlə belə danışmaz. O, bizim sözlərimizi səndən qabaq dəfələrlə eşidib, ancaq bizə yaman söz deməyib, bizə cavab verdikdə əndazədən kənara çıxmayıb. O, səbrli, düşünən və mətanətlidir. Bizim dəllilərimizi eşidər, sözümüzə qulaq verər, ən az sözlə bizim dəlillərimizə batil damğası vurub, ən qısa sözlərlə hüccəti bizə qurtarar. Və biz ona cavab verə bilmərik. İndi sən onun əshabındansansa, bizimlə gərəkli olan kimi danış".
Mən kədərli halda məsciddən çölə çıxdım. Müsəlmanların bu mülhidlərin (yəni dinsizlərin) sözlərinə qulaq asmasına pis olurdum. Sonra ağam İmam Sadiq (ə)-ın xidmətinə yetişdim. İmam mənim əhvalımı pis gördükdə soruşdu: "Sənə nə olub?"
Mən o Allaha inamayanların sözlərini İmama söylədim. İmam buyurdu: "Sənlə Allahın hikmətindən və dünyanın yaranmasından, heyvanlar, yırtıcılar, həşəratlər, quşlar, toyuqlar, insandan tutmuş əhli-vəhşi heyvanlar, göy-göyərtilər, meyvəli və meyvəsiz ağaclar və göyərtilər haqqında danışacağam. İbrət alanlar ondan ibrət alıb mömün olacaqlar. Dinsiz və kafirlər ona uyub heyran qalacaqlar. Sabah səhər çağı mənim yanıma gəl, səni gözləyirəm".
Bu ələ düşməyən fürsətdən sevinib evə gəldim. O həyat bağışlayan vədə çatınca, gecə mənə uzun gəldi.
(Ardı var)
XƏBƏR LENTİ
Bu gün buraxılış imtahanları keçirilir
San - Kventon həbsxanası
Metroda gediş haqqı qaldırılır?
Fransız qadınları kimi geyinməyin sirri
Qarın yığdırma əməliyyatı haqqında
Sözün tərkibi və söz yaradıcılığı - 1
Ətli düyülü pirojkilər (foto-resept)
Lavrovun İrəvan səfəri: çaşqın Ermənistan və reallıqlar
Nadir tapılan qara kərgədan doğulub-FOTO
2019-cu ilin ilk TRENDİ
Günün ulduz falı
5 addımla qarın bölgəsindəki yağlardan xilas olun
Tibbi maskadan düzgün istifadənin yolları açıqlandı
Amerikalı professordan ermənilərə zərbə
Orucu düzgün tutmağın qaydaları
Koronavirusun tüğyan etdiyi şəhərdən DƏHŞƏTLİ GÖRÜNTÜ yayıldı - VİDEO
Azərbaycanda yazılı abidələr qanunla qorunacaq
Hər gün bir qaşıq bal və darçın
Azərbaycanda yeni telekanal açılır
FHN Akademiyasına namizədlərin nəzərinə
Bazarda od qiymətinə satılan yerli məhsullar
Yeməkdən sonra 7 təhlükəli vərdiş
HAVA necə olacaq? 15 Mart
"Eurovision"da Ukraynanı Maruv təmsil edəcək-FOTO
İşğal altındakı abidələrimizə dəyən zərərin qiymətləndirilməsi başa çatır
Beynimizin yarısıyla yaşaya bilərikmi?
Bergüzar Korelin 3 aylıq oğlu-FOTO
İnsanın görmək istəyəcəyi 10 mükəmməl foto
BÜRCLƏR bizə nə vəd edir?-26 noyabr
İlk dəfə onunla FOTO paylaşdı
Bağça müəllimlərinin əməkhaqları ilə bağlı XƏBƏR
Dünyanın ən xoşbəxt ölkəsi seçildi
Qan təzyiqinə nəzarət edən qüsursuz sistem
Yaxın gələcəkdə Yerə oxşar planet tapılmayacaq
Tələbələrin təqaüdləri bağlı YENİ QƏRAR
Bibər turşusu (foto-resept)
Körpə pudrası ilə dolğun kirpiklər
Bu gün ixtisas seçimi başa çatır
Dalğıc çayın dibindən 17 min dollarlıq üzük tapdı -VİDEO
Dünyanın ən yüksək binaları
11 sentyabr terrorundan 12 il keçdi
Pəhriz saxlayanların nəzərinə
Qadın və kişilər üçün gözəl kimdir?
Tarixdə bu gün nə ilə yadda qalıb?
“Xətai” metrosu təmirə bağlanır
Ətir vurma sənəti
Keçibuynuzu
Günün qoroskopu - 29.10.2013
Beren Saat koronavirusdan danışdı-VİDEO
Üzdə çıxan sızanaqların yerinə görə səbəbləri
- ŞƏRHLƏR