Fironlar yeddi min ildən çox Misir ərazisində yaşamışlar. Onlar papirus bitkiləri əkib becərir və ondan kağız düzəldirdilər. Onlar həyatdan sonra dirilişə inanırdılar və buna görə də cəsədlərini mumiyalayır, qəbirlərini bəzək qır-qızılla bəzəyir, ora qiymətli əşyalar və yemək qoyurdular. Onla elə güman edirdilər ki, ölü dirildikdən sonra orada mal-dövlətinə və yeməyinə ehtiyacı olacaq.
Onların hesab elmi, illərin sayı, ayların başlanma tarixləri, əkin vaxtı, ulduzların və günəşin hərəkəti kimi biliklərə malik idilər. Lakin onlar çaxsaylı ilahlara ibadət edir, rəsmlərini divarlarına cızırdılar. Bizim hekayəmizin qəhrəmanı fironun həyat yoldaşı Asiyadır.
Asiya Fironun arvadıdır. Allah təala “Qurani-Kərim”də onun adını çəkmişdir. Onun əri ən qəddar fironlardan biri idi. Asiya fərqli gözəlliyə və incə hisslərə malik bir qadın idi. O, ərinin əhaliyə verdiyi zülmə, istibdada qarşı çıxırdı.
Asiyanın əri Fironun təkəbbürü və lovğalığı o həddə çıxdı ki, rəblik iddiası etməyə başladı. O, belə deyirdi: “Mən sizin uca rəbbinizəm”. O, əhalini qorxu altında saxlamağa başladı. Camaat çarəsizlikdən ona boyun əydi və Allaha yox, Firona səcdə etdi.
Firon həddini aşmışdı. Onun təkəbbürü və zülmü yerə sığmırdı. Ölkəsində yaşayan İsrail oğullarına divan tutur, onlara qarşı qəddarlıq edirdi. Günlərin birində Firon dəhşətli bir yuxu görür və yuxudan qorxmuş halda oyanır. Tez əmr edir ki, sehrbazları, kahinləri və yuxu yozanları yanına gətirsinlər. Onlar Fironun yuxusunu yozaraq deyirlər: “İsrail oğullarından bir uşaq dünyaya gələcək və o, sənin mülkünü əlindən alacaq, hakimiyyətinə qalib gələcək, səni və qövmünü öz torpağından çıxardacaq və dinini məhv edəcək. Artıq onun anadan olma vaxtı yetişib”.
Firon eşitdiklərindən dəhşətə gəldi və hakimiyyətinə görə narahat oldu. Dərhal əmr verdi ki, İsrail oğullarında doğulan bütün oğlan uşaqları öldürülsün. Bir neçə ildən sonra o, bu qərarından daşındı və qətilləri dayandırdı. Çünki onun bu addımı İsrail oğullarının nəslini tamamilə kəsə bilərdi. Axı Fironun və misirlilərin bəzi ağır və çətin işlərini israil oğulları görürdü. Bundan sonra Firon qərarını dəyişib əmr etdi ki, israil oğullarından olan yeni doğulmuş oğlan uşaqlarının qətli iki ildəndən bir həyata keçsin.
Fironun aravadı Asiya hündür divarlı böyük və gözəl bir sarayda yaşayırdı. Bu sarayı hər tərəfdən yaşıl ağaclar bürüyürdü. Ağacların altından isə şirin sulu və göy rəngli təmiz nil çayı axırdı. Ancaq buna baxmayaraq, o, kədərli idi. Görəsən, niyə?! Çünki onun təkliyini bölüşəcək bir övladı yox idi. O, Fironla uzun illər idi ki, evli idi. Lakin Allah onlara övlad nəsib etməmişdi. Bu müddət ərzində Asiya tənha yaşamış, lakin hər zaman övlad böyütməyi və ona şəfqət göstərməyi arzu etmişdi.
Günlərin birində Asiya sarayın gözəl bağçasında gəzərkən sarayda işləyən qızların pıçıltı ilə danışdıqlarını görür. Onlar çay kənarında mərmərdən hazırlanmış pilləkənlərdə oturub paltar yuyurdular. Asiya nədən söhbət etdiklərini bilmək üçün onlara yaxınlaşdı. Onlar çayın üzərində üzən taxta qutu barəsində danışırdılar. Dalğalar onu o tərəf bu tərəfə yırğalayırdı.
