Ölüyə Quran oxumaq olarmı?
Həmişə bu məsələ Əhli-Sünnə hədislərində axtarılır. İndi isə gəlin görək şiələrə görə məsələ necədir?
Ölüyə Quran oxumaq düzgündürmü? Bu barədə hədis mövcuddurmu?
Suala cavab verməzdən öncə bəzi məsələlərə nəzər salmaq lazımdır. Bu məsələlər həll olunduqdan sonra bu sualın cavabı da aydın olacaqdır:
İslamın nəzərinə əsasən, ölüm nə deməkdir?
İslama görə ölüm insanın yoxa çıxması və aradan getməsi anlamında deyil. Əksinə, məna budur ki, insanın yoxluğu qəbul etməyən, yəni yoxa çıxmayan ruhu bədənilə olan əlaqə və rabitəsini kəsir. Nəticədə bədən aradan gedir, ruh isə müəyyən zamana qədər öz yaşayışına davam edir. Sonra isə yenidən bədənə qayıdacaqdır.
Quranda buyurulur: “Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə, 10, 11)
Peyğəmbərdən bu məzmunda hədis rəvayət olunmuşdur ki, mömin fərdlərin dünyadan çıxışı körpənin ana bətnindən çıxışı kimidir. Belə ki, qaranlıq, sıxıntı də darlıqlardan aydın və böyük fəzaya daxil olur. (Nəhcül-Fəsahə, h.2645)
İmam Əli buyurub ki, ey camaat, biz və siz qalmaq (qalıcı olmaq) üçün yaradılmışıq, aradan getmək üçün deyil. Siz ölüm sayəsində dünyadan getmirsiniz, əksinə, bir evdən başqa bir evə nəql olunursunuz; Buna görə də istiqamətinə hərəkət etməniz və əbədi qalmanız labüd olan evə azuqə toplayın. (Şeyx Müfid, “İrşad”)
İmam Həsəndən soruşdular ki, ölüm nədir? Cavab verdi ki, ölüm möminə yetişən ən üstün sevincdir. (Mühəccətül-Bəyza)
İmam Hüseyn buyurub ki, ölüm sizi dünyanın dərd-sərlərindən Allahın rifah və lütfünə çatdıran bir körpüdür. Necə ki, Allah düşmənləri üçün saraydan zindana köç etməkdir. (Mühəccətül-Bəyza)
Deməli, belə nəticə hasil olur ki, ölməklə və cəsədin çürüməsilə ruha bir zərər-ziyan dəymir. Əksinə, ruhumuz həmişə qalıcıdır. Onun özünə məxsus azadlıq və əsaləti vardır. Çünki bizim şəxsiyyətimiz bizim ruhumuzdadır. Bədən və cismimizdə deyil. Ölüm də yoxluq və puçluq deyil. Əksinə, bir aləmdən başqa bir aləmə keçiddir. İnsanın həyatı bir növ davam etməkdədir.
İndi keçək suala. Ölüyə Quran oxumaq olarmı?
İnsan öldükdən sonra ətrafdakıların və möminlərin üzərinə bir neçə əməl vacib olur. Məsələn, qüsul vermək, kəfənləmək, namaz qılmaq, dəfn etmək və sair əməllər vardır ki, bunlar insan öldükdən sonra önun üçün tezliklə yerinə yetirilməlidir. Amma bəzi işlər də vardır ki, ölülər üçün onları görmək müstəhəbdir (yəni bəyənilən işdir).
Ölülər üçün Quran oxumağın müstəhəb olmasını iki dəlili açıqlamaqla sübut etmək olar:
a) Bəzi rəvayətlər mövcuddur ki, orada ümumi şəkildə ölüləri yada salmağa dair tövsiyələr mövcuddur. Həmin rəvayətlərdə həm də qeyd olunur ki, dünyasını dəyişənlər bizim xeyir işlərdən faydalanırlar. Aydındır ki, Quran qiraəti də yaxşı və bəyənilən işlərdən biridir.
Məsələn Peyğəmbərdən məzmunu bu cür olan rəvayət nəql olunmuşdur ki, qəbirlərdə olan ölülərinizi yaddan çıxarmayın. Ölülərinizin ehsanınıza (yəni yaxşı və xeyirli işinizə) ehtiyacı vardır. Onlar məhbusdurlar (əlləri heç nəyə çatmır). Sizin yaxşı işlərinizə rəğbətləri var. Özlərinin isə bir iş görməyə qüdrətləri çatmır. Siz onlara sədəqə və dua (vasitəsilə) hədiyyə verin. (Ənvarul-Hidayət)
İmam Sadiq buyurub ki, ölən kəs ona olunan rəhmət və bağışlama səbəbilə sevinir. Necə ki, diri insan ona verilən bir hədiyyəyə görə xoşhal olur. (Mühəccətül-Bəyza)
İkinci qrup rəvayətlər isə ölülər üçün Quran qiraətinin nəticələrini açıqlyır. Məsələn, İmam Rza buyurub ki, kim bir möminin qəbrini ziyarət etsə və onun kənarında yeddi dəfə “Qədr” surəsini oxusa, Allah onu qəbir sahibi ilə birlikdə bağışlayar. (Biharul-Ənvar)
Fərid Abdullah
XƏBƏR LENTİ
Özge Ulusoydan ayrılıq xəbəri
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizirimiz
Bakını toz bürüyəcək
Letolojika
Bölgə yazarları həyəcan təbili çalırlar
Bu gün Salatın Əsgərovanın doğum günüdür
Azərbaycanda zəlzələ olub
Gəlinlər üçün ayaqqabı modelləri
8 nəvəli nənə dördəm əkizlərə hamilədir - FOTO
“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
iPhone sahiblərinə xoş xəbər
"Dünyanın ən gözəl ombası" yarışına o da qatıldı-FOTO
Zəriflərimizin zəif cəhəti...
850 minə yaxta aldı - FOTO
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Rəsmi Bakı Ermənistanın cavabını verdi
Gif avatarlar
DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır - RƏSMİ
Ginekoloqa getmək üçün 7 səbəb
Vaxtımız: xəyallar, yoxsa məqsədlər?
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
45 yaş sonrası üçün dəbli geyimlər
Demetin evini yardılar
Nazim ilə Piraye
Emin Ağalarov italyan müğənni ilə duet oxudu - VİDEO
İrəvana ikinci zərbə
Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub
Ombudsman aparatından Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən sökülməsi videosuna reaksiya
Günün ulduz falı
Ən sevdiyim paltarlar və ya paltar növləri
Ətli göbələk ( foto-resept)
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
"Qanlı Ay" tutulması nə vaxtdır?
Hindli futbolçunun yaşını eşidən şoka düşür
Portağallı-limonlu tort (foto-resept)
Azərbaycanda qar yağıb
Lauranın maraqlı makiyaj nümunələri
Günəşin dəri üzərindəki təsiri
Analoq televiziya yayımının dayandırılma tarixi açıqlandı
Uşağınızı ayrılığa öyrəşdirin
Qan içən qadın
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycan tarixindən yüz şəxsiyyət-54
Şokoladla gözəlliyə doğru
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hər yaşa uyğun saç modelləri
Karantin rejimi yumşaldılacaq - Baş nazirdən ŞAD XƏBƏR
- ŞƏRHLƏR