Aşura – hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də «onuncu gün» deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ilin oktyabrı) Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi Imam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilmişdir.
Aşura gününün əməllərinin bəzisi bunlardır. Aşuraya keçən gecə oyaq qalıb ehya saxlamaq tövsiyə edilib. Kimə həmin gecəni Kərbəlada keçirmək qismət olarsa, Imam Hüseynin (ə) məzarı üzərindəki məsciddə ibadət etsə, böyük savaba çatar. Insan bu gecə öz evində və ya öz şəhərindəki məsciddə də oyaq qalsa, savab sahibi olar. Aşura gecəsində çox namaz qılmaq, dua etmək, aşura şəhidlərinin müsibətini yada salmaq, xüsusilə, həmin gecə Kərbəlada susuz qalmış Əhli-beyt körpələrinin və qadınlarının vəziyyətini xatırlamaq, öz günahlarının bağışlanması üçün Allaha yalvarmaq yerinə düşər.
Aşura gecəsi qılınması müstəhəb olan namazlar dini kitablarda qeyd olunub. Həmin namazların bir neçə variantını təqdim edirik:
«Aşura gecəsinin müstəhəb namazını qılıram, qürbətən iləllah» niyyəti ilə 4 rükətlik namaz qılmaq, hər rükətdə Fatihədən sonra 50 dəfə Ixlas (Qül hüvəllah) surəsini oxumaq. Namazdan sonra isə 70 dəfə bu duanı demək: «Sübhanallahi vəl-həmdü lillahi və la ilahə illəllahü vallahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim». Tərcüməsi: «Allah müqəddəsdir. Allaha həmd olsun. Allahdan savayı tanrı yoxdur. Allah hər şeydən qüdrətlidir. Qüdrət və qüvvət yalnız uca və əzəmətli Allaha məxsusdur». Namazdan sonra Peyğəmbərə və nəslinə çoxlu salavat demək də tövsiyə edilib. Buna «Həzrət Əlinin namazı» deyirlər.
Aşura gecəsi sübh açılana az qalmış dörd rükətlik namaz qılmaq, hər rükətdə Fatihədən sonra 10 dəfə ayətül-kürsi, 10 dəfə Ixlas, Fələq və Nas surələri oxumaq, namazı qılıb qurtardıqdan sonra 100 dəfə Ixlas surəsini təkrarlamaq məsləhətdir.
Aşura günündə Imam Hüseynin (ə) ziyarətnaməsini oxumaq tövsiyə edilib. Xüsusilə, «Aşura ziyarətnaməsi»ni oxumağın böyük savabı var. (Bu ziyarətnamənin həcmi böyükdür və dua kitablarına daxil edilib). Həmin gün çoxlu dua etməyin, tövbə və istiğfarı çoxaltmağın faydası var. Gün ərzində min dəfə Ixlas surəsini oxumaq, min dəfə də bu cümləni söyləmək yaxşıdır: «Allahümməl-ən qətələtəl-Hüseyn». Tərcüməsi: «Allahım, Hüseynin qatillərinə lənət et».
Əlbəttə, bütün bu deyilənlər müstəhəbdir, vacib deyil və kim nəyə gücü çatarsa onu edə bilər.
Aşura günündə möminlər yaxşı olar ki, Kərbəla faciəsini bir an da olsa unutmasınlar, kədər içində olsunlar, şadlanmağı özlərinə rəva bilməsinlər. Imam Rza (ə) buyurub: «Hər kim bizim (yəni Əhli-beytin) müsibətlərini yadına salsa və başımıza gələnlərə ağlasa, bütün gözlər ağladığı gün (yəni qiyamət günündə) onun gözü ağlamaz. Hər kim gecə yatmayıb, bizim (yəni Əhli-beytin) məsələləri müzakirə edilən məclisdə otursa, hamının qəlbi öldüyü gün onun qəlbi ölməz». Yenə Imam Rza (ə) Şəbib adlı şəxsə buyurub: «Əgər hər hansı səbəb üzündən ağlamaq istəsən, Hüseynə ağla. Çünki onun başını qurbanlıq quzu kimi kəsdilər. Onunla birlikdə qohumlarından 18 nəfər də şəhid oldu; onların yer üzündə tayı-bərabəri yoxdur». Imam Hüseynin (ə) aşağıdakı sözləri də buna işarədir: «Mən zülmlə qətlə yetirilən şəxsəm. Elə bir mömin olmaz ki, məni xatırlayanda ağlamasın».
Aşura gününü mütləq məsciddə keçirmək lazım deyil. Insan öz evində də bu günü qeyd edə bilər.