Taxta qutu qadınlara yaxınlaşdı. Onlar qutunu görüb həyacanlandılar və ah çəkdilər. Asiya qutuda nə olduğunu bilmək üçün cəld onların yanına gəldi və orada gözəl-göyçək gülümsəyən bir oğlan uşağı gördü. Allah Asiyanın qəlbinə bu uşağın sevgisini saldı və Asiya onu oğulluğa götürüb evində böyütmək istədi.
Asiya uşağı qutudan götürüb apardı. Fironun əsgərləri bunu görüb taxta qutudakı uşağın məsələsini tez ona xəbərlədilər. Firon sarayında İsrail oğullarına mənsub olan bir körpənin mövcudluğunu öyrənən kimi bir an belə tərəddüd etmədən bu kiçik qonağın öldürülməsi əmrini verdi.
Asiya ilk baxışdan sevdiyi və qanı isindiyi körpə uşağın Firon tərəfindən öldürülmə əmrini eşitdikdə, çox pis oldu. O, Fironun qarşısında dayanaraq israrla onu öz fikrindən daşındırmağa çalışdı və ona dedi: “Onu öldürməyin! Bəlkə yaşlandığımız zaman bizə yardımçı olar və ya o, bizə təkliyimizi unutduracaq bir övlad ola bilər”. Asiyanın bu israrlı sözlərinin qarşısında Firon yumuşaldı və razılaşdı. Fironun bu fikrindən daşınması Asiyanı çox sevindirdi. O, uşağı əmizdirmək üçün bir qadın axtarmağa başladı.
Bu xəbər ölkədəki bütün qadınlara çatdırıldı. Qadınlar saraya gəlib getməyə başladılar. Hər kəs Fironun sarayında böyüyüb tərbiyə olunacaq uşağa süd vermək üçün can atır, hörmət və pul qazanmaq istəyirdi. Lakin qəribə bir hal baş verdi. Balaca uşaq — Musa əleyhissalam heç kəsin südünü əmmək istəmədi və qadınların hamısından üz çevirdi. O, heç bir qadının onu əmizdirməsinə razı olmadı.
Bu əsnada Musanın bacısı çayın kənarına yaxın bir yerdən keçirdi. O, qardaşı barədə maraqlanırdı. Axı anası yeni doğulmuş övladının Fironun əsgərləri tərəfindən öldürülməsindən qorxaraq onu taxta qutunun içinə qoyub çaya buraxmışdı. Çayın dalğaları da onu uzaqlara aparmışdı. Bacısı qutunun ardınca düşərək Fironun sarayına gəldi. Divarın arxasından söhbət eşidib ora bir qədər də yaxınlaşdı. O, sarayda işləyən qadınların danışıqlarını eşitdi. Onlar danışırdılar ki, körpə uşaq neçə gündən bəri acdır. Çünki gələn bütün qadınların südlərini əmməkdən imtina edir.
Musanın bacısı çox sevindi və onlara həmin uşağı böyüdə biləcək və əmizdirəcək bir qadın tanıdığını söylədi. Ona dedilər ki, həmin qadını tezliklə gətirsin. Qız körpə qardaşı Musanın Fironun sarayında olduğunu xəbər vermək üçün tələsik anasının yanına qaçdı və dedi ki, uşağı əmizdirmək üçün onu gözləyirlər. Musanın anası bu xəbəri eşitdikdə az qalsın sevincdən uçacaqdı. O, yubanmadan saraya üz tutdu. Qapını döyüb onlara körpə uşağı əmizdirmək üçün gəldiyini söylədi.
Musanın anası saraya daxil olub gördü ki, Fironun arvadı Asiya yaraşıqlı bir otaqda balaca Musanı qucağına alıb oturub. Ana öz övladını ondan aldı və həsrətlə qucağına götürdü. Dərhal onu tanıdı. Sonra əmizdirmək üçün döşünü ona uzatdı. Balaca Musa doyunca süd əmməyə başladı. Anası isə mehribanlıqla onun üzünü və saçını sığallıyırdı. Ananın ürəyi sakitləşdi. Axı balaca körpəsindən ayrı düşmüşdü. Asiya fərəh hissi ilə körpəni və onun yeni süd anasını izləyirdi. Günlərdən bəri kəsmək bilməyən Musanın ağlamağının bir andaca dayanması onu heyrətə gətirdi. O, Musanın anasına uşağın yeni süd anası və dayəsi olmağı təklif etdi. Musanın anası övladına qovuşduğu üçün çox sevindi.