Aşura gününün qeyd edilməsindən əsas məqsəd insanları ağlatmaq deyil. Ağlamaq da haqqa bağlılığın və məzlumlarla həmrəyliyin bir növüdür, zülmə qarşı etiraz formasıdır. Unutmayaq ki, Kərbəla faciəsindən sonra Əməvi xəlifələrinin zülmünün ərşə dayandığı günlərdə Əhli-beyt məktəbi məhz Imam Hüseyn (ə) təziyəsinin sayəsində yaşamışdır. Bu məclislərə toplaşıb aşura hadisəsini yad edən, şəhidlərə mərsiyə deyib ağlayan adamlar Imam Hüseynin (ə) hansı məqsədlər uğrunda mübarizə apardığını öyrənir, Onunla düşmənçilik edən qüvvələri tanıyırdılar. Kərbəla səhrasında baş vermiş rəngarəng hadisələrin təsvirini eşidir, şəhidlərin mübarizlik məktəbindən dərs alırdılar. Həzrət Mühəmməd Peyğəmbər (s) öz sağlığında Imam Hüseynin (ə) gələcək şəhadətini dəfələrlə xəbər vermişdi. Bu hədislərin bir qismində Kərbəla faciəsinin sonrakı nəsillərə də böyük ideoloji və əxlaqi təsir göstərəcəyi bildirilir. Hədislərin birində deyilir ki, Peyğəmbər buyurub: «Hüseynin qətli möminlərin qəlbində heç vaxt sönməyəcək bir hərarət yaradar».
Aşura günü hansı hadisələr baş verib?
Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa (ə.s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.
Hz. Nuhun (ə.s) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.
Hz. Yunus (ə.s) balığın qarından bu gün xilas olmuşdur.
Hz. Adəmin (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
Hz. Yusuf (ə.s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.
Hz. İsa (ə.s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.
Hz. Davudun (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmail (ə.s) aşura günü dünyaya gəlmişdir.
Hz. Yaqubun (ə.s) oğlu Hz. Yusifin (ə.s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.
Hz. Əyyub (ə.s) bu gün xəstəliyindən şəfa tapmışdır. (Təbərani)
Və ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində Aşura günü Kərbəlada şəhid edilmişdir.
XƏBƏR LENTİ
Uber maşın yerinə velotaksi göndərəcək-FOTO
Güllərin özəlliyi
Qadınların sevimli payız aksesuarları
Palazzo şalvar modelləri
Bu da “Facebook”un “bomba”sı-Video
Tarkanın xanımı kameraları görüb həyəcanlandı-FOTO
Koronovirus belə başlayır: Günlər üzrə orqanizmdə baş verənlər
Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi
Fobiya növləri
Hamilələr üçün ziyafət geyimləri
Madonnanın ayağı zədələndi
Körpü canlı yayım zamanı dağılmağa başladı - VİDEO
Ferat Üngürü azad etdilər
Zəngin ölkələr kütləvi şəkildə COVID-19 əleyhinə peyvənd almağa başlayıb
Sabahdan 5 günlük TƏTİL BAŞLAYIR
Yol polisi kimləri cərimələyə bilməz?
İşdən qovuldu, lotereyada 3,3 milyon dollar uddu
Meditasiya edən pişik-video
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
Dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi - FOTO
Məşhur aktrisa qəzəbləndi-SƏBƏB
“WhatsApp”da yeni layihə
Rus təyyarəsi UNO ilə TOQQUŞDU - ŞOK VİDEO
Xanımına qeyri-adi Sevgililər günü hədiyyəsi etdi-FOTO
Dil təmizliyi üçün təbii üsullar
Evlilikdəki problemi necə həll etməli?
Qiyməli plov (foto resept)
Macarons (Fransa mətbəxindən) (foto resept)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Günün qoroskopu: insanlarla rahat dil tapacaqsınız
Ordumuza səyyar hamamla xidmət edənlər: “Yaşımız çox olduğu üçün döyüşməyə qoymadılar, biz də...”
Bu kənddə hər şey donub
Hələlik sadə əməliyyatlardır
1 milyon adama pis xəbər
Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
Cütlüyün təyyarə sərgüzəştləri təəccübləndirir-FOTO
İsrail koronavirus peyvəndi hazırlayır
Bülənt Ərsoydan Azərbaycanla bağlı paylaşım
Tatlısəs əmlakını 15 milyon dollara satışa çıxardı
Ulduz Falı
Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq
Ən kök adam 250 kq arıqladı - FOTO
Fransız dili-Dərs 7
Elman Rüstəmovdan gözlənilən ipoteka açıqlaması
ÜST rəsmisi: “Vəziyyət son dərəcə kritikdir”
Məryəm “Muhteşem yüzyıl”dan bu səbəbdən ayrılıb
Bu adam benzin içərək yaşayır
Bakı yol polisindən yeni dərs ili xəbərdarlığı
Yol Polisi sürücülərə və avtomobil sahiblərinə müraciət etdi
Kişilərin xəyanət etməsinin səbəbləri
- ŞƏRHLƏR