Beləcə kiçik Musa azğınlaşmış Fironun evində Asiyanın himayəsi altında anasının ağuşunda böyüdü. Zaman keçdi. Musa böyüyüb cavan bir oğlan oldu. Bir neçə il Misirdən kənarda yaşadı. Sonra Allah onu İsrail oğullarına peyğəmbər seçdi. Fironun yanına gəldi və onu təkcə Allaha ibadət etməyə çağırdı. Bu xəbər bütün Misirə yayıldı. Bir dəfə Asiya da eşitdi ki, camaat pıçıltı ilə onun böyütdüyü uşağın yeni din gətirməsi haqqında danışır.
Asiya Musanın dəvətinə cavab verib iman gətirdi və Fironun ona qarşı işlətdiyi bütün işgəncə formalarına sinə gəldi. Ancaq imanından dönmədi. Əlllərini izzət və cəlal sahibi Allaha açıb dedi: “Ey Rəbbim, Cənnətdə mənə bir ev tik!” Beləcə Asiyanın hekayəsi illər boyu Quranın ayələrində müsəlmanların dillər əzbəri oldu. Asiya öz əqidəsi uğrunda əzmkarlik göstərən və prinsipiallığından dönməyən əsl müsəlman qadın obrazıdır. O, insaniyyət tarixinin şahidi olduğu ən zalım, ən inadkar və kafir insanın qarşısında mətinliklə dayandı.
Hazırladı: Abdurrəhim Muradlı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
1,5 milyonluq mirasını itə vəsiyyət etdi
Kirli ticarət məktəbli çantalarını necə şişirir?
Közərmiş bibərli toyuq dolma ( foto resept)
2019 Çanta Dəbi
Praktik bilgilər
Şənbə və bazar günləri taksilər işləyəcək
Məşhur aktyor qızı ilə gəzintidə- FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Bu günün hava proqnozu
HAVA necə olacaq?- 26 fevral
Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilərlər
Təhsil Nazirliyi: “Belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur”
Şişkinlik ciddi xəstəliklərdən xəbər verir
Azərbaycanda tələbə köçürmələri ilə bağlı yeni qaydalar açıqlandı
Qışa belə hazırlaşırıq
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR
Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir
Günümüzün xəstəliyi fibromiyalji sindromu
80 miqrant Aralıq dənizində boğularaq öldü
Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi-VİDEO
Daha 6 rayon və 3 şəhər üzrə 190 manat birdəfəlik ödəmə veriləcək
25 il Laçınsız...
BMT dünya ölkələrinə çağırış etdi
Sabahın HAVAsı
"Bakı-2015" bu ölkələrdə də yayımlanacaq
Beyin haqqında bilmədiklərimiz
Qripdən qorunmaq üçün nə yeməliyik?
Sabah yağış yağacaq
Şokoladlı keks (foto resept)
Ölümü hələ də müəmmalı qalan xalq artistimiz
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Məşhur aktyor 6-cı dəfə ata olmağa hazırlaşır-FOTO
Böyük Sülh Sazişinə hazırıq
3 addımda həyat sevincim, dəyərli yaşlanma
Cəlilabadda 11 yaşlı operator var
Müğənni beynini və səsini 10 milyona sığortalamaq istəyir
Estetik əməliyyatlarda ən çox edilən 5 səhv
Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB
WhatsApp‍-da növbəti fırıldaq
Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşdü
İrem Derici 40 kq arıqlayıb-FOTO
Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı
Xarabalıqları fantastik dünyaya çevirən
65 yaşdan yuxarı şəxslər evdən çıxa biləcək? - RƏSMİ
Nusret 47 min uşağı restoranında qonaq etdi - FOTO
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
Sobada küftə (foto-resept)
Kökəlmək istəmirsinizsə, vaxtında yatın!
Yuxudan tez oyanmaq sağlamlıq üçün zərərlidir
- ŞƏRHLƏR